Tekil Mesaj gösterimi
Alt 23 Nisan 2016, 18:55   #1
buse
Avatar Yok
Üyelik tarihi: 15 Nisan 2015
Mesajlar: 12,520
Aldığı Beğeni: 0
Beğendikleri: 0
Standart Cəbhə bölgəsində açıq ürək əməliyyatı keçiriləcək




Səhiyyə Nazirliyinin tapşırığı və dövlətin dəstəyi ilə aprelin 26-dan Füzuli rayonunda "Ürəklərimiz Qarabağda döyünəcək" şüarı altında açıq ürək əməliyyatları keçiriləcək.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı, həkim-kardioloq Rəşad Mahmudov Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən II Azəbaycan-Alman-Türk tibb konqresində çıxışı zamanı deyib.
R.Mahmudov bildirib ki, bu əməliyyatlar əvvəlcə Füzulidə, sonra isə Qarabağın digər bölgələrində keçiriləcək: "Aksiyanın keçirilməsində məqsəd həmin bölgələrdə ürək xəstəliklərindən əziyyət çəkən insanlara diqqət göstərməkdir. Bununla dünyaya bir mesaj da vermək istəyirik ki, insanların sağlamlığına ən çətin zamanda belə diqqət yetirən bir dövlət heç vaxt qan tökmək istəməz. Bizim arzumuz sülh və torpaqlarımızın işğaldan azad olunmasıdır".

  Alıntı Hızlı Cevap