Tekil Mesaj gösterimi
Alt 13 Mart 2016, 21:50   #1
buse
Avatar Yok
Üyelik tarihi: 15 Nisan 2015
Mesajlar: 12,520
Aldığı Beğeni: 0
Beğendikleri: 0
Standart İdeal çəkiyə bu kokteyllə qovuşun




Əgər arıqlamağı çoxdan arzulayır, amma yürüşlərə, arıqladan proseduralara getməyə pulunuz və imkanınız yoxdursa, başqa üsulları sınaqdan keçirin.


Məsələn, piyləri əridən 5 ideal məhsulu bir kokteyldə birləşdirsəniz, artıq çəkidən çox sürətlə xilas olacaqsınız. O, artıq çəki atmağa kömək etməklə yanaşı, orqanizmi təmizləyir, onu lazımi vitamin və minerallarla təmin edir.
Kokteylin hazırlanması üçün aşağıdakı məhsullar lazım olacaq.

İnqrediyentlər:

1 ədəd xiyar
1 ədəd limon
1 aloe yarpağının şirəsi
1 stəkan üyüdülmüş zəncəfil
1 dəstə cəfəri və ya keşniş
1/2 stəkan su

Hazırlanması:

Bütün inqrediyentləri blenderlə qarışdırın. Sonra kokteylin soyuması üçün onu soyuducuya qoyun və yatmazdan əvvəl için.

Bu effektli içkinin tərkibinə daxil olan məhsullar bir çox funksiyaları yerinə yetirir. Məsələn, xiyar yağları yandırır, limon orqanizmi təmizləyir, zəncəfil metabolizmi sürətləndirir, göyərti orqanizmi faydalı maddə və minerallarla təmin edir. Aloe vera bitkisi isə bütün bunların hamısını yerinə yetirir.

  Alıntı Hızlı Cevap