Gargara Forum

Gargara Forum (http://gargara.org/index.php)
-   Show Biznes (http://gargara.org/forumdisplay.php?f=85)
-   -   İradə: "Elə zarafatlar edirlər ki, küçədə belə o sözləri işlətmirik” (http://gargara.org/showthread.php?t=14364)

buse 25 Nisan 2016 20:59

İradə: "Elə zarafatlar edirlər ki, küçədə belə o sözləri işlətmirik”
 
http://img.milli.az/n/clickable/2044...himova_082.jpg


"Vaqif Gərayzadənin "Neyləyək, alınmadı" mahnısını Cem Yılmaz filmində səsləndirdi. Sonra Cem Yılmazla görüşdük, dedi ki, "Bu böyük əsərdir, ölməməlidir". Vaqif Gərayzadə ilə danışdım ki, mahnını yenidən səsləndirim".
bu sözləri müğənni İradə İbrahimova "Star life" verilişinə açıqlamasında deyib. O, sözügedən mahnıya klip çəkdirəcəyini bildirib:
"Vaqif müəllim mənə əsəbləşdi ki, "İradə, nə etmək istəyirsən? Bu mahnıda başqa nə etmək olar ki?" Düz də etdi. Sonra ortaq qərara gəldik. Onu oxuyandan sonra İstanbulda klip çəkdirəcəm".
İ.İbrahimova sənət aləmindəki durğunluqdan şikayətlənib:
"Bu aləmdə yaxşılığa gedən heç nə görmürəm. Əvvəlki dadı-duzu qalmayıb. Cılızlaşma gedir. İnanıram ki, bu hal keçicidir. Bizim musiqimizin dünyada əvəzi yoxdur. Əvvəlki kimi gündəmdə deyiləm. Amma bilirəm ki, çalışsam, o yeri yenidən qazanacam".
Bakıda tez-tez toy dəvətləri alan müğənni hələ də sevildiyini söyləyib:
"Özümdən sonra nəsə qoymuşam ki, bu gün toylara dəvət alıram. Qiymət söhbəti olanda qızarıram. Sənətçi ilə oturub bazardakı kimi pul söhbəti edilməsini xoşlamıram".
Oğlu Əlini dünyaya gətirdiyi zaman lentə alınan videosunu yayan və buna görə qınanan İ.İbrahimova yeni çəkilən filmlərə söz atıb:
"İnsanlarda cılızlaşma gedir. Ağıllı danışan insanı da görmək istəmirlər. Hamı çox bilir, savadlıdır, bir nömrədir. O örnək götürüləsi videodur. Hər şey adiləşir. Uşaqlar bu cür ailə videolarına baxıb nəsə götürsünlər. Çünki get-gedə ailə qurmaq da tarix olur. Gedib bir-birini vurana, öldürənə baxmasınlar. Filmlərimiz çəkilir, elə zarafatlar edirlər ki, küçədə belə o sözləri işlətmirik".



Tüm Zamanlar GMT +4 Olarak Ayarlanmış. Şuanki Zaman: 23:12.

Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121