Tekil Mesaj gösterimi
Alt 28 Nisan 2016, 21:44   #1
buse
Avatar Yok
Üyelik tarihi: 15 Nisan 2015
Mesajlar: 12,520
Aldığı Beğeni: 0
Beğendikleri: 0
Standart Azərbaycanlı model: "Pulumu özüm qazanmışam"



Region TV-də (Kanal S) yayımlanan "Ferma" realiti şousunu tərk edən model Adel Nağıdan maraqlı açıqlamalar.
O, "Ferma"ya böyük arzularla gəlməmişdi. Və nə vaxt "Ferma"nı tərk edəcəyini də bilmirdi. Bu qapalı məkanda keçirdiyi hər bir gün onu iştirakçılarla daha da yaxın etdi. Böyük tamaşaçı sevgisi qazana bilməsə də, əminliklə deyə bilərik ki, hər bir iştirakçının bu qısa müddətdə səmimi sevgisini qazandı. Model olaraq fəaliyyət göstərən Adel Nağı məhz bu sevgini gözyaşları içində tərk edib getdiyi iştirakçı yoldaşlarıyla sübut etdi. Həyatda qaydaları sevmədiyini deyən Adel elə "Ferma"nı da 100 %-lik qayda pozuntusu ilə tərk etdi.
- Adel, "Ferma"ya gələn hər bir iştirakçının əsas məqsədlərindən biri də pul qazanmaqdır. Siz bu pulu qazandınız, həm də öz istəyinizlə itirdiniz... Pul bu qədər əhəmiyyətsizdir?
- Məncə, pul hər zaman önəmli olub. Çünki özümü dərk edəndən pulumu özüm qazanmışam. Lakin elə xərcləmişəm ki, sanki, yerdən tapmışam. Fikrimcə, pul hər kəs üçün önəmlidir. Yalnız ölərkən əhəmiyyətini itirir.
- O zaman məntiqlə bu pulu itirməyi deyil, qazanmağı seçməliydiniz...
- Mən "Ferma"ya pul qazanmaq məqsədiylə gəlməmişdim. Mənəvi problemlərim var idi. Yeni insanlar tanımaq, bir az sakit qalmaq istəyirdim. Sadəcə, çox prinsipial insanam. Bilmədən cərimələrə yol verirdim. Cərimə xəbərdarlığının səsini eşidər-eşitməz yaradıcı heyəti daha da qıcıqlandırmaq üçün qayda pozurdum. Amma səsvermə zamanı başıma gələcək hadisələri gözləmirdim.
- Bəli gözlənilməz səsvermə nəticələri və sizin gedişiniz. İştirakçılar üçün də çox çətin gün oldu. Təbii ki, bunun səbəbkarı da siz idiniz.
- Mən "Ferma"da iştirakçıları qıcıqlandıracaq hərəkətlər eləməməyə çalışırdım. Yeni gələrkən hamını birinci müşahidə etməyə başladım. Hər kəsin sevib-sevmədiyi hər şeyi öyrənməyə çalışdım. Bütün bunları öyrəndikdən sonra hər şey mənə rahat oldu. Heç vaxt "Ferma"dakı iştirakçı xarakterlərində dostlarım olmamışdı. Əslində, çevriliş eləmək istəyirdim. Yəni, dəyişikliklər. Özümü qəbul etdirmək istəyirdim hamıya.
- Buna nail ola bildiniz?
- Əlbəttə, nail oldum. Amma səbrsizliyim gedişimə səbəb oldu. Onlarla şouya davam edə bilmədim. Geri dönmə şansım olsaydı, əgər, yəqin ki, qayıtmazdım.
- Niyə?
- Çünki Bakıda işlərim çoxdur. Məsləyimlə bağlı təkliflər alıram. Amma "Ferma"da bir az işim axsadı. Geri qayıtmış olsam, vaxt itkisi yaşamış olacağam. Bu da işimə mənfi təsirlər etmiş olar.
- Namiqlə çox yaxın idiz digər iştirakçılarla müqayisədə...
- Bəli. Əslində, hər bir iştirakçının dilini tapıb onlarla mehriban olmaq mümkündür. Ən çox da Namiqlə dost idim. Fuadla isə xarakterlərimiz bənzər idi. Amma səsvermə günü mənim üçün həm də bir fəxr idi. Onların göz yaşları... Bu, əsl sevgi idi.

Məqaləyə dair fotomateriallar:

  Alıntı Hızlı Cevap