Gargara Forum » Azərbaycan » İslami Mövzular » İslam terroru lənətləyir

Yeni Konu Aç Konuyu Cevapla

     
LinkBack Seçenekler Arama Stil
Alt 07 Nisan 2016, 22:37   #1
buse
Avatar Yok
Üyelik tarihi: 15 Nisan 2015
Mesajlar: 12,520
Aldığı Beğeni: 0
Beğendikleri: 0
Standart İslam terroru lənətləyir



.. Allahın verdiyi ruzidən yeyin-için, yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin! (Bəqərə surəsi, 60)
Bir dinin adından çıxış edən insanların bir qismi o dini yanlış anlaya və yaşaya bilərlər. Ona görə bu insanlara baxaraq o din haqqında fikir söyləmək doğru olmaz. Bir dini tanımağın ən doğru yolu o dinin müqəddəs kitabını oxuyub təhlil etməkdir.
İslamın müqəddəs kitabı Qurandır. Quran əxlaqı sevgi, şəfqət, mərhəmət, təvazökarlıq, fədakarlıq, tolerantlıq və sülh anlayışlarına əsaslanır. Həqiqi mənada bu əxlaqa uyğun yaşayan bir müsəlman olduqca alicənab, ədəbli, əsalətli, incədüşüncəli, təvazökar, ədalətli, etibarlı və mülayim insan olur. Ətrafına sevgi, hörmət, rahatlıq və sevinc bəxş edir.
Terror nədir?
Terror ümumi mənada sivil hədəflərə qarşı siyasi məqsədli zorakılıq tətbiq etməkdir. Başqa sözlə, terrorun hədəfi tamamilə günahsız dinc əhalidir. Yeganə təqsirləri terroristin gözündə “qarşı tərəf” olmaqdır. Buna görə terror günahsız insanlara qarşı zorakılıq deməkdir və bunun heç bir əxlaqi səbəbi yoxdur. Bu, Hitlerin və ya Stalinin cinayətləri kimi “bəşəriyyətə qarşı törədilmiş cinayət”dir.
İslam sülh dinidir
Quran Allahın insanlara bələdçi kimi nazil etdiyi haqq kitabdır və Allah Quranda insanlara gözəl əxlaqı əmr edir. Bu əxlaqın kökündə isə sevgi, şəfqət, tolerantlıq, ədalət və mərhəmət kimi anlayışlar durur. İslam sözü ərəb dilində “sülh” sözü ilə eynimənalıdır. İslam Allahın sonsuz mərhəmət və şəfqətinin yer üzündə təcəlli etdiyi sülh və əmin-amanlıq dolu həyatı insanlara yaşatmaq üçün göndərilmiş dindir. Quran ayələrində insanlar yer üzündə mərhəmətin, şəfqətin, sevginin və sülhün modeli olan İslam əxlaqına dəvət edilir. Bəqərə surəsinin 208-ci ayəsində belə buyurulur:
Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (İslama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir!
Ayədən göründüyü kimi, Allah insanlara Quran əxlaqına uyğun yaşadıqda sülhün təmin olunacağını bildirir.
Quran əxlaqına əsasən bir müsəlman müsəlman və ya qeyri-müsəlman insanlara yaxşı və ədalətlə davranmaqla, zəifləri və günahsızları qorumaqla və “yer üzündə fitnə-fəsadın qarşısını almaqla” məsuldur. Yer üzündə insanların təhlükəsizliyini və rahatlığını pozan hər cür anarxiya və terror fitnə-fəsaddır. Bir ayədə də buyurulduğu kimi, “Allah fitnə-fəsadı sevməz.” (Bəqərə surəsi, 205)
Allah məsum insanların öldürülməsini haram etmişdir
Bir günahsız insanın öldürülməsi ən böyük fitnə-fəsaddır. Allah Quranda bunu belə açıqlayır:
Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş olar… (Maidə surəsi, 32)
Göründüyü kimi, “bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən” bircə insanı öldürən şəxs bütün insanları öldürmüş kimi böyük günah edir. Bu təqdirdə terrorçuların törətdiyi cinayət, qırğın və müasir ifadə ilə desək, “suiqəsd”lərin nə qədər böyük günah olduğu aydın olur.
Bundan əlavə, İslama görə heç kim öz qənaətinə əsasən “haqlı” və “haqsız” tərəfi ayırd edə bilməz. Çünki bu, Quran ilə ayırd edilir. Quranda bildirildiyi kimi, İslam dinində hücum deyil, müdafiə var. Bir müsəlman ancaq özünün və ya yaxınlarının canına qəsd edilsə, müdafiə məqsədi ilə hücuma qarşı müqavimət göstərə bilər. Lakin qarşı tərəf hücumu dayandırarsa, onda o da müdafiəni dayandırmaqla məsuldur. Allah bunu ayələrində qəti hökm kimi bildirmişdir:
Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir.
… Onlar sizinlə Məscidulharamın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın. Əgər sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası belədir.
Əgər onlar (vuruşmağa) son qoysalar, əlbəttə ki, Allah Bağışlayandır, Rəhmlidir! (Bəqərə surəsi, 190-192)
Bütün bunlar göstərir ki, məsum insanlara qarşı terror törətmək İslama tamamilə zidd hərəkətdir və heç bir müsəlman belə günah etməz. Əksinə, müsəlmanlar bu günahları edən insanlara mane olmaqla, “yer üzündəki fitnə-fəsadı” aradan qaldırmaq və bütün insanlar üçün sülhü və əmin-amanlığı təmin etməklə məsuldurlar. İslamla terror bir-birinə ziddir, İslam əxlaqı terrorun qarşısında maneədir və terrorun həll yoludur.
Allah fitnə-fəsadi törədənləri lənətləmişdir
Allah insanlara pislikdən çəkinməyi əmr etmiş, zülmü, zorakılığı, öldürməyi, qan tökməyi qadağan etmişdir. Quranda bu mövzu ilə bağlı ayələrdən bəziləri bunlardır:
Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsən və yer üzündə fitnə-fəsad törədənlərə gəlincə, onlar üçün lənət və pis yurd vardır.
Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin. Allaha qorxu və ümidlə yalvarın. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır. (Əraf surəsi, 56)
Din adı altında terror törədənlər
Allah və din adından çıxış edən, ancaq Allahın lənətlədiyi günahları etmək üçün təşkilatlanan ikiüzlü insanların olduğuna Quranda da işarə edilmişdir. Bir ayədə “Allaha and içərək” peyğəmbəri öldürmək üçün plan quran “doqquz nəfərdən” belə bəhs olunur:
Şəhərdə doqquz adam var idi ki, bunlar yer üzündə fitnə-fəsad törədir, yaxşı işlər görmürdülər. Onlar öz aralarında Allaha and içib belə dedilər: “Biz gecə ona və ailəsinə hücum edib öldürəcək, sonra da qəyyumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, doğru danışırıq!” Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar hiss etmədilər. (Nəml surəsi, 48-50)
Bu ayədə bildirilən hadisədən də gördüyümüz kimi, bəzi insanların “Allahın adından” çıxış etməsi, hətta “Allaha and içməsi”, yəni “çox dindar” görünərək danışması o insanların dinə uyğun davrandığını göstərmir. Əksinə, tamamilə Allahın razılığına və din əxlaqına zidd hərəkət edə bilərlər. Bu zaman onların gördüyü iş əsasdır. Əgər gördükləri iş ayədə bildirildiyi kimi, “yer üzündə fitnə-fəsad törədib pislik etməkdirsə”, bilin ki, o insanlar əsl dindar deyil və məqsədləri dinə xidmət etmək deyil.
Allahdan qorxan və İslam əxlaqını qavrayan insan zoraklılığa, fitnə-fəsada meyilli olmaz və bu cür işlərə əsla qurşanmaz. Buna görə də terrorun həll yolu həqiqi İslamdır. Quranda bildirilən gözəl əxlaq təbliğ edildikdə insanlar düşmənçiliyi, müharibəni və qarışıqlığı özlərinə hədəf seçmiş qruplara tərəfdar olmaz, onlarla birlik olmaz. Çünki Allah Quranda insanları fitnə-fəsaddan çəkindirir:
O, dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir. Ona: “Allahdan qorx!”– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır! (Bəqərə surəsi, 205-206)
Dövrümüzdə də davam edən bu böyük terror bəlasından xilas olmaq üçün əvvəlcə dinsizlik və din adından çıxış edən ziddiyyətli anlayışlar elmi yolla aradan qaldırılmalı və insanlara Allah qorxusu və həqiqi Quran əxlaqı öyrədilməlidir.
İslam fikir azadlığının tərəfdarıdır
Söz azadlığını, yaşamaq hüququnu təmin və müdafiə edən İslam, insanlar arasında gərginliyə, anlaşılmazlığa, bir-birləri haqqında pis şeylər danışmağı və həttə pis düşünməyi belə qadağan edən əmrlər gətirmişdir. İslamda terror və zorakılıq haram olduğu kimi, insanlara ideoloji təzyiq göstərilməsi belə qadağan edilmişdir:
Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir… (Bəqərə surəsi, 256)
(Onlara) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən! Sən onların üzərində hakim deyilsən! (Ğaşiyə surəsi, 21-22)
İnsanların bir dinə inanmağa və o dinin ibadətlərini yerinə yetirməyə məcbur edilməsi İslam əxlaqına və ruhuna ziddir. Çünki İslamda səmimi iman azad iradə və vicdanla mümkündür. Əlbəttə, müsəlmanlar bir-birlərini Quranda izah edilən əxlaqi xüsusiyyətləri yerinə yetirmək üçün xəbərdar edə, təşviq edə bilərlər. Quran əxlaqının ən gözəl tərzdə insanlara təbliğ edilməsi bütün iman gətirənlərin üzərinə düşən məsuliyyətdir. İman gətirənlər “Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et…” (Nəhl surəsi, 125) ayəsinə uyğun olaraq dini təbliğ edər, ancaq “Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir…” (Bəqərə surəsi, 272) ayəsini də nəzərə alarlar. Əsla məcbur etməz, insanlara maddi-mənəvi təzyiq göstərməz, dünyəvi mənfəətlə şirnikləndirərək təbliğ etdikləri insanı dinə uyğun yaşamağa istiqamətləndirməzlər. Təbliğlərinə müsbət cavab almadıqda müsəlmanlar “Sizin dininiz sizə, mənim dinim də mənədir!” (Kafirun surəsi, 6) ayəsində buyurulduğu kimi cavab verərlər.
Dünyada xristian, yəhudi, buddist, hindu, ateist, deist, bütpərəst kimi müxtəlif inanclara malik insanlar yaşayır. Müsəlmanlar qarşılarındakı insanın inancına baxmayaraq şəfqətli olmaqla, bağışlamaqla, ədalətli və insanpərvər davranmaqla məsuldurlar. İman gətirənlər insanları gözəl şəkildə, sülh və şəfqətlə Allahın dininə dəvət etməlidirlər. Dinin tələblərini yerinə yetirib-yetirməmək, iman gətirib-gətirməmək qarşı tərəfin üzərinə düşən məsuliyyətdir. Bir insanı iman gətirməyə məcbur etmək, bəzi şeyləri zorla qəbul etdirməyə çalışmaq Quran əxlaqına ziddir. Belə ki, Allah Quranda iman gətirənlərə belə xatırladır:
Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən? (Yunus surəsi, 99)
Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver! (Qaf surəsi, 45)
İnsanların ibadət etməyə məcbur edildiyi cəmiyyət modeli İslam əxlaqına tamamilə ziddir. Çünki inanc və ibadət ancaq Allah üçün və insanın öz seçimi ilə olmalıdır. Əgər bir sistem insanları inanca və ibadətə məcbur etsə, onda insanlar o sistemdən qorxduqları üçün dindar kimi görünəcəklər. Bu isə onları ikiüzlülüyə, münafiqliyə təşviq edir. Heç bir müsəlman belə bir şeyə razı olmaz. İslam əxlaqına əsasən din ancaq Allah rizası üçün azad vicdanla yaşanmalıdır.
Terrorizmin mənşəyi: Darvinizm və Materializm
… Allah qullarına Şəfqətlidir. (Ali-İmran surəsi, 30)
Bir çox insan təkamül nəzəriyyəsinin Çarlz Darvinin irəli sürdüyü, elmi dəlillərə, müşahidə və təcrübələrə əsaslanan nəzəriyyə olduğunu düşünür. Halbuki təkamül nəzəriyyəsinin ilk banisi Darvin olmadığı kimi, nəzəriyyənin mənbəyi də elmi dəlillər deyil. Nəzəriyyə antik doqma olan materialist fəlsəfənin təbiətə tətbiq edilməsindən ibarətdir. Bu gün nəzəriyyəni dəstəkləyən elmi tapıntılar olmasa da, sırf materialist ideologiyaya görə kor-koranə müdafiə edilir.
Bu mühafizəkarlıq dünyaya böyük bəlalar gətirib. Çünki darvinizmin və ondan əsas götürən materialist fəlsəfənin yayılması ilə “insan nədir?” sualına verilən cavab dəyişmişdir. Əvvəlcə bu suala “insan Allahın yaratdığı və Onun öyrətdiyi gözəl əxlaqa uyğun yaşamalı olan varlıqdır” deyə cavab verən insanlar “insan təsadüfən meydana gəlmiş, həyat uğrunda mübarizə ilə təkmilləşmiş heyvandır” kimi yanlış düşüncəyə qapılıblar. Bu böyük yanlışın nəticəsi isə çox ağır olub. İrqçilik, faşizm, kommunizm kimi vəhşi ideologiyalar və digər bir çox barbar düşüncə tərzi bu fikirdən qaynaqlanır.
Darvinizm terrorizm
Darvinizm XX əsrdə bəşəriyyəti fəlakətə sürükləyən zorakılıq tərəfdarı olan müxtəlif ideologiyaların kökündə durur. Bu ideologiyalar darvinizmə əsaslanaraq “qarşı tərəflə mübarizəni və qarşıdurmanı” dəstəkləmiş, hətta ən əsas metodları kimi mənimsəmişlər.
Dünyada fərqli inanclar, dünyagörüşləri, fəlsəfi cərəyanlar olduğu məlumdur. Bütün bu fərqli fikirlərin bir-birlərinə tamamilə zidd xüsusiyyətləri olması da təbiidir. Ancaq bu fikirlər bir-birlərini iki şəkildə dəyərləndirə bilərlər:
Onlarla həmfikir olmayanlara hörmətlə yanaşar, onlarla ünsiyyət qurmağa çalışar, “insanpərvər” davranarlar. Bu, Quran əxlaqına uyğun metoddur.
Onlarla həmfikir olmayanlarla mübarizə aparmaq, dalaşmaq, onlara zərər verərək üstünlük qazanmaq yolunu seçə bilər, yəni “heyvan kimi” davranarlar. Bu isə materializmin, yəni dinsizliyin metodudur.
“Terrorizm” adlandırdığımız fəlakət ikinci düşüncə tərzinin ifadəsidir.
Bu səbəbdən əgər bir nəfər çıxıb İslam, xristianlıq və ya yəhudilik adından bu dinlərin simvollarından istifadə edərək terror törədərsə, qarşıdurmanı alovlandırarsa, bilin ki, o şəxslər müsəlman, xristian və ya yəhudi deyil, əksinə, sosial darvinistdir. Din adı altında gizlənmiş, ancaq səmimi inanc sahibi deyillər. Dinə xidmət etmək üçün ortaya çıxdıqlarını iddia etsələr də, əslində dinə və dindarlara düşməndirlər. Çünki məhz dinin qadağan etdiyi günahı insanların gözü önündə dinə qarşı mübarizə aparacaq tərzdə zalımlıqla edir.
Ona görə də dünyanı bürüyən terror bəlasının mənşəyi hər hansı ilahi din deyil, dinsizlik və dinsizliyin dövrümüzdəki tərifi olan “darvinizm” və “materializm”dir.
Sülh və əmin**-amanlıq istəyən hər insan darvinizm təhlükəsinin fərqinə varmalıdır
Hər hansı problemlə mübarizə apararkən o problemin mənşəyini, əsas səbəbini aradan qaldırmaq lazımdır. Dünyanın terrordan xilas olması üçün əvvəcə terrorçu yetişdirən əsas mənbə müəyyən edilməli və ortadan qaldırılmalıdır. Terrorun əsl səbəbi isə insanların batil ideologiyaları və bu sahədə aldıqları təhsildir.
Dövrümüzdə dünyanın hər yerində darvinizm bütün məktəblərdə elmi həqiqət kimi tədris edilir. Gənclərə onları Allahın yaratdığı, ruh, ağıl və vicdan sahibi varlıqlar olduqları, öldükdən sonra Allahın dərgahında sorğu-sual edilərək dünyadakı əməllərinə görə Allahın hüzurunda cavab verəcəkləri və buna əsasən əbədiyyən cənnətdə və ya cəhənnəmdə qalacaqları öyrədilmir.
Əksinə, təsadüflər nəticəsində əmələ gəlmiş, əcdadları heyvan olan, Allah qarşısında məsuliyyəti olmayan, kortəbii varlıqlar olduqları və ancaq mübarizə və qarşıdurma yolu ilə həyatda qala biləcəkləri kimi yalanlar öyrədilir. Məktəb illərində bu təlqini alan insanların beyinlərini yumaq, onları bəşəriyyətin düşmənlərinə çevirmək, məsum körpə uşaqları qətlə yetirəcək qədər zalımlaşdırmaq isə bu mərhələdən sonra çox asandır. Bu cür tərbiyə almış gəncləri hər cür batil ideologiya asanlıqla öz tərəfinə çəkə bilir və onlara hər cür vicdana və ağıla zidd hərəkəti etdirir, hər cür azğınlığı və zalımlığı əsas məqsəd kimi göstərir. Son bir əsr boyu dünyanı alt-üst edən kommunist, faşist, irqçi terror qruplar bu təlim sisteminin məhsuludur.
Bu “təlim sistemi”nin ikinci böyük zərəri isə təhsili dindən ayıraraq dini cahil insanların dünyası kimi məhdudlaşdırmaqdır. “Təhsilli” insanlar darvinist-materialist təlqinlə dinsizləşərkən din, təhsilsiz insanların idarəsinə keçir. Bu halda xurafat və batil inanclar asanlıqla təşəkkül tapır, din adından dinə tamamilə zidd fikirlər irəli sürən insanlar təsirli olur.
Nəticə etibarilə, həll yolu terrorun əsl mənbəyi olan darvinist-materialist təhsilə son vermək, gənclərə həqiqi elmi faktlar əsasında hazırlanmış dərsliklərlə təhsil vermək və onlara Allah qorxusunu, ağıllı və vicdanlı davranmağı öyrətməkdir. Beləliklə, Allahın Quranda bildirdiyi kimi, bağışlayan, şəfqətli, mehriban, sevgi dolu insanlardan ibarət cəmiyyət meydana gələcək.

  Alıntı Hızlı Cevap
Yeni Konu Aç Konuyu Cevapla

Bookmarks



Forum Günün Sözü
Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.
seks hikayeleri seks filmi izle sincan escort kızılay escort rus escort etlik escort izmir escort izmir escort izmir escort Anadolu Yakası Escort Kartal escort Kurtköy escort Maltepe escort Pendik escort Kartal escort altyazılı porno şişli escort istanbul escort mecidiyeköy escort beşiktaş escort taksim escort fındıkzade escort çapa escort fatih escort topkapı escort escort şişli escort bayan bayrampaşa escort merter escort escort mecidiyeköy bursa escort bursa escort bursa escort bursa escort bursa escort alt yazılı porno Casibom Casibom Casibom Giriş Casibom Yeni Giriş Onwin gaziantep escort bayan gaziantep escort seks hikayeleri gaziantep escort Canlı bahis siteleri escort escort escort travestileri travestileri Escort Escort bayan Escort bayan bahisu.com girisbahis.com etlik escort etimesgut escort istanbul Escort istanbul Escort Acıbadem Escort Ataşehir Escort Bostancı Escort Göztepe Escort Kadıköy Escort Kartal Escort Kurtköy Escort Maltepe Escort Ankara escort bayan Escort ankara Escort ankara Escort eryaman Keçiören escort Escort ankara Sincan escort bayan Çankaya escort bayan antalya rus escort