Tekil Mesaj gösterimi
Alt 27 Nisan 2016, 19:50   #1
buse
Avatar Yok
Üyelik tarihi: 15 Nisan 2015
Mesajlar: 12,520
Aldığı Beğeni: 0
Beğendikleri: 0
Standart "Müəllimlərim amansız olublar"



Əməkdar artist Tünzalə Ağayeva bu dəfə tələbələri ilə kamera qarşısına keçib.
Müğənni "ATV maqazin onlarla" verilişinə açıqlamasında müəllimlərini də xatırlayıb:
"Müəllimlərim amansız olublar. Qarşıma həmişə tələbkar insanlar çıxıb. Mən də bildiyim nəyisə tələbələrimə öyrədirəm. Mənim tələbələrim kimi istedadlı ifaçılar çox olsa, rahat təqaüdə gedə bilərəm".
Bu ilin iyununda paytaxtımızda baş tutacaq "Formula 1" yarışlarının ulduz səfiri olan T.Ağayeva onun üçün mahnı bəstələdiyini bildirib:
"Ötən il "Bakı 2015"in səfiri idim. Bu dəfə də "Formula 1"in səfiriyəm. Bu missiyanı daşıyıramsa, musiqiçi kimi töhfə verməyə çalışıram. Yeni mahnı yazmışam. Sözləri İsmayıl Dadaşova aid olan bəstə "Sürət" adlanır. Yaxın günlərdə təqdim edəcəm".
  Alıntı Hızlı Cevap