Gargara Forum

Gargara Forum (http://gargara.org/index.php)
-   İslami Mövzular (http://gargara.org/forumdisplay.php?f=82)
-   -   Can verən zaman edilən tövbə qəbul olurmu? (http://gargara.org/showthread.php?t=16342)

buse 22 Mart 2017 03:40

Can verən zaman edilən tövbə qəbul olurmu?
 
http://www.uyur.com/img.php?src=up/2...208.jpg&w=1140

Tövbə qapısı hər zaman insanın üzünə açıqdır, rəvayət edirlər ki, Peyğəmbərimiz buyurub: “Hər kim ölümündən bir il əvvəl tövbə etsə, qəbul olar”. Sonra o həzrət bu müddəti get-gedə azaldıb, bir aya, bir həftəyə, bir günə endirdi.

Axırda isə belə buyurdu: “Hətta bir gün də çoxdur, ölümü duymazdan əvvəl tövbə etsə, Allah onun tövbəsini qəbul edər”. Bu, öz günahını yaxşı anlayan, amma qəsdən tövbəni təxirə salan adamlara aid deyil.

Ölüm ayağında, əli hər yerdən üzüldüyü halda tövbə edən şəxs heç nəyə nail olmaz. Çünki tövbənin əsas şərti səmimiyyət və ixlasdır. Qeyri-səmimi edilən tövbələr Allah dərgahında qəbul edilməz.

Quranda buyurulur: “Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edər.

Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir. Günah işlər görməkdə davam edərək ölüm yetişdiyi anda: “Mən indi tövbə etdim” deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz.

Biz onlar üçün şiddətli bir əzab hazırlamişıq!” (Nisa, 17-18). Elə buna görə də, ölüm anında tövbə etmiş fironun günahlarını Allah-taala bağışlamadı.


Tüm Zamanlar GMT +4 Olarak Ayarlanmış. Şuanki Zaman: 07:13.

Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121