Tekil Mesaj gösterimi
Alt 08 Nisan 2016, 22:56   #1
buse
Avatar Yok
Üyelik tarihi: 15 Nisan 2015
Mesajlar: 12,520
Aldığı Beğeni: 0
Beğendikleri: 0
Standart Kamil iman sahibinin xüsusiyyətləri: Kamil iman sahibinin Allah inancı necədir?



- Allahdan başqa İlah olmadığını,
- hər hadisəni yaradanın ancaq Allah olduğunu,
- hər işi idarə edənin Allah olduğunu,
- bütün qəlblərin ancaq Allahın idarəsində olduğunu,
- Allahın hər şeyi ehtiva etdiyini,
- qədəri (taleyi) müəyyən etdiyini,
- hər şeyə gücünün yetdiyini və dilədiyini etdiyini,
- hərhadisədən xəbərdar olduğunu və hər şeyi eşidib gördüyünü,
- hər şeyi qoruduğunu,
- qeybi bildiyini,
- heçnəyə ehtiyacı olmadığını və bütün nöqsan sifətlərdən uzaq olduğunu,
- doğmadığını və doğulmadığını,
- yanılmadığınıvə unutmadığını,
- mülkün yeganə sahibi olduğunu,
- hər şeyin yeganə varisi olduğunu,
- daim diri olduğunu,
- izzət və şərəfin yeganə sahibi olduğunu,
- daim üstün və qalib olduğunu,
- ən gözəl isimlərin sahibi olduğunu,
- hökm və hikmət sahibi olduğunu,
- qullarına şah damarlarından daha yaxın olduğunu,
- ürəklərindən keçirdikləri ən kiçik şeyi də bildiyini,
- gizlinin gizlisini bildiyini,
- sonsuz ədalətli olduğunu,
- mərhəmətlilərin ən mərhəmətlisi olduğunu,
- qullarına qarşı çox əfvedici olduğunu,
- qullarını çox sevdiyini,
- tövbələri qəbul etdiyini,
- səmimi duaya cavab verdiyini,
- yaxşılığın və şükrün əvəzini artıqlaması ilə verdiyini,
- insana hər şeyi öyrətdiyini,
- xəbərdarlıq edib qorxutduğunu,
- ölüləri diriltdiyini və hesab gününü yaradan olduğunu,
- dininə kömək edənlərə dünyada və axirətdə kömək etdiyini,
- vədinin haqq olduğunu,
- inkarçılar üçün cəhənnəmi, möminlər üçün isə cənnəti yaratdığını bilən Allah inancına malikdir.
Kamil iman sahibinin Allah qorxusu
- Yalnız Allahdan qorxar və yalnız Ondan çəkinər,
- Allahdan başqa heç nədən qorxmaz,
- Allahdan gücü çatdığı qədər çox qorxar,
- imanı və Allah qorxusunu qəlbə yerləşdirənin Allah olduğunu bilər,
- bu qorxunu yalnız çətinlik və çarəsizlik anlarında deyil, hər an yaşayar,
- Allahın qəlblərdə olanı və gizlinin gizlisini bildiyini unutmaz,
- heç kimin onu görmədiyi yerdə də Allahın gördüyünü hər an xatırlayar,
- hesab verəcəyini bilərək hərəkət edər,
- haram və halallara diqqət edər,
- gördüyühər işi bu qorxu üzərində qurar,
- hər işində Allaha yönələr,
- yeganə cəzalandıranın Allah olduğunu bilər,
- Allahın təhdidindən və cəhənnəm əzabından qorxar,
- daha əvvəl gəlib-keçənlərə Allahın verdiyi əzabları unutmaz,
- hörmət dolu, içi titrəyən və böyük Allah qorxusuna malikdir.
Kamil iman sahibinin imanı
- Allah qorxusuna və Allah sevgisinə əsaslanan,
- yalnız Allaha ibadət edən,
- Allahı hər şeydən üstün tutan,
- Allahdan başqa İlah axtarmayan,
- Allaha heç nəyi ortaq qoşmayan,
- hər şeyin Allahdan olduğunu bilən,
- Allahın həmişə onun yanında olub etdiklərini gördüyünü bilən,
- həyatının hər anında “Allahın razılığını qazanmağı” hədəfləyən,
- bütün həyatı Allah üçün yaşamağı tələb edən,
- Allahın sərhədlərini qorumağı təmin edən,
- Allah qarşısında acizliyini çox yaxşı bilən,
- Allahın ayələrinə qəlbən itaət edən,
- yalnız Allaha güvənən,
- köməyin ancaq Allahdan olduğunu qavrayan,
- daim Allahı xatırlayan,
- Qurana bağlı olan,
- Allaha əsla nankorluq etməyən,
- qiyamət gününə tam yəqinliklə iman edən,
- axirətin varlığına qəti olaraq inanan,
- dünya həyatına aldanmağa mane olan,
- gələcək narahatlığını ortadan qaldıran,
- hər işdə bir xeyir olduğunu hər an hiss etdirən,
- hər işdə Allaha yönəlməyi təmin edən,
- sahib olduğu bütün xüsusiyyətlərin Allahdan olduğunu unutmayan,
- Allaha, hökmlərinə və elçilərinə könüldən itaəti təmin edən,
- şeytanın təsirinə düşməyən,
- hər an vicdanın səsilə hərəkət etməyi təmin edən,
- yalnız Allaha yönəlmiş bir əhvalı olan,
- yalnız Allahı və inananları dost etməyi təmin edən,
- Allaha yaxınlaşmaq üçün ciddi səy göstərən,
- Allaha hər an şükür edici olmağı təmin edən,
- gizli və açıq zəkat verməyi unutdurmayan,
- hər çətinliyə səbir edə bilən və qətiyyən qorxmayan,
- üstün əxlaq qazandıran,
- göstərilən mömin əlamətlərində qətiyyət təmin edən,
- təqvada yarışıb önə keçən imana malikdir.
Kamil iman sahibinin qədər (tale) anlayışı
- Hər şeyin bir qədərlə yaradıldığını,
- doğumdan ölümə qədər hər hadisəni Allahın xüsusi olaraq planlaşdırdığını,
- hər hadisənin ancaq Allahın təqdir etdiyi zamanda reallaşacağını,
- Allaha qəlbən tam güvənərək bağlanmalı olduğunu,
- qəlbən itaət etmənin məqbul olduğunu,
- Allahın bütün zamanları bir an içində gördüyünü,
- yalnız Allaha təslim olmanın vacibliyini,
- nə edirsə-etsin, nəticəni Allahın təyin edəcəyini,
- Allaha tam təslim olduğu təqdirdə əsla qəmgin olmayacağını,
- Allahın yaratdığı hər görüntüdən razı olmalı olduğunu bilər,
- Başına gələn hər şeyin Allahdan olduğunu bildiyi üçün:
-həyəcanlanmaz,
-kədərlənib çətinliyə düşməz,
-təlaşlanmaz,
-ümidsizliyə qapılmaz,
-gərginlik və stress keçirməz,
-narahat olmaz,
-qəzəblənməz,
-"Kaş ki",-deməz,
-ani və kəskin reaksiyalar verməz,
-ölüm qarşısında kədərlənməz,
-itirdiklərinə görə və başına gələn hadisələrə görə kədərlənməz.
Kamil iman sahibinin düşüncəsi və ağlı
- Quran ayələri haqqında lazımi qədər dərindən düşünən,
- hər şeyi Quran məntiqilə qiymətləndirən,
- hərhadisədə müsbət düşünən,
- vicdanın istiqamətləndirdiyi şəkildə hərəkət edən,
- hərhadisənin qədərdə Allahın təqdir etdiyi şəkildə meydana gəldiyini bilərək düşünən,
- hər hadisənin ardında gizlənən xeyir və hikməti görməyə çalışan,
- ayaq üstə, oturarkən, yatarkən, hər an daim Allahı düşünən,
- Allahın varlığını və yaratma sənətini dərindən düşünən,
- Allahın diqqət çəkdiyi mövzuları və iman həqiqətlərini araşdırıb düşünən,
- suallarının cavablarını yalnız Qurandan tapan,
- çətinliklərdə həll yolunu həmişə Quranda axtaran,
- daim dinin lehinə düşünən,
- vəsvəsə gəldiyində şeytandan olduğunu düşünüb Allaha sığınan,
- möminlər haqqında hüsnü-zənn edən,
- başqalarının ehtiyaclarını düşünə bilən,
- daha təcili işləri müəyyən edib onlara üstünlük verə bilən,
-haqla batil arasında Qurana uyğun müqayisə edə bilən,
- təmiz ağılla düşünə bilən,
- öz yaradılışını düşünən,
- qiyaməti düşünən,
- hesab gününü düşünən,
- cənnəti və xüsusilə də cəhənnəmi düşünüb öyüd alan,
- özünə verilən öyüdləri ətraflı düşünən,
- öz nəfs mühakiməsiniedə bilən ağıl və düşüncəyə malikdir.
Kamil iman sahibinin sevgi anlayışı
- Allahı hər kəsdən və hər şeydən çox sevər,
- Peyğəmbərimizə (s.ə.v.) duyduğu sevgi bütün inananlara duyduğu sevgidən üstündür,
- möminlərə olan sevgisi Allahın rizasına əsaslanan sevgidir,
- ən çox sevdiyi insanlar Allahın rizasını qazanmağa ən çox səy göstərən, ən təqvalı olduğuna ümid etdiyi şəxslərdir,
- dünya həyatının bəzəklərinə qarşı həvəsli sevgi duymaz,
- gördüyüxeyirli işlərin əvəzində Allahın sevgisindən başqa heç bir mükafat istəməz,
- Allaha və elçisinə qarşı baş qaldıranlara qarşı əsla sevgi duymaz,
- bir şeyə qarşı duyduğu sevgi və ehtiyac o mövzuda fədakarlıq göstərməsinə mane olmaz,
Kamil iman sahibi necə və nə haqda danışar?
- Allahı ən gözəl adları ilə təsbih edər,
- sözün ən gözəlini söyləyər,
- gələcəkdə olacaq bir hadisə üçün hər zaman "Allah diləsə" mənasını verən "inşaAllah" sözündən istifadə edər,
- Allahın sənətini əks etdirən hər gözəlliyi gördüyündə: "MaşaAllah",-deyərək Allahın şanını ucaldar,
- Allahın razı olacağına ümid etdiyi sözü söyləyər,
- danışıqlarında ayələri xatırladaraq danışar,
- hikmətli danışar,
- qısa, mənalı və aydın danışar,
- boş və faydasız söhbətlər etməz,
- ehtiyaca uyğun danışar,
- yalan söz söyləməz,
- ata və anasına qarşı "uf" belə deməyəcək qədər hörmətlə danışar,
- yumşaq söz söyləyər,
- danışığı ilə qarşı tərəfə etibarlı olduğunu hiss etdirər,
- bacardığı qədər səmimi, sadə, içindən gəldiyi kimi danışar,
- gizli söhbətlərdən çəkinər,
- söylədiyi sözün nə məna verəcəyini bilərək və yaxşı düşünərək danışar,
- öyüd verərək danışar,
- bir evə girdiyində əvvəl Quranda ifadə edildiyi kimi, "salam" sözünü söyləyər,
- cahillərlə qarşılaşdığında onlarla cahil kimi söhbətə dalmaz, "Salam",-deyib keçər,
- böhtan atacaq bir söz söyləməz,
- bu cür söhbətlərə qatılmayıb şərəflə oradan uzaqlaşar,
- yaxşı və gözəl rəftarları təşviq edən və pis davranışlardan çəkindirən söhbətlər edər,
- orta səslə danışar, qışqıraraq danışmaz,
- ağzından çıxan hər sözdən məsul olduğunu bilər,
- boş və gərəksiz məqsədlər üçün and içməz,
- danışığında heç kimi pisləməz,
- dedi-qodu etməz,
- vicdanı hərəkətəgətirən təsirli sözlər söyləyər,
Kamil iman sahibinin duası
- hər şeydə Allaha yönələrək,
- yalnız Allaha dua edərək və yalnız Ondan kömək diləyərək,
- Allahın hər duaya cavab verdiyini bilərək,
- Allahın ona şah damarından daha yaxın olduğunu və hər düşündüyünü həmin an eşitdiyini bilərək,
- Allahı ən gözəl adları ilə təsbih edərək və bu adlarının mənalarını dərin-dərin düşünərək,
- dua edərkən Allahdan istəyinə sərhəd qoymayaraq,
- duanınqəlibləşmiş forması olmadığını, Allahın rizasını qazanmaq üçün edilən hər hərəkətin bir dua olduğunu bilərək,
- dua etmək üçün xüsusi bir məkan və yerə gərək olmadığını, hər zaman, hər yerdə dua edə biləcəyini bilərək,
- Allaha ən hörmətli şəkildə dua edər,
- yalnız çətinlik və ehtiyac içində olarkən deyil, bolluq və nemət içində olarkən də dua edər,
- dualarından sonra verilən nemətlərə nankorluq etməz,
- duası qəlbən və səmimidir,
- Allaha yalvara-yalvara, için-için dua edər,
- nümayiş üçün dua etməz,
- qorxu və ümidlə dua edər,
- özünə olduğu qədər, hətta özündən daha çox peyğəmbərlər və digər möminlər üçün dua edər,
- möminlərin sağlamlığı, təhlükəsizliyi, rahatlığı, zənginliyi və gücü üçün dua edər,
- Allaha yaxınlaşmaq, müvəffəqiyyətli olmaq, din əxlaqını ən yaxşı şəkildə yaşamaq və gözəl əxlaqda səbir göstərmək üçün dua edər,
- dünya və axirətdə Allahın ən gözəlini verməsi, nemətlərini artırması üçün dua edər,
- heç kimin möminlərə zərər verməməsi üçün dua edər,
- düşmənlərinin xor, alçaq olmaları və etdiklərinin əvəzini görmələri üçün dua edər,
- Quranda yer verilən peyğəmbər dualarını özünə nümunə götürər,
- dualarının sonunda: “Həmd olsun aləmlərin Rəbbi olan Allaha! (Yunus surəsi, 10)”,-deyərək Allahı təsbih edər.
  Alıntı Hızlı Cevap