Gargara Forum

Gargara Forum (http://gargara.org/index.php)
-   Show Biznes (http://gargara.org/forumdisplay.php?f=85)
-   -   Tolik: "Günüm qaradır" (http://gargara.org/showthread.php?t=14368)

buse 25 Nisan 2016 21:08

Tolik: "Günüm qaradır"
 
http://img.milli.az/n/05/7/tolik.jpg


Prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə ona yazılan tənqidlərdən danışıb.
Prodüser "5/5" verilişində çalışdığı müğənnilər Sevil Sevincin pərəstişkarlarının ona qarğışlar yazdığını deyib:
"Sosial şəbəkədə məni o qədər söyürlər ki: Get özünü as, Tolik. Biri deyir, "yaxşısan", digəri yazır, "öl". Sevil və Sevinclə işləyəndən günüm qara, çörəyim para olub. Qızlardan xoşları gəlir, yazırlar, "Tolik, bizə onların nömrəsini ver". Cavab yazmayanda qarğış edirlər: Görüm sabaha sağ çıxmayasan, görüm Sevildən Sevincdən ayrılasan".
Tolik müğənni-bəstəkar Ramal İsrafilovun və əkizlərin toy qiymətini açıqlayıb:
"Qızlarım kaprizlidir. Müğənninin kaprizi olmalıdır. Ramal İsrafilov da kaprizli müğənnidir. Ona yaraşır, çünki sənəti var. Sənətə olan insan kaprizlik edə bilər. Sənəti olmayan etsə, başına vurarlar. Müğənni var bahalı paltar geyinir, çıxır deyir, 3 minlik ayaqqabı geyinmişəm. Onun sənəti yoxdur, bununla gündəmdə qalır. O məcburdur, geyimi, çəkdirdiyi bahalı kliplə gündəmə gəlsin.
Bu gün toy qiyməti arasında Ramalın qonorarı əksəriyyətindən yüksəkdir. O, toya 15 minə gedir. Ramal Brilliant Dadaşova, Abbas Bağırov, Faiq Ağayevlə eyni qonorarı alır. Mənim qızlarım bütov toy aparmır. Yarım saatına isə 3 min manata gedirlər. Bu məbləği deməkdən çəkinmirik. Çünki vergini vaxtında ödəyirik. Bir vaxtlar müğənni var idi. Çıxıb deyirdi mənə maşın, ev hədiyyə ediblər, efirə özü gül göndərirdi, guya başqası alıb. İndi müğənnilər toylarını gizlədə bilmirlər, çünki vergi yaxşı sistem qurub".



Tüm Zamanlar GMT +4 Olarak Ayarlanmış. Şuanki Zaman: 05:41.

Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121