Tekil Mesaj gösterimi
Alt 27 Nisan 2016, 19:44   #1
buse
Avatar Yok
Üyelik tarihi: 15 Nisan 2015
Mesajlar: 12,520
Aldığı Beğeni: 0
Beğendikleri: 0
Standart Hər il doğum gününü məzarlıqda qeyd edən azərbaycanlı aktrisa




Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın xalq artisti, tanınmış aktrisa Həmidə Ömərovanın doğum günüdür.
59 yaşını qeyd edən aktrisa doğum günü ilə bağlı təəssüratlarını azvision.az-la bölüşüb.
Xalq artsiti şad gününü yaxınları ilə birlikdə qeyd edəcəyini deyib: "Ad günümü həmişəki kimi qohumlarla, tanışlarla yığışıb birlikdə qeyd edəcəyik. Hər ad günümdə qəbristanlığa gedib, anamın qəbrini ziyarət edirəm. Həyata gəlməyimə görə valideynlərimə borcluyam. Bu gün də anamın qəbrbini ziyarət etmişəm.
Həmişə deyirlər ki, yaş kişinin var-dövlətidir. Mənə elə gəlir ki, istər kişi olsun, istərsə də qadın, hamı üçün yaş var-dövlətdir. Yaş təcrübədir, müdriklikdir. Yaşa dolduqca həyatı daha çox sevirsən, həyata bağlanırsan. İnsanların qədrini bilirsən.
Gözəl arzularla, istəklərlə yaşayan insan daxilən qocalmır. Əksinə, arzular var, o arzuları gerçəkləşdirmək istəyirsən və həmişə də heyfsilənirsən ki, insan ömrü qısadır. İllərin ötməsi ancaq bu mənada məni təssüfləndirə bilər. Hər gün elə yaşamaq lazımdır ki, sanki həyatının ən gözəl günüdür. Onda həyat daha da mənalı olar".
Aktrisa ən yadda qalan doğum günü haqqında da danışıb: "25 illiyimi qeyd edəndə, məni "Qızıl uçurum" filminin çəkilişinə apardılar. Qonaqlarım da evdə idi. Mənə dedilər ki, çəkiliş bir neçə saatlıq olacaq, ancaq axşam saat 12-yə kimi davam etdi. Mən evə gələndə artıq evdə heç kim yox idi. Anamla ikimiz süfrə arxasında qeyd etdik. Bu, mənim ən yadda qalan ad günüm olub".

  Alıntı Hızlı Cevap