Gargara Forum

Gargara Forum (http://gargara.org/index.php)
-   Show Biznes (http://gargara.org/forumdisplay.php?f=85)
-   -   Mətanət İsgəndərli: "İmkanlı şəxslər müğənniyə pul vermək istəmirlər" (http://gargara.org/showthread.php?t=14403)

buse 27 Nisan 2016 19:59

Mətanət İsgəndərli: "İmkanlı şəxslər müğənniyə pul vermək istəmirlər"
 
http://img.milli.az/2016/03/10/metan...nderli_039.jpg


Əməkdar artist Mətanət İsgəndərli həmkarı Elza Seyidcahandan aldığı, qalmaqallı "Gözlərin" mahnısından danışıb.
Müğənni jurnalistlərə açıqlamasında qeyd edib ki, musiqisi Elza Seyidcahana, sözləri Ayşə Birgül Yılmaza məxsus olan bəstə artıq işıq üzü görüb: "Mahnını artıq radiolara təqdim etmişəm. "Gözlərin" ilə bağlı aramızda Elza ilə narazılıq oldu. O xoşlayır ki, işi tez-tez görsün. Elzaya da haqq verirəm, mahnılar bizim övladlarımızdır, ona qarşı ögey münasibət insanı incidir. Mahnının aranjmanında problem vardı, indi hər şey düzəlib. Mahnı üçün Elzaya 5000 manat ödəmişəm, halal xoşu olsun, hamısını vermişəm. Bütün qazancımı mahnılara verirəm. Mahnılarım klipi ilə 10 min manata başa gəlir".
Sənətçi toyların olmamasından da gileylənib: "İndi toyların sayı azalıb, qiymətlər aşağı düşüb. Ayda 3 toya gedəndə sevinirik. İmkanlılar da müğənniyə toy üçün istədikləri pulu vermirlər, kasıblarda da heç vaxt pul olmayıb. Mən kasıb müğənnisiyəm, imkanım çatdıqca toylarına gedirəm. Vergilər Nazirliyinin vergilərlə bağlı açıqlamasından sonra müğənnilərin getdiyi toyu gizlətdiyini deyirlər, lakin bu həqiqət deyil. Artıq toylar yoxdur, əvvəl ayda 20 toya gedirdiksə, indi 4 toyda çıxış edirik".
Qeyd edək ki, E.Seyidcahan mətbuata açıqlamasında "Gözlərin" mahnısını uzun müddət əvvəl M. İsgəndərliyə satsa da, bəstəsinin təqdim olunmamasından narazı idi.
M.İsgəndərli isə mahnının aranjmanını bəyənmədiyini deyərək, bəstəni yenidən yazdıracağını qeyd etmişdi.




Tüm Zamanlar GMT +4 Olarak Ayarlanmış. Şuanki Zaman: 05:38.

Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121