Tekil Mesaj gösterimi
Alt 22 Nisan 2016, 19:17   #1
buse
Avatar Yok
Üyelik tarihi: 15 Nisan 2015
Mesajlar: 12,520
Aldığı Beğeni: 0
Beğendikleri: 0
Standart Hər zaman ətirli və təravətli...

Hər insanın özünəməxsus ətri var. Amma hər zaman gözəl qoxmaq hər bir xanımın arzusudur. Bəzən istifadə etdiyimiz ətirlərin, saç şampunlarımızın qoxusu çox qalmaya bilir. Amma ağıllı və baxımlı qadınlar hər zaman hər şeyə çarə tapırlar. Hər zaman ətirli və təravətli qalmanız üçün sizə bir neçə məsləhətim var:
1. Şaçlarınızın hər zaman sevdiyiniz ətirlə qoxmasını istəyirsinizə, saç darağınıza ətrinizdən vurun və həmin daraqla saçlarınızı darayın. Həm saçlarınız gözəl qoxacaq həm də saçlara ziyan verməmiş olacaqsınız. Belə ki, tərkibində spirt olduğu üçün saça birbaşa ətrin sıxılması zərərlidir.
2.Üzərinizə ətir sıxdıqdan sonra qətiyən onu ovuşdurmayın,ətrin dərinizə hopmasına imkan verin. Ətri boynunuzun arxasına, dizarxasına, qulaqcətrafına və biləklərinizə sıxmanız onun daha yaxşı yayılmasına təsir edəcək. Ya da ətri havaya sıxın və onun altından keçin, belə etdikdə ətir bərabər şəkildə və daha yaxşı yayılacaq.
3.Paltar şkaflarınıza, altpaltarları çəkməcələrinizə xüsusi ətirli torbacıqlar(məsələn, lavanda) qoya və ya parçalar üçün olan təbii ətirlərdən sıxa bilərsiniz. Beləliklə geyimləriniz də təravətli və xoş ətirli olacaq.
4.Hər gün ayaqqabı spreyinən istifadə edin. Havalar isindikcə ayaqlarda tərləmələr və pis qoxu yaranır. Bunun qarşısın almaq üçün üzərinizdə daşıya biləcəyiniz və keyfiyyətli bir sprey almanız məsləhətdir.
5.Duş aldıqdan sonra ətirli nəmləndiricilərdən, lasyonlardan istifadə edin. Ətrin bədəninizdə daha uzun müddət qalması üçün isə az miqdarda vazelini dərinizə çəkib yaxşıca yayın daha sonra isə üzərinə ətir sıxın.
  Alıntı Hızlı Cevap