Hamiləliyin xüsusən ilk aylarında müşahidə olunan ürəkbulanmalarını azalda biləcək içkilər, şirələr və dəmləmələr kifayət qədər effektivdir.
1. Alma şirəsi.
2. Badam südü. Çox faydalı içkidir, orqanizmi möhkəmləndirir, sakitləşdirir.
Hazırlanması:
- 30 badam ləpəsi götürülür (şirin badamdan istifadə edin).
- Badamın üzərinə 1 stəkan qaynar su tökülür, 20 dəqiqə saxlanır, qabıqları soyulur.
- Badamı blenderə tökürük, üzərinə 100 ml qaynanmış su əlavə edirik, blenderdə yaxşı əzirik.
- Alınmış badam südünü tənzifdən süzürük, üzərinə 200 ml inək südü əlavə edirik, qarışdırırıq.
- Südə 1 çay qaşığı bal və bıçağın ucunda darçın əlavə edirik, qarışdırırırq və içirik.
Badam südünü hər gün 1 stəkan olmaqla içmək olar.
3. Limonlu su. İlıq suya 1/2 limon sıxın və kiçik qurtumlarla için. Suya bal da əlavə etmək olar.
4. Kokos suyu
5. Alma sirkəsi, su və bal qarışığı. 1 stəkan ilıq suya 1 çay qaşığı təbii alma sirkəsi və 1 çay qaşığı bal əlavə edin, qarışdırın və için.
6. Bananla smuzilər.
7. Nanəli çay. 4-5 təzə nanə yarpağı 1 fincan qaynar suda dəmləyin və qəbul edin.