|
Yeni Konu Aç Konuyu Cevapla |
LinkBack | Seçenekler | Arama | Stil |
07 Nisan 2016, 22:36 | #1 |
Üyelik tarihi: 15 Nisan 2015 Mesajlar: 12,520 Aldığı Beğeni: 0 Beğendikleri: 0 | Quran əxlaqı Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə son dərəcə qüsurlu əxlaq anlayışı mövcuddur. İnsan ruhundakı eqoist həvəs və istəklərin məhsulu olan bu əxlaq anlayışı insanları qürurlu, eqoist, həyasız, mərhəmətsiz, kobud və zalım olmağa yönəldir. Hər kəs şəxsi mənfəətini təmin etmək üçün digər insanları əzməyin vacib olduğuna inanır və bunu əlinə düşən hər fürsətdə tətbiq edir. Halbuki, Allah yaratdığı insana belə bir əxlaqı tövsiyə etməmişdir. Əksinə, Quranda insanlara kübar, təvazökar, etibarlı, şəfqətli, fədakar və səmimi olmaları əmr edilir. Allah`ın haqq kitabında insan əxlaqındakı bu incəliklərə diqqət çəkilir: İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir.(Loğman surəsi, 18) Müsəlmanın vəzifəsi, şübhəsiz ki, Allah`ın vəhy etdiyi bu üstün əxlaqı ən xırda detalına qədər tətbiq etməkdir. Bu ilahi əxlaqı tərk etmiş və yuxarıda bəhs etdiyimiz qüsurlu əxlaq anlayışını mənimsəmiş azğın və primitiv mədəniyyətin təsirindən xilas olmaq üçün olduqca həssas və diqqətli olmaq lazımdır. Buna görə də, insan daim düşünməli və cahiliyyə əxlaqından uzaqlaşıb Quran əxlaqını mənimsəmək üçün böyük səy göstərməlidir. |
Alıntı Hızlı Cevap |
Yeni Konu Aç Konuyu Cevapla |
Bookmarks |
|
Forum | Günün Sözü |
Powered by vBulletin® Version 3.8.9 Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd. |