Gargara Forum

Gargara Forum (http://gargara.org/index.php)
-   Show Biznes (http://gargara.org/forumdisplay.php?f=85)
-   -   Sabir Rüstəmxanlı müğənni ilə ailə quran qızının toyunda nələr dedi? (http://gargara.org/showthread.php?t=14406)

buse 27 Nisan 2016 20:01

Sabir Rüstəmxanlı müğənni ilə ailə quran qızının toyunda nələr dedi?
 
http://img.milli.az/2016/04/26/428653.jpg

Ötən gün paytaxt məkanlarının birində müğənni Elçin Cəfərovun toyu olub.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, keçmiş millət vəkili Sabir Rüstəmxanlının qızı Aydan ilə nikah masasına əyləşən ifaçının toyu maraqlı məqamlarla yadda qalıb. Mərasimin açılışını aparıcı İlkin Həsəni edib. Daha sonra bəy və gəlin öz rəqslərini nümayiş etdiriblər. Rəqs bitəndən sonra söz səbəbkarların valideynlərinə verilib. İlk sözü gəlinin atası Sabir Rüstəmxanlı deyib: "Bizim cəlilabadlılarla bundan öncə də qohumluğumuz var idi. Qız alıb, qız vermişik. Belə bir şey var ki, gəlinlə bəyin izdivacı göydə kəsilir. Yəni bizdən asılı bir şey yoxdur. Çalışırıq ki, bizdən sonra bu dünyada onlar çaşıb qalmasınlar. Arzum budur ki, Allah bunların süfrəsini daim bol etsin. Xoşbəxt olsunlar. Bundan başqa, bəyin atasına və anasına da gözaydınlığımı verirəm".
Toyda xalq artisti Ağadadaş Ağayev, əməkdar artist İlqar Muradov, Mətanət İsgəndərli, müğənnilər Elton Hüseynəliyev, Ayaz Qasımov və digərləri oxuyublar. Qeyd edək ki, cütlüyün qız toyu aprelin 15-də keçirilmişdi.


Tüm Zamanlar GMT +4 Olarak Ayarlanmış. Şuanki Zaman: 06:43.

Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121