Gargara Forum

Gargara Forum (http://gargara.org/index.php)
-   İslami Mövzular (http://gargara.org/forumdisplay.php?f=82)
-   -   Ramazan Ayında Bağışlanmaq (http://gargara.org/showthread.php?t=16354)

buse 22 Mart 2017 03:45

Ramazan Ayında Bağışlanmaq
 
http://www.uyur.com/img.php?src=up/2...bc5.jpg&w=1140

Ramazan ayında bağışlanmaq barədə Həzrət Peyğəmbər (s) buyurur: “Bədbəxt o kəsdir ki, bu böyük ayda İlahi bağışlanmadan məhrum qalsın”.
Həzrət (s) başqa yerdə buyurur: “Həqiqi bədbəxt o kəsdir ki, bu ay onun (yanından keçib) getsin. Ancaq günahları bağışlanmasın. Ona görə də o zaman ki, yaxşı əməl sahibləri Kərim Allahdan hədiyyələrini əldə edərlər, o kəs ziyana uğrayar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Ramazan ayından çıxar, ancaq bağışlanmazsa, deməli Allah onu bağışlamayacaqdır”.
Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən bu ay sizə yetişmişdir. Onda elə bir gecə vardır ki, min aydan üstündür. Hər kim ondan məhrum olar, bütün xeyirlərdən məhrum qalmış deməkdir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Cəbrayil (ə) mənim yanıma gəlib dedi: “Hər kim Ramazan ayını dərk edər və bağışlanmazsa, atəşə daxil olar”.
Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Hər kim Ramazan ayını dərk edər, ancaq bağışlanmazsa, İlahi rəhmətdən uzaq olsun! Hər kim Qədr gecəsini dərk edər, ancaq bağışlanmazsa, İlahi rəhmətdən uzaq olsun!”.
İmam Sadiq (ə) buyurur: “Hər kim Ramazan ayında bağışlanmazsa, gələn ilə qədər bağışlanmaz. Məgər o halda ki, Ərəfə gününü dərk edər”.
Həzrət Peyğəmbər (s) buyurur ki, əgər insan bu bağışlanma və rəhmət ayında bağışlanmazsa, deməli bağışlanmağı çox çətindir və Həzrət (s) bu insanları nifrin edər və buyurur: “Bağışlanmasın o kəs ki, Ramazan ayı onun yanında ötüb keçər və o, bağışlanmaz”.
Bu ay - istiğfar ayıdır və bu ay bağışlanma ayıdır. Bu ay - saflaşma və paklanma ayıdır. Ona görə də bu mübarək ayın hər dəqiqəsini dəyərləndirək və çoxlu istiğfar edək. İbadət edək və Quranı yaddan çıxartmayaq. (Tebyan)


Tüm Zamanlar GMT +4 Olarak Ayarlanmış. Şuanki Zaman: 11:44.

Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121