Gargara Forum

Gargara Forum (http://gargara.org/index.php)
-   Sağlamliq (http://gargara.org/forumdisplay.php?f=83)
-   -   Böyrəklərin qeydinə qalan qidaların siyahısı (http://gargara.org/showthread.php?t=13702)

buse 13 Mart 2016 21:53

Böyrəklərin qeydinə qalan qidaların siyahısı
 
http://img.milli.az/2016/03/13/416139.jpg


10 mart dünyada böyrək günü kimi qeyd olunur.
Türkiyə mətbuatına istinadən diyetoloq Nilay Keçecinin sözügedən gün münasibətilə hazırladığı böyrək sağlamlığına yaxşı təsir edən qidaların siyahısını təqdim edir. Bu qidalardan istifadə böyrək xəstəliklərinin qarşısını almaqla yanaşı, böyrəklərin daha yaxşı işləməsini təmin edəcək.
1. Böyrəyin təbii dərmanı: qatıq
Tərkibi kalsium və D vitamini ilə zəngin olan qatıq böyrək sağlamlığında önəmli qidalardan biridir. Xüsusilə yemək vaxtı istehlak edilən qatıq böyrək sistemini tənzimləyir və onun fəaliyyətinə müsbət təsir göstərir. Qatığı təzə meyvə və tərəvəzlərlə qarışdırdıqda meyvələrin tərkibindəki C vitamini və minerallar birləşir. Bu da böyrəyin funksiyasına müsbət istiqamətdə təsir göstərir.

2. Balqabaq tumunun da təmizləyici təsiri var
Balqabaq tumu sink, omeqa 3, dəmir və minerallarla zəngindir. Bütün bu faydalı maddələr böyrək xəstəliklərində olduqca təsirlidir. Balqabaq tumu qanda şəkərin miqdarını normaya salır. Bununla yanaşı, immun sistemini gücləndirib depressiya, xroniki halsızlıq kimi hallara müsbət təsir edir. Balqabağın tərkibindəki kalsium böyrək daşı əmələ gəlməsini qarşısını alır.

3. Alma
Xüsusilə, qırmızı alma böyrək xəstəliklərinin müalicəsində qoruyucu qalxan vəzifəsini öz üzərinə götürüb. Alma böyrəyi təmizləyir, liflər isə süzmə prosesini ən yaxşı şəkildə həyata keçirməsinə yardım edir. Gündə bir alma yemək böyrək sağlamlığı üçün əhəmiyyətlidir.

4. Cəfəri
Cəfəri tərkibindəki C vitamin və minerallarla böyrəkləri təmizləyib onun fəaliyyətini yaxşılaşdırır. O, böyrəklərin işləməsini və toksinlərin atılmasını sürətləndirir. Eyni zamanda, böyrək daşlarının yaranmasını və böyrəklərdə şiş əmələ gəlməsinin qarşısını alır. Cəfəri bədənə enerji verir. Onun mərkəzi sinir sistemi üzərində də müsbət təsirləri mövcuddur.

5. Alça
Alça A-B-C vitaminləri baxımından olduqca zəngindir. Başda böyrək olmaqla, ürək və xolesterin xəstəliklərinin müalicəsində effektli təsir göstərir. Yadda saxlayın ki, alça metabolizmi sürətləndirən ən yaxşı antioksidantdır.

6. Qızılbalıq
Omeqa 3-lə zəngin olan qızılbalıq da müalicəvi rola malikdir. Qızıl balığın tərkibinə böyrəyin bütün funksiyalarını həyata keçirməsi üçün lazım olan minerallar daxildir. Balıqda olan sink və dəmir böyrəyin fəaliyyətini yaxşılaşırdıran faydalı maddələrdir.

7. Düyü
Düyü və düyü püreləri böyrək xəstəliklərində itən kalorini yerinə qaytarır. Bu qida xəstəliyin sağalmasını sürətləndirmək baxımından da əhəmiyyətlidir. Lakin şəkər xəstələri bir qədər ehtiyatlı davranmalıdır.



Tüm Zamanlar GMT +4 Olarak Ayarlanmış. Şuanki Zaman: 22:48.

Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121