Tekil Mesaj gösterimi
Alt 28 Nisan 2016, 21:45   #1
buse
Avatar Yok
Üyelik tarihi: 15 Nisan 2015
Mesajlar: 12,520
Aldığı Beğeni: 0
Beğendikleri: 0
Standart "Xanımımla Ümrə ziyarətinə gedəcəm"




Bu yaxınlarda Ümrə ziyarətindən qayıdan müğənni-bəstəkar Nazim Məmmədov səfərindən danışıb.
Açıqlama verən sənətçi bu ziyarətin ona dostu tərəfindən hədiyyə olunduğunu bildirib:
"Beş dəfə Həcc ziyarətində olmuşam. Bu dəfə Ümrə ziyarətində olduq. Əgər qismət olsa, mayda ailəmlə birlikdə gedəcəm. Bu dəfə həyat yoldaşımla getmək istəyirəm. Ümrə çox fərqlidir. Sıxlıqla bağlı çox böyük fərq var. Müsəlmanın borcudur Həcc ziyarətini etsin, sonra Ümrəyə getsin".
N.Məmmədov sosial şəbəkədə beşinci dəfə ziyarətə getdiyi üçün onu qınayanlara cavab verib:
"Sosial şəbəkədə mənə yazırlar ki, beş dəfə getməkdənsə, kiməsə kömək edin getsin. O insanlara deyirəm ki, gedin bir dəfə oranı görün, sonra yenə istəyəcəksiniz. Biz ora şəxsi maliyyəmiz hesabına getməmişik. Gözəl dostların vasitəsiylə getmişik. Onlara deyə bilmərik ki, bizi yox, başqasını göndərin. Ora Allahın dəvəti ilədir. 2006-cı ildə mən vizamı aldım, amma getmək qismət olmadı. Ora göndərən adam sözünə əməl etmədi. İlk dəfə 2008-ci ildə gedə bildim".

  Alıntı Hızlı Cevap