Gargara Forum

Gargara Forum (http://gargara.org/index.php)
-   Moda və Stil (http://gargara.org/forumdisplay.php?f=84)
-   -   2014-2015 payız-qış trendləri (http://gargara.org/showthread.php?t=14256)

buse 18 Nisan 2016 20:26

2014-2015 payız-qış trendləri
 
2014-2015 payız-qış modasında həm şık həmdə isti bir sezon keçirtməyə hazırlaşır. Sezonun ən diqqət çəkən və ən məhşur trendlərini öyrənmək istəyirsinizsə doğru yerdəsiniz. Buyurun 2014-2015 payız-qış trendləri!
Mavi rəng
Bu sezonda mavi rəngin bir çox tonu aktualdır. Pastel mavi, açıq ton mavi, kobalt mavi sezonun ən trend rəngləri arasındadı.
Kürk
Qış fəslinin vazkeçilməzi kürklər bu sezonda qarderobunuzun əsas trendlərindəndir. Bu sezonda kürklər paltarların ətəklərində, yaxalarında, qollarında çox aktualdır. Əsasəndə rəngli kürklər əldə etməyə çalışın.
Sport dəbi
Moda həftələrində, küçə dəbində geyimlərdə, aksesuarlarda aktual olan sport detalları payız-qış sezonunda ön plandadır. Bu ilin sport dəbində kollec gödəkcələri, nömrəli idman tərzi köynəklər, sport ayaqqabılar, "kapitone" yəni yumşaq parçalar üstünlük təşkil edəcəkdir.
Military
Hərbi geyim təri parçalar bu sezon qarderoblarımıza yenidən daxil olur. Xaki rəngi, military pencəklər, paltolar, kamuflaj naxışlar sezonun hitlərindəndir.
60-cı illər
2014-2015 payız-qış sezonunda 60-cı illərin dəbini yaşamağa hazır olun. Mini ətəklər, trapes şalvarlar, uzunboğaz çəkmələr, qısa gödəkçələr, Helmet papaqlar və s. retro tərzini hər yerdə görməyə hazırlaşın.
Maskulin
Bu sezonun ən trendlərindən biridə maskulin tərzi – klassik kostyumlardı. Oversized pencəklər, paltolar, rənglərdən isə qara, boz və qəhvəyi tonları ön plandadır.
Dama – dama
Keçən sezonun trendlərindən olan dama-dama bu sezonda dəbdədir. Qarderobunuza mütləq xətti geyimlər əlavə etməyi unutmayın.
Yun geyimlər
Bu sezon yun təkcə köynəklərimizdə, jaketlərimizdə, donlarımızda deyil dəst olaraq şalvarlarda, ətəklərdədə dəbdədir.
Metallik dəbi
Soyuq qışda qızmar qızılı metallik geyimlərimizdə, aksesuarlarımızda çox aktualdır.
Pelerin və Pançolar
Pelerin və Pançoların trendə döndüyü bir sezon bizi gözləyir. İri şallardan tez-tez istifadə edə bilərsiniz.


Tüm Zamanlar GMT +4 Olarak Ayarlanmış. Şuanki Zaman: 02:27.

Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121