|
Yeni Konu Aç Konuyu Cevapla |
LinkBack | Seçenekler | Arama | Stil |
27 Nisan 2016, 19:47 | #1 |
Üyelik tarihi: 15 Nisan 2015 Mesajlar: 12,520 Aldığı Beğeni: 0 Beğendikleri: 0 | Öləndən sonra albomlarının satışı 420 dəfə artdı Amerikalı məşhur müğənni Prinsin ölümündən sonrakı üç gün ərzində satılan albomlarının sayı faciəvi hadisədən əvvəlki üç günlə müqayisədə 42000% çox olub. Bu barədə "Nielsen Music" şirkətinə istinadən "USA Today" qəzeti məlumat verib. "Nielsen Music" şirkətinin nümayəndəsi Fren Körtisin verdiyi məlumata görə, ölümündən sonrakı üç gün ərzində məşhur müğənninin dünya üzrə 579 min albomu satılıbsa, onun dünyasını dəyişdiyi andan əvvəlki üç gün ərzində cəmi 1 400 nüsxə albomu satılmışdı. Şirkətin məlumatlarına əsasən, mərhum musiqiçinin fanatları daha çox Prinsin hitlər kolleksiyası və onun iştirakı ilə çəkilən "Purple Rain" filminin saundtreki ilə maraqlanıb. Qeyd edək ki, məşhur amerikalı müğənni, gitaraçı, bəstəkar və mahnıların sözlərinin müəllifi olan Prins aprelin 21-də 57 yaşında vəfat edib. O, dəfələrlə "Qremmi", "Oskar" və "Qızıl qlobus" mükafatlarının qalibi olub. 2005-ci ildə isə mərhum müğənninin adı "Rok-n-Roll"un Şərəf zalına daxil edilib. |
Alıntı Hızlı Cevap |
Yeni Konu Aç Konuyu Cevapla |
Bookmarks |
|
Forum | Günün Sözü |
Powered by vBulletin® Version 3.8.9 Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd. |