Gargara Forum

Gargara Forum (http://gargara.org/index.php)
-   Sağlamliq (http://gargara.org/forumdisplay.php?f=83)
-   -   Səhər qəhvə içənlərə XƏBƏRDARLIQ (http://gargara.org/showthread.php?t=14351)

buse 23 Nisan 2016 19:03

Səhər qəhvə içənlərə XƏBƏRDARLIQ
 
http://img.milli.az/2015/11/19/383629.jpg


Qəhvə haqqında fikirlər birmənalı deyil. Bəziləri onun zərərli, bəziləri xeyirli olduğu haqda fikirlər söyləyir. Bu mövzuda ən böyük mübahisələrdən biri də səhər günə qəhvə ilə başlamaqdır.

Həkimlər nahar etmədən günə sadəcə qəhvə ilə başlayanların öz səhhətlərini təhlükəyə atdıqlarını deyirlər. Belə ki, bu, ilk növbədə həmin insanın həm bədəni, həm də psixologiyasına mənfi təsir göstərir. Günə yalnız qəhvə içərək başlayanlarda ürək döyüntüsü, qastrit və mədə riski daha yüksəkdir.
Nahar şərtdir
Xüsusilə yaz aylarında nizamlı səhər yeməyi yemək vacibdir. Son dövrdə qəhvə içib işə getmək ənənə halını alıb. Bunu edən insanlar qəhvənin enerji verdiyini düşünürlər. Halbuki qəhvə kafein ehtiva etdiyi üçün diqqəti artırsa belə, bədənə enerji vermir. Səhərlər yalnız bir fincan qəhvə içib işə başlayanlarda ürək döyüntüsü, qastrit və mədə spazmı müşahidə edilir. Bunun əvəzinə gündə 2-3 litr su içmək məsləhətdir. Mütləq evdən çıxmazdan əvvəl ən azından bir dilim çörək, bal, bir stəkan çayla da olsa səhər yeməyi yeyin. Səhər yeməyi bədənin immunitet sistemi üçün böyük əhəmiyyət daşıyır. Yaxşı səhər yeməyi nəticəsində bədən aldığı enerji sayəsində istiliyini - 37.5 dərəcəni qoruyur. Gündə 2- 3 litr su isə bədənimizdə istiliyə nəzarət edir.
Həmçinin çox isti günlərdə bədən hərarətini aşağı salmaq üçün su içmək lazımdır. Ayran və ev şəraitində hazırlayacağınız təbii su və soklar da içə bilərsiniz. İsti havada bədən tərləmə yolu ilə natrium və kalium itirir. Natrium və kalium ehtiyacı üçün duzlu ayran və ya mineral su içmək məsləhətdir.



Tüm Zamanlar GMT +4 Olarak Ayarlanmış. Şuanki Zaman: 16:51.

Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121