Tekil Mesaj gösterimi
Alt 09 Nisan 2016, 22:21   #1
buse
Avatar Yok
Üyelik tarihi: 15 Nisan 2015
Mesajlar: 12,520
Aldığı Beğeni: 0
Beğendikleri: 0
Standart Möminin hƏr ani xeyir vƏ gözƏllikdir



APARICI: “Xalq arasında “Səbir kasam daşdı, səbrim daşdı” kimi ifadələr işlədilir. Bu cür ifadələri işlətmək düzgündürmü? Güngör Savaş, İzmir”.
ADNAN OKTAR:
Mömin təvəkküllü olacaq. Səbir kasası daşdı demək “mən imandan çıxdım” mənasına gəlir. Elə şey olarmı? Yəni “mən qədərin nəzarətində deyiləm, hər şeyi mən edirəm” mənasını verir. Əgər qədərin içindədirsə, qədərdə hadisələr mükəmməl gedir. Çox gözəl gedir və onun üçün olan ən xeyirli olur. Yəni, məsələn, deyir ki, bu, xeyirli deyil. Sən hardan bilirsən xeyirsiz olduğunu? Mütləq xeyirlidir. Məsələn, başına bir iş gəlir, xeyirlidir. Məsələn, deyir ki, artıq bezdim, edəcək bir şeyim qalmadı, çarəm qalmadı. Bu, küfr ifadəsidir. Müsəlman bunu söyləməz. Çünki doğrusu xeyirlə gəlir, xeyir davam edir, yenə Allah`dan xeyir umduğunu deyəcək mömin. Xeyir davam edəcək. Çünki nəticədə, Allah`ın rizasını istəmirmi mömin? İstəyir. Qardaşım, sən cənnətə getdikdən sonra sənə nə çətin gəlir? Sən Allah`ın rizasını istə, sənə nə. Sən Allah`ın rizasını qazandınmı, dünyalar sənindir. Sən onu yaradana tam bağlanıb: “Ya Rəbbi, sən bu ana qədər xeyir etdin, həmişə xeyir yaratdın, bundan sonra səndən xeyir umuram, sağımı xeyirlə doldur, solumu da, hər tərəfimi xeyirlə doldur”, -deyəcək mömin. “Hər yerim xeyir olsun”, -deyəcək, İnşaAllah. Mömin Allah`dan həmişə xeyir gözləyəcək. Xeyirdən başqa bir şey olmaz mömində. Keçmişi də xeyirdir, gələcəyi də xeyirdir, yaşadığı an da xeyirdir. Xeyirsiz bir şey olmaz. Xeyirə qarşı, xeyirli olana qarşı üsyan küfrdür. Yəni müsəlmanın edəcəyi bir şey deyil. (Adnan Oktarın Tempo TV müsahibəsi, 17 mart 2009)

  Alıntı Hızlı Cevap