Gargara Forum

Gargara Forum (http://gargara.org/index.php)
-   Show Biznes (http://gargara.org/forumdisplay.php?f=85)
-   -   "Kamran prokurorluğunun yüksək vəzifəli şəxsi vasitəsi ilə istintaqa təsir edir" (http://gargara.org/showthread.php?t=14428)

buse 28 Nisan 2016 21:56

"Kamran prokurorluğunun yüksək vəzifəli şəxsi vasitəsi ilə istintaqa təsir edir"
 
http://img.milli.az/2016/03/14/416331.jpg
Kamran Həsənli Bakı Şəhər Prokurorluğunun yüksək vəzifəli şəxsi, o cümlədən bir çox tanınmış insan vasitəsilə istintaqa təzyiq edir. İş obyektiv araşdırılmır, göstərdiyim xüsusların heç birinə baxılmır. Deməli, Kamran hüquqdan üstündür.
Bu sözləri musavat.com saytına teleaparıcı Kamran Həsənlini dələduzluqda ittiham edən müğənni Samir Piriyevin vəkili Ceyhun Yusifov deyib: "Kamran Həsənli açıq şəkildə mətbuatdan qaçır. Gəlsin qarşı-qarşıya debat edək. Kamranın bacısı Gülər xanım istintaqdan niyə yayınır? Onun da bizdə səs yazıları var. Xanımdır, etik qaydaya görə yaymırıq. Əlimizdə yüzlərlə səs yazısı var. Kamran məcbur etməsin ki, onları mətbuata təqdim edək. Hazırda istintaq aparılmır, Kamrandan çəkinirlər. Bizə təsir edən odur ki, bu gün istintaq Kamranın əlində qalıb. Samir əməli ilə sözü üst-üstə düşən adamdır. Azərbaycanın bayrağını yüksəldən şəxsdir. O, Kamrandan maşınını zorla almayıb, Kamran özü verib və bildirib ki, evi plana düşəndə 50 min dollar da verəcək. Bu məsələdə günahsız olan adam niyə Samirə pul təklif edir? Kamranın hər açıqlamasına verəcəyimiz cavabımız var".
Vəkil Kamran ilə Samir kimi Türkiyədəki layihəyə pul qoyan müğənni Qismətin teleaparıcıdan şikayəti olmadığı barədə yaydığı videoya da münasibət bildirib.
"Kamranın mətbuata təqdim etdiyi videoda müğənni Qismət onun tərəfindən danışır. Amma Qismətin bizdə 5 səs yazısı var. O bildirir ki, Kamran dələduzluq edib. Qismət də Samirin durumuna salınıb. Kamran Qisməti hədələyib ki, "mənim əksimə danışsan, sənin pulunu qaytarmayacağam". Qismətin indiki həyat tərzi ilə Kamranın keçmişi eynidir. Onların fikrinə önəm vermirik. Qismətin yalanlarını öz səs yazıları ilə üzə çıxaracağıq".
İttihamlarla bağlı musavat.com teleaparıcı Kamran Həsənli ilə əlaqə saxlayıb. Teleaparıcı bildirib ki, artıq bu haqda danışmaq yersizdir: "Deyiləcək bütün sözlər deyilib. İstintaq aparılır. Bu məsələ barədə danışıb insanları yormaq istəmirəm".




Tüm Zamanlar GMT +4 Olarak Ayarlanmış. Şuanki Zaman: 05:35.

Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121