Tekil Mesaj gösterimi
Alt 28 Nisan 2016, 21:57   #1
buse
Avatar Yok
Üyelik tarihi: 15 Nisan 2015
Mesajlar: 12,520
Aldığı Beğeni: 0
Beğendikleri: 0
Standart "13 yaş kiçik birini sevirəm, dözməliyəm"



Müğənni Vüqar Muradov toy tarixini açıqlayıb.
Açıqlama verən ifaçı avqustda nikah masasına oturacağını bildirib:
"Mən də həyatımı maraqlı, gözəl yaşamaq istəyirəm. Hərdən bir anlıq tanınmağı, hər şeyi unudub, əbədi məhəbbət arzulayıram. Nişanlı ola-ola mən də xoşbəxtliyi bir az dadıram. Ümid edirəm ki, ailəli olduqdan sonra da xoşbəxtliyim davam edəcəm. Toyu avqustun sonuna planlaşdırırq. Çox nişanlı qalmağı sevmirəm. Əməllicə xərcdir. Ata evində olanda qız bir az kaprizlər göstərir. Deyirəm, mənim evimə gəlsəydi, kaprizləri qoyardı kənara. Amma dözürəm kaprizlərinə. Həm uşaqdır, bunu etməlidir. Özümə deyirəm ki, 13 yaş kiçik birini sevmisən, indi döz. Atama-anama dözmürəm, onun kaprizlərinə dözürəm".
V.Muradov toyunu mediaya qapalı edən tanınmışları da qınayıb.
"Nə qədər gizlətsək də mümkün deyil. Elə yaxşısı odur ki, mediaya açıq edəsən, gözəl formada işıqlandırılsın. Hərə gəlib bir selfi çəkdirir, necə icazə verməyim? Həm məni kiminlə görürlər, xanımımla görəcəklər də? Ona görə də toyu mediaya açıq edəcəm".
  Alıntı Hızlı Cevap