Tekil Mesaj gösterimi
Alt 26 Nisan 2016, 17:21   #1
buse
Avatar Yok
Üyelik tarihi: 15 Nisan 2015
Mesajlar: 12,520
Aldığı Beğeni: 0
Beğendikleri: 0
Standart Oleq Qazmanov: "Həyat yoldaşıma Bakını gəzdirdim"




Rusiyanın xalq artisti Oleq Qazmanov "Moskva-Baku" saytına açıqlama verib.
Müğənni Azərbaycanın paytaxtı Bakı ilə bağlı təəssüratlarını bölüşüb:
"Həyat yoldaşım Marina çoxdandır Bakıya getmək istəyirdi. Qastrol zamanı mənimlə birlikdə getdi. Bakıda olmağı çox sevirəm, əsasən də oradakı insanları xoşlayıram. Çox mehriban olurlar. Bakıda olanda daim gəzmək və gülmək istəyirəm.
Səfər zamanı həyat yoldaşıma İçərişəhəri, Qız qalasını, "Brilyant əl" filminin çəkildiyi yeri göstərdim. Bakıya tez-tez getmirəm. Bura həm də peşəkar musiqini sevir. Bakı - Müslüm Maqomayevin, Vaqif Mustafazadənin şəhəridir. Bu dahi pianoçunu şəxsən tanıyırdım".

Məqaləyə dair fotomateriallar:



  Alıntı Hızlı Cevap