|
Yeni Konu Aç Konuyu Cevapla |
LinkBack | Seçenekler | Arama | Stil |
08 Nisan 2016, 22:56 | #1 |
Üyelik tarihi: 15 Nisan 2015 Mesajlar: 12,520 Aldığı Beğeni: 0 Beğendikleri: 0 | Kamil iman sahibinin xüsusiyyətləri: Kamil iman sahibinin Allah inancı necədir? - Allahdan başqa İlah olmadığını, - hər hadisəni yaradanın ancaq Allah olduğunu, - hər işi idarə edənin Allah olduğunu, - bütün qəlblərin ancaq Allahın idarəsində olduğunu, - Allahın hər şeyi ehtiva etdiyini, - qədəri (taleyi) müəyyən etdiyini, - hər şeyə gücünün yetdiyini və dilədiyini etdiyini, - hərhadisədən xəbərdar olduğunu və hər şeyi eşidib gördüyünü, - hər şeyi qoruduğunu, - qeybi bildiyini, - heçnəyə ehtiyacı olmadığını və bütün nöqsan sifətlərdən uzaq olduğunu, - doğmadığını və doğulmadığını, - yanılmadığınıvə unutmadığını, - mülkün yeganə sahibi olduğunu, - hər şeyin yeganə varisi olduğunu, - daim diri olduğunu, - izzət və şərəfin yeganə sahibi olduğunu, - daim üstün və qalib olduğunu, - ən gözəl isimlərin sahibi olduğunu, - hökm və hikmət sahibi olduğunu, - qullarına şah damarlarından daha yaxın olduğunu, - ürəklərindən keçirdikləri ən kiçik şeyi də bildiyini, - gizlinin gizlisini bildiyini, - sonsuz ədalətli olduğunu, - mərhəmətlilərin ən mərhəmətlisi olduğunu, - qullarına qarşı çox əfvedici olduğunu, - qullarını çox sevdiyini, - tövbələri qəbul etdiyini, - səmimi duaya cavab verdiyini, - yaxşılığın və şükrün əvəzini artıqlaması ilə verdiyini, - insana hər şeyi öyrətdiyini, - xəbərdarlıq edib qorxutduğunu, - ölüləri diriltdiyini və hesab gününü yaradan olduğunu, - dininə kömək edənlərə dünyada və axirətdə kömək etdiyini, - vədinin haqq olduğunu, - inkarçılar üçün cəhənnəmi, möminlər üçün isə cənnəti yaratdığını bilən Allah inancına malikdir. Kamil iman sahibinin Allah qorxusu - Yalnız Allahdan qorxar və yalnız Ondan çəkinər, - Allahdan başqa heç nədən qorxmaz, - Allahdan gücü çatdığı qədər çox qorxar, - imanı və Allah qorxusunu qəlbə yerləşdirənin Allah olduğunu bilər, - bu qorxunu yalnız çətinlik və çarəsizlik anlarında deyil, hər an yaşayar, - Allahın qəlblərdə olanı və gizlinin gizlisini bildiyini unutmaz, - heç kimin onu görmədiyi yerdə də Allahın gördüyünü hər an xatırlayar, - hesab verəcəyini bilərək hərəkət edər, - haram və halallara diqqət edər, - gördüyühər işi bu qorxu üzərində qurar, - hər işində Allaha yönələr, - yeganə cəzalandıranın Allah olduğunu bilər, - Allahın təhdidindən və cəhənnəm əzabından qorxar, - daha əvvəl gəlib-keçənlərə Allahın verdiyi əzabları unutmaz, - hörmət dolu, içi titrəyən və böyük Allah qorxusuna malikdir. Kamil iman sahibinin imanı - Allah qorxusuna və Allah sevgisinə əsaslanan, - yalnız Allaha ibadət edən, - Allahı hər şeydən üstün tutan, - Allahdan başqa İlah axtarmayan, - Allaha heç nəyi ortaq qoşmayan, - hər şeyin Allahdan olduğunu bilən, - Allahın həmişə onun yanında olub etdiklərini gördüyünü bilən, - həyatının hər anında “Allahın razılığını qazanmağı” hədəfləyən, - bütün həyatı Allah üçün yaşamağı tələb edən, - Allahın sərhədlərini qorumağı təmin edən, - Allah qarşısında acizliyini çox yaxşı bilən, - Allahın ayələrinə qəlbən itaət edən, - yalnız Allaha güvənən, - köməyin ancaq Allahdan olduğunu qavrayan, - daim Allahı xatırlayan, - Qurana bağlı olan, - Allaha əsla nankorluq etməyən, - qiyamət gününə tam yəqinliklə iman edən, - axirətin varlığına qəti olaraq inanan, - dünya həyatına aldanmağa mane olan, - gələcək narahatlığını ortadan qaldıran, - hər işdə bir xeyir olduğunu hər an hiss etdirən, - hər işdə Allaha yönəlməyi təmin edən, - sahib olduğu bütün xüsusiyyətlərin Allahdan olduğunu unutmayan, - Allaha, hökmlərinə və elçilərinə könüldən itaəti təmin edən, - şeytanın təsirinə düşməyən, - hər an vicdanın səsilə hərəkət etməyi təmin edən, - yalnız Allaha yönəlmiş bir əhvalı olan, - yalnız Allahı və inananları dost etməyi təmin edən, - Allaha yaxınlaşmaq üçün ciddi səy göstərən, - Allaha hər an şükür edici olmağı təmin edən, - gizli və açıq zəkat verməyi unutdurmayan, - hər çətinliyə səbir edə bilən və qətiyyən qorxmayan, - üstün əxlaq qazandıran, - göstərilən mömin əlamətlərində qətiyyət təmin edən, - təqvada yarışıb önə keçən imana malikdir. Kamil iman sahibinin qədər (tale) anlayışı - Hər şeyin bir qədərlə yaradıldığını, - doğumdan ölümə qədər hər hadisəni Allahın xüsusi olaraq planlaşdırdığını, - hər hadisənin ancaq Allahın təqdir etdiyi zamanda reallaşacağını, - Allaha qəlbən tam güvənərək bağlanmalı olduğunu, - qəlbən itaət etmənin məqbul olduğunu, - Allahın bütün zamanları bir an içində gördüyünü, - yalnız Allaha təslim olmanın vacibliyini, - nə edirsə-etsin, nəticəni Allahın təyin edəcəyini, - Allaha tam təslim olduğu təqdirdə əsla qəmgin olmayacağını, - Allahın yaratdığı hər görüntüdən razı olmalı olduğunu bilər, - Başına gələn hər şeyin Allahdan olduğunu bildiyi üçün: -həyəcanlanmaz, -kədərlənib çətinliyə düşməz, -təlaşlanmaz, -ümidsizliyə qapılmaz, -gərginlik və stress keçirməz, -narahat olmaz, -qəzəblənməz, -"Kaş ki",-deməz, -ani və kəskin reaksiyalar verməz, -ölüm qarşısında kədərlənməz, -itirdiklərinə görə və başına gələn hadisələrə görə kədərlənməz. Kamil iman sahibinin düşüncəsi və ağlı - Quran ayələri haqqında lazımi qədər dərindən düşünən, - hər şeyi Quran məntiqilə qiymətləndirən, - hərhadisədə müsbət düşünən, - vicdanın istiqamətləndirdiyi şəkildə hərəkət edən, - hərhadisənin qədərdə Allahın təqdir etdiyi şəkildə meydana gəldiyini bilərək düşünən, - hər hadisənin ardında gizlənən xeyir və hikməti görməyə çalışan, - ayaq üstə, oturarkən, yatarkən, hər an daim Allahı düşünən, - Allahın varlığını və yaratma sənətini dərindən düşünən, - Allahın diqqət çəkdiyi mövzuları və iman həqiqətlərini araşdırıb düşünən, - suallarının cavablarını yalnız Qurandan tapan, - çətinliklərdə həll yolunu həmişə Quranda axtaran, - daim dinin lehinə düşünən, - vəsvəsə gəldiyində şeytandan olduğunu düşünüb Allaha sığınan, - möminlər haqqında hüsnü-zənn edən, - başqalarının ehtiyaclarını düşünə bilən, - daha təcili işləri müəyyən edib onlara üstünlük verə bilən, -haqla batil arasında Qurana uyğun müqayisə edə bilən, - təmiz ağılla düşünə bilən, - öz yaradılışını düşünən, - qiyaməti düşünən, - hesab gününü düşünən, - cənnəti və xüsusilə də cəhənnəmi düşünüb öyüd alan, - özünə verilən öyüdləri ətraflı düşünən, - öz nəfs mühakiməsiniedə bilən ağıl və düşüncəyə malikdir. Kamil iman sahibinin sevgi anlayışı - Allahı hər kəsdən və hər şeydən çox sevər, - Peyğəmbərimizə (s.ə.v.) duyduğu sevgi bütün inananlara duyduğu sevgidən üstündür, - möminlərə olan sevgisi Allahın rizasına əsaslanan sevgidir, - ən çox sevdiyi insanlar Allahın rizasını qazanmağa ən çox səy göstərən, ən təqvalı olduğuna ümid etdiyi şəxslərdir, - dünya həyatının bəzəklərinə qarşı həvəsli sevgi duymaz, - gördüyüxeyirli işlərin əvəzində Allahın sevgisindən başqa heç bir mükafat istəməz, - Allaha və elçisinə qarşı baş qaldıranlara qarşı əsla sevgi duymaz, - bir şeyə qarşı duyduğu sevgi və ehtiyac o mövzuda fədakarlıq göstərməsinə mane olmaz, Kamil iman sahibi necə və nə haqda danışar? - Allahı ən gözəl adları ilə təsbih edər, - sözün ən gözəlini söyləyər, - gələcəkdə olacaq bir hadisə üçün hər zaman "Allah diləsə" mənasını verən "inşaAllah" sözündən istifadə edər, - Allahın sənətini əks etdirən hər gözəlliyi gördüyündə: "MaşaAllah",-deyərək Allahın şanını ucaldar, - Allahın razı olacağına ümid etdiyi sözü söyləyər, - danışıqlarında ayələri xatırladaraq danışar, - hikmətli danışar, - qısa, mənalı və aydın danışar, - boş və faydasız söhbətlər etməz, - ehtiyaca uyğun danışar, - yalan söz söyləməz, - ata və anasına qarşı "uf" belə deməyəcək qədər hörmətlə danışar, - yumşaq söz söyləyər, - danışığı ilə qarşı tərəfə etibarlı olduğunu hiss etdirər, - bacardığı qədər səmimi, sadə, içindən gəldiyi kimi danışar, - gizli söhbətlərdən çəkinər, - söylədiyi sözün nə məna verəcəyini bilərək və yaxşı düşünərək danışar, - öyüd verərək danışar, - bir evə girdiyində əvvəl Quranda ifadə edildiyi kimi, "salam" sözünü söyləyər, - cahillərlə qarşılaşdığında onlarla cahil kimi söhbətə dalmaz, "Salam",-deyib keçər, - böhtan atacaq bir söz söyləməz, - bu cür söhbətlərə qatılmayıb şərəflə oradan uzaqlaşar, - yaxşı və gözəl rəftarları təşviq edən və pis davranışlardan çəkindirən söhbətlər edər, - orta səslə danışar, qışqıraraq danışmaz, - ağzından çıxan hər sözdən məsul olduğunu bilər, - boş və gərəksiz məqsədlər üçün and içməz, - danışığında heç kimi pisləməz, - dedi-qodu etməz, - vicdanı hərəkətəgətirən təsirli sözlər söyləyər, Kamil iman sahibinin duası - hər şeydə Allaha yönələrək, - yalnız Allaha dua edərək və yalnız Ondan kömək diləyərək, - Allahın hər duaya cavab verdiyini bilərək, - Allahın ona şah damarından daha yaxın olduğunu və hər düşündüyünü həmin an eşitdiyini bilərək, - Allahı ən gözəl adları ilə təsbih edərək və bu adlarının mənalarını dərin-dərin düşünərək, - dua edərkən Allahdan istəyinə sərhəd qoymayaraq, - duanınqəlibləşmiş forması olmadığını, Allahın rizasını qazanmaq üçün edilən hər hərəkətin bir dua olduğunu bilərək, - dua etmək üçün xüsusi bir məkan və yerə gərək olmadığını, hər zaman, hər yerdə dua edə biləcəyini bilərək, - Allaha ən hörmətli şəkildə dua edər, - yalnız çətinlik və ehtiyac içində olarkən deyil, bolluq və nemət içində olarkən də dua edər, - dualarından sonra verilən nemətlərə nankorluq etməz, - duası qəlbən və səmimidir, - Allaha yalvara-yalvara, için-için dua edər, - nümayiş üçün dua etməz, - qorxu və ümidlə dua edər, - özünə olduğu qədər, hətta özündən daha çox peyğəmbərlər və digər möminlər üçün dua edər, - möminlərin sağlamlığı, təhlükəsizliyi, rahatlığı, zənginliyi və gücü üçün dua edər, - Allaha yaxınlaşmaq, müvəffəqiyyətli olmaq, din əxlaqını ən yaxşı şəkildə yaşamaq və gözəl əxlaqda səbir göstərmək üçün dua edər, - dünya və axirətdə Allahın ən gözəlini verməsi, nemətlərini artırması üçün dua edər, - heç kimin möminlərə zərər verməməsi üçün dua edər, - düşmənlərinin xor, alçaq olmaları və etdiklərinin əvəzini görmələri üçün dua edər, - Quranda yer verilən peyğəmbər dualarını özünə nümunə götürər, - dualarının sonunda: “Həmd olsun aləmlərin Rəbbi olan Allaha! (Yunus surəsi, 10)”,-deyərək Allahı təsbih edər. |
Alıntı Hızlı Cevap |
Yeni Konu Aç Konuyu Cevapla |
Bookmarks |
|
Forum | Günün Sözü |
Powered by vBulletin® Version 3.8.9 Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd. |