|
Yeni Konu Aç Konuyu Cevapla |
LinkBack | Seçenekler | Arama | Stil |
25 Nisan 2016, 21:05 | #1 |
Üyelik tarihi: 15 Nisan 2015 Mesajlar: 12,520 Aldığı Beğeni: 0 Beğendikleri: 0 | Rihannadan Ceyloya bahalı hədiyyə Dünya şöhrətli barbadoslu müğənni Rianna Cenifer Lopezə hədiyyə verib. İfaçı Cey Loya dikdaban ayaqqabı bağışlayıb. Sənətçi hədiyyəsini "İnstaqram" səhifəsində paylaşıb. Hədiyyə qutusunun içində Rianna Cey Loya məktub da yazıb. "Bu, sənin ayağına mənimkindən daha yaxşı yaraşar". Cenifer Lopez isə barbadoslu müğənniyə minnətdarlığını bildirib. "Rianna, möhtəşəm ayaqqabı üçün çox sağ ol". C.Lopez hələlik yeni ayaqqabılarını geyinməyib. Cenifer Lopez 1969-cu il iyulun 24-də Cənubi Bronksda doğulub. Valideynləri Qvadelupa Rodriqes və David Lopez Puerto-Rikodan gəlmiş mühacirlər olublar. İfaçı 4 dəfə evli olub. Hazırda Ceniferin yeni sevgilisi Kasper Smartdır. O, Lopezdən 18 yaş kiçikdir. Onlar 2014-cü ildən görüşməyə başlayıblar. Rianna 2005-ci ildə ilk dəfə "Pon de Replay" adlı albomunu çıxarıb. Albom "Billboard Hot 100"də 2-ci sıraya qədər yüksəlib və böyük uğurlar əldə edib. 2006-cı ildə isə "A Girl Like Me" adını verdiyi ikinci albomunu çıxarıb. Bu albom sayəsində bir çox mükafat alıb və albomdakı "SOS" mahnısı "Billboard Hot 100"də 1 nömrəyə qədər yüksəlib. |
Alıntı Hızlı Cevap |
Yeni Konu Aç Konuyu Cevapla |
Bookmarks |
Seçenekler | Arama |
Stil | |
|
Forum | Günün Sözü |
Powered by vBulletin® Version 3.8.9 Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd. |