Beyonsun 23 aprel tarixində yayımladığı vizual albomu - "Lemonade" məşhur müğənninin fanatları tərəfindən həyəcanla qarşılanıb.
Ancaq "Lemonade"in ümumi hekayəsində aldadılmış bir qadından bəhs etməsi yeni dedi-qoduların ortaya çıxmasına səbəb olub.
İddialara görə, Jay-Z pop ulduzu başqa məşhur sima ilə aldadır.
Jay-Z-nin keçmiş iş ortağı Damon Dashın eks-həyat yoldaşı, moda üzrə dizayner Rachel Roy ilə sevgili olduğu deyilir.
Beyons "Lemonade" albomuna daxil olan "Sorry" mahnısında Rachek Royun xarici görünüşündən bəhs etdiyi bildirilib.
Məqaləyə dair fotomateriallar: