|
Yeni Konu Aç Konuyu Cevapla |
LinkBack | Seçenekler | Arama | Stil |
24 Nisan 2016, 20:34 | #1 |
Üyelik tarihi: 15 Nisan 2015 Mesajlar: 12,520 Aldığı Beğeni: 0 Beğendikleri: 0 | Mayk Tayson "Prins" oldu Əfsanəvi boksçu Mayk Tayson dünyasını dəyişmiş ifaçı Prinsin ailəsinə və yaxınlarına qeyri-adi formada başsağlığı verib. super ağırçəkili sabiq dünya çempionu fotokollaj ilə müğənninin xatirəsini yad edib. Boksçu şəkli "tvitter" hesabında paylaşıb. "Bütün dünya kimi, mən də üzülürəm, amma onun ruhu və musiqisi əbədi olaraq yaşayacaq", - Tayson paylaşdığı şəklə şərh yazıb. Fotokollaj üçün Tayson ifaçının 2-ci albomunun üzlük şəklindən istifadə edib. Həmin albom müğənninin öz adı ilə adlandırılıb. Amma boksçu albomun adını dəyişərək "Printhe" qoyub. Bununla da idmançı, görünür, özünün nitq qüsurları ilə zarafat edib. Ötən gün Amerika pop-musiqisinin banilərindən biri hesab olunan əfsanəvi müğənni Prins 57 yaşında dünyasını dəyişib. İfaçı Minnesota ştatının Minneapolis şəhərindəki evində ölü tapılıb. Müğənninin ölüm səbəbi məlum deyil. Sosial şəbəkədə dünya şöhrətli şou-biznes nümayəndələri Prinsin ölümü ilə bağlı başsağlığı veriblər. Məqaləyə dair fotomateriallar: |
Alıntı Hızlı Cevap |
Yeni Konu Aç Konuyu Cevapla |
Bookmarks |
|
Forum | Günün Sözü |
Powered by vBulletin® Version 3.8.9 Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd. |