|
Yeni Konu Aç Konuyu Cevapla |
LinkBack | Seçenekler | Arama | Stil |
06 Nisan 2016, 21:15 | #1 |
Üyelik tarihi: 15 Nisan 2015 Mesajlar: 12,520 Aldığı Beğeni: 0 Beğendikleri: 0 | Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) Peyğəmbərimiz (s.ə.v) Allah`ın Quranı vəhy etdiyi və göndərdiyi sonuncu peyğəmbərdir. Sahib olduğu gözəl əxlaq, Allah`a və Allah`ın dininə olan bağlılığı bir çox Quran ayəsində bütün müsəlmanlara nümunə göstərilmişdir. Din düşmənlərinin qarşı çıxdığı, təzyiq göstərməyə çalışdığı Peyğəmbərimiz (s.ə.v) düşmənlərindən qorunmaq üçün dostu ilə hicrət etmiş və yolda bir mağaraya sığınmışdır. Mağaradakı söhbətləri, dostuna söylədikləri Allah`a olan güvənini və bundan qaynaqlanan cəsarətini çox gözəl vurğulayır: Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna: “Qəm yemə, Allah bizimlədir!” –dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq nazil etmiş, onu sizin görmədiyiniz əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allah`ın sözü ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir! (Tövbə surəsi, 40) Peyğəmbərimiz yanındakı dostuna Allah`ın onlarla birlikdə olduğunu, buna görə də qəmgin olmamasını xatırladaraq müsəlmanlara nümunə olmuşdur. O dövr inkarçılarla qızğın müharibələr baş vermişdir. Bu cür çətin zamanda Allah`ın dini üçün mübarizə aparan hamı böyük cəsarət nümayiş etdirmişdir. Peyğəmbərimiz (s.ə.v) isə bütün müsəlmanların rəhbəri olaraq ən çox təzyiqlərə məruz qalmış və sahib olduğu cəsarətlə möminlərə nümunə olmuşdur. |
Alıntı Hızlı Cevap |
Yeni Konu Aç Konuyu Cevapla |
Bookmarks |
|
Forum | Günün Sözü |
Powered by vBulletin® Version 3.8.9 Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd. |