Gargara Forum

Gargara Forum (http://gargara.org/index.php)
-   Show Biznes (http://gargara.org/forumdisplay.php?f=85)
-   -   Öləndən sonra albomlarının satışı 420 dəfə artdı (http://gargara.org/showthread.php?t=14396)

buse 27 Nisan 2016 19:47

Öləndən sonra albomlarının satışı 420 dəfə artdı
 
http://img.milli.az/2016/04/22/427502.jpg

Amerikalı məşhur müğənni Prinsin ölümündən sonrakı üç gün ərzində satılan albomlarının sayı faciəvi hadisədən əvvəlki üç günlə müqayisədə 42000% çox olub.
Bu barədə "Nielsen Music" şirkətinə istinadən "USA Today" qəzeti məlumat verib.
"Nielsen Music" şirkətinin nümayəndəsi Fren Körtisin verdiyi məlumata görə, ölümündən sonrakı üç gün ərzində məşhur müğənninin dünya üzrə 579 min albomu satılıbsa, onun dünyasını dəyişdiyi andan əvvəlki üç gün ərzində cəmi 1 400 nüsxə albomu satılmışdı.
Şirkətin məlumatlarına əsasən, mərhum musiqiçinin fanatları daha çox Prinsin hitlər kolleksiyası və onun iştirakı ilə çəkilən "Purple Rain" filminin saundtreki ilə maraqlanıb.
Qeyd edək ki, məşhur amerikalı müğənni, gitaraçı, bəstəkar və mahnıların sözlərinin müəllifi olan Prins aprelin 21-də 57 yaşında vəfat edib. O, dəfələrlə "Qremmi", "Oskar" və "Qızıl qlobus" mükafatlarının qalibi olub. 2005-ci ildə isə mərhum müğənninin adı "Rok-n-Roll"un Şərəf zalına daxil edilib.


Tüm Zamanlar GMT +4 Olarak Ayarlanmış. Şuanki Zaman: 21:06.

Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121