Tekil Mesaj gösterimi
Alt 20 Nisan 2016, 20:57   #1
buse
Avatar Yok
Üyelik tarihi: 15 Nisan 2015
Mesajlar: 12,520
Aldığı Beğeni: 0
Beğendikleri: 0
Standart Louis Vuitton Cruise 2016

Chanelin Kruiz kolleksiyasının dərhal ardından dəb aləminin ən tanınmış simaları Nikolya Jeskerin yeni idealarini izləmək üçün Kaliforniyaya, Louis Vuitton kruiz koleksiyasının təqdimatına gəldilər. Şou Palm-Springdə 25mln dollarlıq rezidensin həyətində keçirildi. Bob və Dolores Houpa məxsus əmlak, Nikolya Jeskerin o dərəcədə diqqətini çəkib ki, yeni futuristik kolleksiyasının təqdimatı üçün bu məkan əsl ilham mənbəyinə çevrilib.
Yeni Louis Vuiton kolleksiyasında bu dəfə ultra qısa şortlar, maxi ətəklər, qalın platformlu botlar və hər zaman olduğu kimi naxışlar görürük. Futuristik tərzdə güzgü fakturalı plaş, gödəkcələr,şərq mədəniyyətini xatırladan uçuş-uçuş libaslar və sadə, bir rəng tonlu geyimlər izləyicilərə təqdim olundu.
  Alıntı Hızlı Cevap