Gargara Forum

Gargara Forum (http://gargara.org/index.php)
-   Show Biznes (http://gargara.org/forumdisplay.php?f=85)
-   -   "Birotaqlı evdə yaşayıram, bahalı maşın sürmürəm" (http://gargara.org/showthread.php?t=14462)

buse 30 Nisan 2016 19:44

"Birotaqlı evdə yaşayıram, bahalı maşın sürmürəm"
 
http://img.milli.az/2016/04/29/429695.jpg

Müğənni-bəstəkar Murad Arif yaradıcılığında yenilik edəcək.
Açıqlama verən sənətçi ilk dəfə süjet xətti olan klip çəkdirəcəyini deyib. O, yeni yazdığı "Dondurma" mahnısını kliplə birgə təqdim etmək istədiyini söyləyib:
"Klipin rejissoru Calal Kəngərli olacaq. Çox maraqlı və rəngarəng bir ssenarimiz var. İlk dəfə süjet xətti olan klip çəkdirirəm. Tərəf müqabilim olmayacaq. Amma klipdə çox tanınmış xanımla bəy çəkiləcək. Onlar bir-birini məhv edəcəklər. Mən "yayın hiti, klipi" iddiasında deyiləm. Mən ürəyimdən keçən işi görürəm".
M.Arif bu klip üçün geyim tərzində də dəyişiklik edəcəyini bildirib:
"Artıq 90 kiloqramam. İki ildir bu çəkidən düşmürəm. 25 kiloqram itirmişəm. Bu halım məni qane edir. Sırf bu klip üçün arıqlamağı düşünmürəm, amma geyim tərzimi dəyişəcəm. Birotaqlı evdə yaşayıram, bahalı maşın sürmürəm, amma hər gün işləyirəm. Sənətimi çox sevirəm, hədəflərim yüksəkdir. On ildən sonra bu gün oxuyanların çoxu kənara çəkiləcək, yarısı toya yönələcək. Amma Murad Arif gündəmdə olacaq. Mən təsadüfi insan deyiləm, özü yazıb, özü oxuyan biri unudulmaz".


Tüm Zamanlar GMT +4 Olarak Ayarlanmış. Şuanki Zaman: 06:32.

Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121