Gargara Forum

Gargara Forum (http://gargara.org/index.php)
-   Show Biznes (http://gargara.org/forumdisplay.php?f=85)
-   -   "Həkim dedi ki, 5 il ərzində əziyyət çəkəcəksən" (http://gargara.org/showthread.php?t=14468)

buse 30 Nisan 2016 19:49

"Həkim dedi ki, 5 il ərzində əziyyət çəkəcəksən"
 
http://img.milli.az/2016/01/31/nuran_2374756767.jpg

Uzun müddətdir xərçəngdən əziyyət çəkən və Almaniyada müalicə alan aparıcı Hacı Nuran "5-ci element" verilişinin qonağı olub.
Aparıcı xəstəliyindən, başına gələnlərdən bəhs edib:
"Xəstəlik elədir ki, kimyaterapeya almalıyam. Həmin ərəfədə saçlarım tökülür, bədənim şişir. Həkim demişdi ki, 5 il ərzində əziyyət çəkəcəksən. Doğrudan da, elə oldu. Bir ildən sonra beşinci il tamam olur.
Yaxşı oldu ki, bu ərəfədə Azərbaycanda qalmadım. Çünki çox şişirəm, saçım tökülür. İnsanların məni bu halda görməsini istəmirəm. Valideynlərimin dünyasını dəyişməsindən sonra mən xəstələndim. Stressdən məndə bu şiş yarandı. İlk diaqnozu özüm qoydum. Həkim təsdiqləyəndə bir gün şok yaşadım, amma sonra qəbul etdim.
Xaricə gedəndən sonra bir müddət heç kimə demədim. Düşündüm ki, tez sağalıb qayıdaram. Bəhram Bağırzadə gəlmişdi yanıma, dedi, halallıq ver, hamıya yayım. Özümü pis hiss edirdim, dedim, nə istəyirsən et. Sonra hamı bildi, adi insanların köməyi, duası məni ayağa qaldırdı. Cənab prezident Heydər Əliyev Fonduna tapşırıq verdi və mənə kömək etdilər. Bütün ödəmələri onlar edir. Böyük məbləğlərdi, dövlətin dəstəyi olmasa, indi burada oturmazdım".


Tüm Zamanlar GMT +4 Olarak Ayarlanmış. Şuanki Zaman: 02:10.

Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121