Gargara Forum » Azərbaycan » İslami Mövzular » Adamlıq dinində ortaq psixologiya və davranış formaları

Yeni Konu Aç Konuyu Cevapla

     
LinkBack Seçenekler Arama Stil
Alt 14 Nisan 2016, 22:48   #1
buse
Avatar Yok
Üyelik tarihi: 15 Nisan 2015
Mesajlar: 12,520
Aldığı Beğeni: 0
Beğendikleri: 0
Standart Adamlıq dinində ortaq psixologiya və davranış formaları




Adamlıq dininin həyat fəlsəfəsi və qaydaları Quran əxlaqına tamamilə zidd olan batil bir inancdan qaynaqlanır. Bu şeytani inanc insanın bütün həyatına hakim olan, cəmiyyətdə də təbii görünən bir düşüncə tərzidir. Quranın bir çox yerində pis əxlaq modeli olaraq təsvir edilən davranış və hərəkətlər adamlıq dinini yaşayan kəslər tərəfindən çox vaxt üstünlük olaraq qəbul edilir.
Bu batil din qaydaların hakim olduğu bir həyat tərzidir. Cəmiyyət böyük qismi atalarından miras qalmış bəzi qaydalara sahibdir. Bu qaydalar isə: “Biz atalarımızı bir din üzərində gördük və biz də onların ardınca getməkdəyik!" – dedilər”. (Zuxruf surəsi, 23) -deyən inkarçı cəmiyyətlərə bənzər şəkildə, sanki ilahi bir hökm kimi qorunur.
Bu qaydalardan kənara çıxmaq elə də asan olmur. Yemək mədəniyyətindən, yatmaq vaxtlarına, sevgi və hörmət göstərmək tərzindən, dost seçiminə, qonaq qəbul etmə qaydasına qədər, həmişə daha əvvəldən təyin olunmuş qaydalara görə yaşayırlar. Bu batil dini seçən hər kəs cəmiyyətin böyük əksəriyyəti tərəfindən qəbul edilən ortaq bir üslubu və davranışı mənimsəmək məcburiyyətindədir. Hətta bu davranışları ustalıqla icra etmələri üstünlük olaraq qəbul edilir. Seçimlər Allah`ın razılığına görə deyil, adamlıq dininin qoyduğu haqq olmayan ölçülərə görə edilir. Bu düzgün olmayan yanlış anlayış adamlıq dininə tabe olanlarda xarakter və davranış pozuntularına səbəb olur. Aşağıda bunların ən çox nəzərə çarpanlarını əsas başlıqlarla araşdıracağıq.
1- Süni münasibət və davranışlar
İslam dinindəki təbiilik və səmimiyyət əvəzinə adamlıq dinində səmimiyyətdən tamamilə uzaq, hər biri xüsusi olaraq seçilən və zamanla xarakterin bir hissəsinə çevrilən süni münasibət və davranışlar vardır.
Adamlıq dininə mənsub olan insan səhv düşüncənin nəticəsi olan bu süni hərəkət və mimikaları, səmimiyyətsiz üslubu ilə ilk baxışda özünü büruzə verir. Bu süni hərəkət və davranışların hər biri diqqəti cəlb etmək, özünü göstərmək, mənfəət güdmək və s. kimi müəyyən məqsədlər üçün istifadə edilir.
Eyham vurmaq
Adamlıq dinində hisslərin çox vaxt danışıq yolu ilə deyil, baxış və davranışlarla ifadə edilməsi əsasdır. Bunun səbəbi, insanın keçirdiyi bir çox duyğunu açıq şəkildə bildirməyi qüruruna sığışdırmamasıdır. Buna görə, duyğularını eyhamlı hərəkət və davranışlarla bildirir. Bu davranış pozuntuları adamlıq dini mənsublarının əsas şəxsiyyət tərzini təşkil edir. Əsəbiləşmək, qısqanmaq, etinasızlıq, heyranlıq kimi hisslər bəzən belə hərəkətlərlə ətrafa bildirilir.
Əsəbiləşdikdə qapıları çırparaq bağlamaq, hirsləndiyini büruzə verəcək baxışlarla baxmaq, cavab vermədən yoluna davam etmək, əsəbi olduğunu bildirmək üçün səs tonunu mümkün olduğu qədər azaltmaq adamlıq dini insanının ətrafındakılara göstərdiyi davranışların bəziləridir. Ümumiyyətlə, açıq və səmimi üslubun yerinə eyhamlı bildirişlər seçilir.
İslam dinindəki əsilzadəliyin yerinə adamlıq dinində davranışlarda bəsitlik hakimdir. Dostlar arasındakı mübahisədə əsəbiləşib üzünü çevirmək, susub danışmamaq, qapını çırparaq çıxmaq, birdən-birə arxasını çevirib insanlardan uzaqlaşmaq, üzünü turşutmaq və bunu müəyyən bir müddət davam etdirmək kimi səssiz etirazlar, gülünəcək şeylərə qəsdən gülməmək, soruşulan suallara eşitdiyi halda cavab verməmək və ya səhv cavablar verib qarşı tərəfi bezdirmək kimi bəsit və bayağı hərəkətlər bunlardan bir neçəsidir.
Üstünlük etmək və alçaltmaq
Adamlıq dininin mənsubları gün ərzində davamlı olaraq bir-birlərinə qarşı üstünlük etməyə, dayanmadan qarşı tərəfi alçaltmağa çalışırlar. Çünki ancaq qarşı tərəfi əzdikləri təqdirdə yüksələcəklərini düşünürlər.
Əsəbi görünmək, çox məşğul və özünü kiminsə hərəkətinə dözə bilmirmiş kimi göstərmək iş yerinin sahibi və ya yuxarı vəzifədəki şəxslər tərəfindən öz işçilərinə, əmrində işləyənlərə qarşı edilir. Qarşı tərəfi adam yerinə qoymadığını bildirən hərəkətlər etmək də adamlıq dinində məqbul sayılır. Bir neçə nəfərin yanında danışarkən yalnız müəyyən şəxslərə xitab edərək, onlara baxaraq danışmaq, müəyyən kəsləri sanki o mühitdə yox saymaq adamlıq dininin alçaldıcı davranışlarındandır. Qarşısındakının maraqlandığını bildiyi bir mövzunu ona baxmadan yanındakılara izah etmək də tez-tez təkrar olunan hərəkətlərdəndir.
Qarşısındakı bir mövzu haqqında danışarkən üzünə baxmadan əlindəki işlə məşğul olmağa davam edib, mümkün olduğu qədər maraqlanmırmış kimi davranmaq, soruşduğu suala eşitdiyi halda cavab verməmək adamlıq dinində mənlik əlaməti olaraq görülür və üstün olmağın yollarından biri olaraq qəbul edilir. Maraqlanmırmış kimi davranmaq bir alçaltma üsulu olaraq həyatın hər mərhələsində böyük bir etina ilə tətbiq olunur. Məsələn, salam verilən şəxs olmaq üçün adam olmaq çox mühümdür. İlk salam verənin qarşı tərəf olmasına diqqət göstərilir. Salamı eşitməzliyə vurmaqdan qarşı tərəfi hörmətdən salmaq metodu olaraq istifadə edilir. Halbuki, Quranda bildirilən əxlaq çox fərqlidir:
Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır. (Nisa surəsi, 86)
Bəzi süni hərəkət və davranışlarla digər insanlardan üstün olmaq, öz qüsurlarını örtməyə çalışmaq, ancaq Allah və axirət inancına tam olaraq sahib olmayan kəslərdə görünən yanlış düşüncə pozuntusudur. Allah`ı lazımi kimi təqdir etməyən adamlıq dininin mənsubları yalnız Allah`a güvənib Allah`dan başqa heç bir şeydən qorxmayan möminlərin əksinə, daima qorxu, etibarsızlıq, narahatlıq içərisindədirlər. Digər insanlardan aşağı səviyyəyə düşmək, əzilmək, nəzərə alınmamaq kimi narahatlıqlar bu insanların gündəlik həyatında mühüm bir problemdir. Buna görə də daxilən buna qarşı öz ağıllarına görə müdafiə sistemi qururlar. Bu, onların ən zəif nöqtələrindən biridir. Bu zəifliklərini örtmək məqsədilə "ən yaxşı müdafiə hücumdur" kimi yanlış bir məntiqlə hərəkət edirlər.
Adamlıq dinini yaşayan insanların davranış pozuntuları: təkəbbür
(Cənab Adnan Oktarın “Kanal 35”-dəki (İzmir) canlı reportajı, 2009-cu il, 1 fevral)
Adnan Oktar: İnsanlarda təkəbbür vardır, fironlarda, Nəmrudda da vardır. “Mənəmlik” deyilən bir şeydir təkəbbür. O, bütün vücudu bürüdüyündə insan havalanır. Şüuru qapanır, şeytanlaşır. Bu, dəccalların, fironların və Nəmrudların xüsusiyyətidir. Bəzən insanlarda da olur bu. Yəni o bədən artıq idarəsini itirir, adam qürurdan və özünü bəyənmişlikdən havalanır. Onu idarə edə bilməzsən, ondan sonra şüuru sanki tamamilə qapanır. “Sırf ənaniyyət hakim olur”, - deyir Səid Nursi, yəni bütün vücud ənaniyyətə qapılır özünü bəyənməkdən. Təkəbbürdən havalanır, hər şeydə özünü bəyənir, hər fikrinin doğru olduğunu düşünür. Vardır belə tiplər, bilmirəm, heç rast gəldinizmi? Yəni çox biliklidir, hər şeyi ən yaxşı o bilir, ən ağıllı odur, ən gözəl danışan odur, hər hadisənin ən doğru diaqnozunu o qoyur, özündən üstün varlıq tanımaz. Halbuki, Allah deyir, şeytandan Allah`a sığınıram: “Hər biləndən daha üstün bir bilən vardır”. Amma ona görə, ən yaxşı bilən odur.
Diqqəti özünə cəlb etmək
İctimai mühitdə insanların diqqətini çəkmək, varlığını onlara hiss etdirmək, özünü sübut etmək məqsədilə müraciət edilən süni hərəkət və davranışların ən nəzərə çarpanlarını belə sadalaya bilərik:
Olduğu mühitə zidd davranışlarla fərqli görünməyə, özünə xüsusi bir önəm verməyə çalışmaq, şən, səmimi bir mühitdə ciddi və ağır davranmaq, az danışmaq, ya da ciddi, sərt olmalı mühitdə lazımsız hərəkətlər etmək... Hadisələrə normadan çox reaksiyalar verərək və ya həddindən artıq laqeyd qalaraq diqqəti cəlb etməyə çalışmaq. Daxilən narahat olduğu halda, bir hadisəni son dərəcə normal qarşılamış kimi davranmaq. Davranışlarda anidən dəyişikliklər göstərmək, gülərkən birdən mənasız şəkildə ciddiləşmək və ya sakit ikən birdən şənlənmək, qəhqəhə çəkmək. Normal danışarkən bir anda səs tonunu yüksəltmək və ya həddindən artıq sakit bir səslə danışmağa başlamaq. Bu zaman üz mimikalarında və əl-qol hərəkətlərində də eyni tərzdə davranmağa başlamaq. Fərqli dayanmaq və ya oturmaq. Bununla da diqqəti üzərində saxlamağa çalışmaq. Birindən diqqət görənə qədər yaxınlıq göstərməmək, daha sonra maraqlanmaq, özünə səmimi davranan, yaxınlıq göstərənlərə qarşı laqeyd yanaşmaq, özünə üz verməyənə, aşağı baxana, diqqət göstərməyənlərə yaltaqlanmağa, diqqətini çəkməyə çalışmaq...
İctimai mühitdə diqqəti cəlb etmək üçün istifadə olunan üsullardan bəzilərini də belə sıralaya bilərik:
Özünü məşğulmuş kimi göstərmək, xəstə, narahat, ya da çətin bir vəziyyətdəymiş kimi görünmək, qəsdən səhv etmək, problem çıxarmaq, görmədiyi bir şeyi görmüş kimi izah etmək... Ona maraq göstərilməyən mühitdə diqqət çəkmək üçün və ya hər kəsdən daha fərqli və özəl bir diqqət görmək məqsədilə xüsusi hərəkətlər etmək də bu üsullarından biridir. Bu davranışların hamısında da bəhs olunan adam aktyorluq edərək buna nail olmağa çalışır. Bəzi nümunələr verməli olsaq:
Elə olmadığı halda, təəccüblənmiş, əsəbiləşmiş, sevinmiş, bəyənmiş kimi davranmaq, bunları bildirən mimika və hərəkətlər etmək. Qaşlarını çatmaq, qaşqabağını tökmək, eyhamlı baxmaq, dodaqlarını büzmək, gözlərini süzmək və s... Etiraz edirmiş kimi hərəkətlər etmək, məsələn, birinin özü ilə eyni fikirdə olduğu halda, bir mövzuda qəsdən müxalif çıxmaq kimi...
Hamının bildiyi bəzi xüsusiyyətlərə sahib olduğu halda, bunlardan bəhs etməyib başqalarının bu haqda danışmasını gözləmək. Bu xüsusiyyətlərindən bəhs edilincə təvazökarlıq edirmiş kimi görünmək, bununla da bəhs edilməyən başqa üstünlüklərinin olduğunu, amma "təvazökarlıqdan söyləmir" təəssüratını yaratmaq.
Mənfəət axtarmaq
Əslində, səmimiyyətsiz hərəkətlərin əsas səbəblərindən biri insanlardan gözlənilən müxtəlif mənfəətlərdir. Sevmədiyi, lakin mənfəət umduğu birinə onu bəyənirmiş kimi görünməyə çalışmaq, ona yaltaqlıq etmək, hər fürsətdə özünü bəyəndirməyə cəhd etmək, müdirinə qarşı saxta sədaqət və hörmət göstərmək, şərtlər dəyişdikdə isə gözünü qırpmadan vəfasızlıq etmək adamlıq dini mənsublarına görə adi davranışlardır.
Lovğalanmaq
Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allah`dan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir. (Hədid surəsi, 20)
Yuxarıdakı ayədə adamlıq dininin mühüm bir xüsusiyyəti olan öyünmə və lovğalanmanın insanlar arasında nə qədər geniş yayıldığını göstərir. İslam dinində həyatın ən böyük məqsədi Allah`ın razılığını, adamlıq dinində isə insanların razılığını qazanmaqdır. Bu səbəblə, adamlıq dinində öyünmək həyati əhəmiyyət daşıyır. Ətrafdakılar tərəfindən bəyənilən, təqdir edilən və ya qibtə edilən insan olmaq hər şeydən daha əhəmiyyətlidir. Bu batil dində insanlar ətrafındakılar üçün geyinir, danışır, evini dizayn edir, peşə seçir və ya kitab oxuyurlar. Etdikləri hər işdə ən böyük hədəfləri insanların razılığını qazanmaqdır. Məsələn, kitabxanaya gedib bir kitab seçərkən ən maraqlandıqları mövzuya deyil, ən çox satılan kitaba baxırlar. Hansı kitabı oxuduqlarında daha üstün və dəbə daha uyğun olacağını düşünürlər. Çünki burada kitab oxumaqda məqsəd ədəb, məlumat və ya özünü təkmilləşdirmək deyil, ətrafındakılara danışacaq mövzu tapa bilməkdir.
İnsanların çoxu uşağını tərbiyə edərkən onun səbirli, imanlı, mərhəmətli və ya comərd bir insan olması üçün deyil, səhv olsa belə, ətrafındakı insanlar tərəfindən xoş qarşılanan xüsusiyyətlərə sahib olması üçün cəhd edirlər. Məsələn, ən prestijli məktəbə qoymağa çalışır, qabiliyyəti olmadığı halda, piano dərsinə göndərir, qürurlu bir uşaq yetişdirməyin xoş görünəcəyinə inanırlar. Çünki adamlıq dinində uşaq çox əhəmiyyətli göstəriş səbəbidir. Uşağın yaxşı kollecdə oxuması, bir neçə xarici dil bilməsi, gözəl olması, yaxşı geyinməsi, yoldaşlarının arasında məşhur olması və ya qabiliyyətli olması ata və ananın etibarı baxımından çox əhəmiyyətlidir. Belə ki, adamlıq dini söhbətlərində ata-analar uşaqlarının nə qədər təvazökar, nə qədər şəfqətli və ya nə qədər həlim olduqlarını deyil, insanların qibtə edəcəkləri bu tip xüsusiyyətlərini söyləməyi seçirlər. Bu səbəblə də uşaqlarının əxlaqı ilə deyil, görünüşü ilə maraqlanırlar.
Lovğalanmaq səbəblərindən bir başqası da dəbdəbəli evə sahib olmaqdır. İnsanlar ev seçərkən öz rahatlıqlarından çox ətrafdakı insanların dünyagörüşünə əhəmiyyət verirlər. Hansı mühitdə və neçə mərtəbəli olmasının, mənzərənin görüntüsünün, neçə kvadrat metr olmasının da etibarlarını artıracağını düşünürlər. Evin içini də tamamilə ətrafın dünyagörüşünə görə dizayn edirlər. Başqa rəngi xoşlasalar belə, dəbdə olan rəngi seçir, kreslolar narahat olmasına baxmayaraq, sırf bahalı və dəbdəbəli olsun deyə alır, heç bəyənmədikləri döşəməyə yalnız məşhur bir memarın işlədiyini deyə bilmək üçün dözmək məcburiyyətində qalırlar. Vaxtlarının çoxu bu evin içində keçdiyi halda, sırf bu qədər pul verdikləri qonaq otağı köhnəlməsin deyə qonaq gəlmədikdə bu otağa addımlarını belə atmırlar. Hətta bəzi insanlar mebellərin üzərini örtüb, özləri içəridə kiçik bir otaqda otururlar. Yəni evin yarısını özünü göstərməyə, yarısını da yaşamağa ayırırlar.
Öyünmək insanlar üçün elə böyük həvəsdir ki, ən yaxın gördükləri insanlara belə mütləq özlərini göstərmək istəyirlər. Bunun üçün ən yaxşı üsullardan biri də evə dəvət etməkdir. Gələn insanları görmək istədikləri üçün deyil, yalnız lovğalanmaq üçün dəvət edirlər. Qonaqlığın hər incəliyi bu məqsədə uyğun olaraq hazırlanır. Yeməklər belə ləzzətlərinə görə deyil, varlı görünmək xüsusiyyətlərinə görə seçilir. Burada məqsəd qonaqların bu yeməkdən ləzzət alması deyil, bu yeməyə xərclənən pula qibtə etməsidir. Belə bir məclisdə hər kəs bir-birinin paltarına, ayaqqabısına, çantasının markasına, mebellərə, taxılan ləl-cavahiratlara və ya istifadə etdiyi ətirlərə baxır.
Məclisə gələnlərin bütün danışıqları özünü nümayiş etdirmə yarışını xatırladır. Danışıqlarında hər kəs bir mövzuda özünü göstərmək niyyətindədir. Qadınlar xarici ölkələrə etdikləri səyahətlərdən, getdikləri ölkənin gözəlliyindən, xidmətçi tapmağın çətinliklərindən, dərzilərindən, aldıqları paltarların markalarından, saç ustalarından, zərgərlərə sifariş verdikləri ləl-cavahiratlardan bəhs edərək özlərini göstərməyə və digər qadınları alçaltmağa çalışırlar. Kişilər iş sahəsində qazandıqları müvəffəqiyyətlərlə, çevrələrinin geniş olması ilə, iqtisadi və siyasi mövzulardakı söhbətləri ilə ön plana çıxmağa çalışırlar. Dolayısilə, bu tip adamlıq dini söhbətlərində səmimiyyət və dostluğun olması qeyri-mümkündür. Belə ki, bu tip qonaqlar məclisdən ayrıldıqdan sonra mütləq geridə qalanların qeybətini edirlər. Məclisdəkilərin səmimiyyətsizliyindən, özlərini göstərməyə çalışdıqlarından, nə qədər sıxıldıqlarından, ev sahiblərinin mədəniyyətsizliyindən, evin dekorasiyasının pis olmasından, yeməklərin dadsız olmasından bəhs edirlər. Beləliklə, adamlıq dininin hakim olduğu belə məclisləri son dərəcə bezmiş və narahat şəkildə tərk edirlər.
Çoxbilmişlik
Adamlıq dinini yaşayan insan Quranda bildirilən ağıl və anlayışdan olduqca uzaqdır. Buna baxmayaraq, bu insanlar öz ağıllarını çox bəyənir və özlərini digər insanlardan ağıllı zənn edirlər. Adamlıq dini mənsubu hər kəsə hər mövzuda fikir verəcək bir ağıla sahib olduğunu düşünür. Başına gələnlərdən öz fikrinə görə çıxardığı nəticələrlə həyat təcrübəsi qazandığını sanır. Hər kəsə fürsət düşən kimi bu təcrübəni sübut etməyə çalışır. Burada ağıl, zəka, əxlaq və mədəniyyət kimi xüsusiyyətlər ikinci dərəcədə qalır. Əsas yeri yaş amili tutur. Bu sözdə üstünlük “sən gedən yolları mən çoxdan qayıtmışam” kimi ifadələrlə vurğulanır.
Fikrini bildirdiyi bir mövzuda haqsız olduğu məlum olsa belə, haqsızlığını qəbul etdiyi çox nadir rast gəlinən bir haldır. Yanılmaq, səhv etmək, haqsızlığının ortaya çıxması adamlıq dininə mənsub olan insanının meyarlarına uyğun deyil. Çünki əhəmiyyətli olan nəticə əldə etmək, həqiqəti ortaya çıxarmaq deyil, əsasən, öz komplekslərinin təmin edilməsidir.
Bu cür mühitdə böyüyən uşaqlarda da daha kiçik yaşlardan bu xüsusiyyətlər meydana gəlməyə başlayır. Məsələn, mədəni, intellektual, varlı, lakin İslam əxlaqından uzaq bir ailənin uşağı, ümumiyyətlə, çoxbilmiş, insanlara yuxarıdan aşağı baxan, özünü hər mövzuda haqlı sanan şəxsiyyət kimi formalaşır. Uşaqlıqdan bu cür böyüyən uşaqlar İslam əxlaqı ilə tərbiyə olunmadıqları təqdirdə bu batil xüsusiyyəti həyatlarının hər dövründə yaşamağa davam edirlər.
Adamlıq dinini yaşayan insanların davranış pozuntuları: eqoizm
(Cənab Adnan Oktarın Büyükhaber reportajı, 2008-ci il, 12 dekabr)
Adnan Oktar: Materialist-darvinist düşüncə avtomatik olaraq eqoistliyi, yəni eqoizm fəlsəfəsini gətirir. “Mən xilas olum, kimə nə olursa olsun”, “mənə toxunmayan ilan min il yaşasın” düşüncəsi yayılır. Eqoistlik çox qorxunc bir şeydir. Çox narahat edən bir şeydir. Eqoist cəmiyyətlər, eqoist insanlar. Eqoist iş rəhbərləri həmişə öz mənfəətlərini güdərlər. Qanun və nizam tanımazlar. Haqq-hüquq tanımazlar, gözəllik, sevgi, şəfqət, mərhəmət, hörmət kimi duyğuları çox lazımsız görərlər. Ona görə də hazırda dünyada yaşanan iqtisadi böhran da bütün gücü ilə bu zəmində böyüyür. Halbuki, insanlar təvəkküllü olsalar, Allah`a təvəkkül etsələr, hər şeydə bir xeyir görsələr, mərhəmətli olsalar, qonşusunu özündən daha çox qorusalar, "qonşusu ac ikən tox olan bizdən deyil" sözünü- Peyğəmbərimizin (s.ə.v) bu gözəl sözünü gözəl bir əxlaq kimi yaşasalar, tamamilə fərqli bir mühit olar. Məsələn, sədəqə verilmir, zəkat çox az verilir, halbuki müsəlmanlar kasıbları qorusalar, insanlara yaxşılıq edərlər. Xüsusilə borcları bağışlayarlar, borcların bağışlanması çox əhəmiyyətlidir. Qorxub dünya malına həvəslənməzlər, qızılı, gümüşü, pulu yığmazlar, onu Allah yolunda istifadə edərlər, çünki Allah`dan gələcəyini ümid edərlər. Ona görə, indi böhran oldu bütün dünyada. Çünki hər kəs pulunu hesablayır, hər kəs qızıl-gümüşünü düşünür, heç kim infaq etmək istəmir, hər kəs qorxu və narahatlıqla böhranın nəticəsini gözləyir. Belə olmaz. Bu, bir xəstəlikdir, yəni tam mənası ilə bir çöküşdür.
(Cənab Adnan Oktarın Çay tv-dəki canlı reportajı, 2009-cu il, 25 fevral)
Adnan Oktar: ... Məsələn yaşlı bir babaya da şəfqətlə yaxınlaşır, yoldan keçirmək istəyir, əlində ağır yük varsa, onu götürmək istəyir, avtobusda yer verir. Amma dinsiz yetişdirilən, eqoist yetişdirilən biri yaşlı insan görəndə küçəyə baxmağa başlayır. Məsələn, yolda gedirsə, üzünü çevirir, məsələn, adam yaşlıdır, beli bükülüb, ağrıyır, nə olar ki, aslan kimi cavansan, al əlindəkiləri: “-de, hörmət və sevgi göstər, insan bundan xoş olur. Allah ona o zaman güc, qüvvət verər, sevinc verər, rahatlıq verər.
Qeyri-sabit davranmaq
Adamlıq dinində insanların davranışlarının qeyri-sabit olması cəlbedici və məqbul sayılır. Bu səbəblə, insanların çoxu, əslində, son dərəcə normal bir şəxsiyyətə sahib olmasına baxmayaraq, xüsusilə sabit olmayan hərəkətlər edir. Çünki bu, ətrafındakı insanlar arasında etibar qazanmasına və təqdir görməsinə səbəb olur. Adamlıq dininin bu yanlış zehniyyəti səbəbi ilə diqqət çəkmək üçün canını təhlükəyə ata bilənlər də vardır. Xüsusilə gənclər dostlarının yanında lovğalanmaq və insanların heyranlığını qazanmaq üçün ağılsız hərəkətlər edirlər. Məsələn, avtomobili sürətlə sürürlər. Qarşıdan gələn avtomobilin üzərinə sürüb son anda kənara çəkirlər. Həm öz həyatlarını, həm də digər insanların həyatını heçə sayaraq özlərinə: “Dəli kimi cəsurdur, ölümdən belə qorxmur”, -dedirtmək istəyirlər. Halbuki, insan, əslində, ölümdən qorxmadığına görə deyil, adamlıq dininin təsirinə qapıldığı üçün bu cür davranır. Ancaq unutmaq olmaz ki, dəli kimi sürətlə hərəkət edərək cəsarətini göstərən gənc elə o anda bir qəza törədərsə, üzündəki bütün o dəlilik gedər, əvəzinə çox ciddi və qorxunc bir ifadə əmələ gələr. Kömək istəməyə və ölməmək üçün dua etməyə başlayar. O anda adamlıq dini tamamilə təsirini itirər və yerini Allah qorxusu alar.
Qeyri-sabit davranmağın başqa bir üsulu da hamının qorxduğu, çəkindiyi biri ola bilmək üçün hərdən əsəblərinə hakim ola bilmirmiş təqlidi etməkdir. Bir mövzuya əsəbiləşdiyində yumruğunu divara vurmaq, şüşəyə yumruq ataraq əlini qanatmaq, əlləri ilə üzünü bağlayaraq bir müddət sakitləşmək, dərhal içki içməyə başlamaq adamlıq dininin etməli olduğu müəyyən davranışlardandır. Hətta çoxları “mən çox əsəbiyəm” və ya “tərs üzüm var, amma hər zaman göstərmirəm” kimi sözlərlə özünü dəli kimi göstərib insanların arasında etibar qazanmağa çalışır.
İnsanın həyatını təhlükəyə atan bəzi idman növləri də bunun üçün seçilir. Çoxları şikəst olmaqdan və ya ölməkdən qorxduğu halda, sırf ətrafındakılara lovğalanmaq üçün bu idmanlara yönəlir. Bununla da adamlıq dini normal ağıla sahib olan insanları da anormal hərəkət etməyə məcbur edir.
Bacarıqsızlıq
Adamlıq dinində varlı insanların bacarıqsız olmalı olduğuna aid yanlış bir inanc vardır. Bu inancın məntiqi bu düşüncəyə əsaslanır: varlı olan insanlar yanlarında mütləq xidmətçi saxlayırlar. Məsələn, yeməklərini özləri hazırlamır, aşpaz hazırlayır. Evlərini özləri təmizləmir, xidmətçi tuturlar.
Paltarları söküləndə özləri tikmir, bir əşya qırıldığında onu yerdən yığışdırmır, bir yerə gedəndə ünvanı sürücüyə verir, yolu tapmağı ondan gözləyir, alış-verişə özləri getmir, evə gətirdir, xəstə olduqda evə xüsusi həkim gətirdir, xəstəyə necə qulluq edilməsini bilmirlər. Avtomobil işləməsə, təkər partlasa, hər hansı bir əşyaya nə isə olsa, bunları düzəltmək üçün mütləq yanlarında işlətdikləri adama müraciət edərlər. Bütün bunlar imkanlı insanlara məxsus həyat tərzidir. Bu səbəblə, başqalarının dəstəyi ilə yaşamağa alışmış bu insanlar nə isə öyrənməyə ehtiyac duymurlar.
Və bu zehniyyət özünü zəngin kimi göstərib lovğalanmaq istəyən bir çox insanın, əslində, bacarıqlı olmasına baxmayaraq, bacarıqsızlıq təqlidi etməsinə səbəb olur. Bu səbəblə, xüsusilə qadınlar arasında əl qabiliyyəti olmayan, heç nə bacarmayan biri kimi görünmək olduqca yayılmışdır. Məsələn, gənc qızın, əslində, bacardığı halda, yoldaşlarının yanında “mən çay dəmləyə bilmirəm, mən yemək hazırlamağı bacarmıram, həyatımda mətbəxə girib nəsə etdiyimi xatırlamıram, mən heç yaxşı tikiş tikə bilmirəm, bu günə qədər əlimə iynə-sap almamışam” kimi ifadələrinin əsas məntiqi budur. Bu şəkildə hər işini başqasına etdirmək imkanı olan zəngin insan görünüşü verməyə çalışırlar.
Bəyənməmək
İnsan bir əşyanı nəyə görə bəyənmir və dəyərsiz görür? Çünki daha yaxşısına malikdir. Məsələn, sarayda yaşayan biri adi mənzili bəyənmir və dizaynını tənqid edir. Ancaq daxmada yaşayan insan üçün gözəl mənzil böyük bir saray hökmündədir. Çünki özü daha pis şərtlərdə yaşayır.
İnsan digərlərinin ağlını niyə bəyənmir? Çünki özünün daha ağıllı olduğuna inanır. Digərlərinin fikrini niyə bəyənmir? Çünki özünün daha yaxşı fikirləri vardır. Qarşısındakının gördüyü işi niyə bəyənmir? Çünki özünün daha yaxşı bacarığa sahib olduğunu düşünür. Buna görə, bir şeyi bəyənməmək, ümumiyyətlə, o şeyin daha yaxşısına sahib olmaq mənasını verir.
Bu səbəblə, ətraflarına hər şeyin ən mükəmməlinə sahib olan insan kimi görünmək istəyənlər gördükləri heç bir şeyi bəyənmirlər. Hətta bəyənsələr belə, bunu bildirmir, bir qüsur tapıb mütləq tənqid etmək istəyirlər. Məsələn, tanışları ilə birlikdə lüks restorana gedən biri həyatı boyu bu cür lüks bir restorana getməmiş olsa belə, yenə də buranın yeməklərində və ya dekorasiyasında, yaxud da ofisiantın hərəkətlərində qüsur tapmağa çalışır. “Məncə yeməkləri çox yaxşı deyildi, mənzərəsi çox pis idi, yaxşı dizayn edilməyib, insanın ürəyi sıxılır”, -deyib bundan daha yaxşı yerlər görmüş kimi davranır.
Gənc qızlar özlərindən daha gözəl qız gördükdə mütləq onda bir qüsur taparaq öz üstünlüklərini vurğulamaq istəyirlər. Məsələn, saçlarının gözəlliyinə güvənən gənc qız özündən daha gözəl birini gördükdə: Bu nə saçdır, saç düzümü heç yaraşmır” və ya: “Yəqin saçları bir az seyrəkdir", -deyərək, əslində, özünün daha üstün olduğunu vurğulamağa çalışır. Boyu uzun olan gənc qız özündən bir az qısa boylu, amma daha gözəl birini gördükdə dərhal: “Boyu balacadır”, - deyərək onu hörmətdən salmağa çalışır.
Adamlıq dininin bu yanlış anlayışına görə, heç kim özündən daha üstün saydığı, daha ağıllı, daha gözəl, daha qabiliyyətli olduğu birinin xüsusiyyətlərini dilə gətirməz. Məsələn, bir yazıçının öz yaşıdı olan başqa yazıçını təriflədiyini, özündən daha ağıllı olduğunu və ya üslubunun özündən daha məqsədəuyğun olduğu haqqında yazısını çətinliklə görə bilərsiniz. Bir sənətçinin öz səviyyəsində gördüyü başqa sənətçini təqdir etməsi, daha gözəl və qabiliyyətli olduğunu söyləməsi çox nadirdir. Ancaq bu insanların bir-birlərini var gücü ilə tənqid etdiklərini görərsiniz. Məsələn, bir psixoloq digərinin üslubunu bəyənməz, bir televiziya kanalı digər kanallardakı aparıcılarda mütləq qüsur tapar. Bunun səbəbi öz qabiliyyətlərini, ağıllarını və ya mövqelərini üstün göstərmək cəhdidir.

  Alıntı Hızlı Cevap
Yeni Konu Aç Konuyu Cevapla

Bookmarks



Forum Günün Sözü
Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.
seks hikayeleri seks filmi izle sincan escort kızılay escort rus escort etlik escort izmir escort izmir escort izmir escort Anadolu Yakası Escort Kartal escort Kurtköy escort Maltepe escort Pendik escort Kartal escort altyazılı porno şişli escort istanbul escort mecidiyeköy escort beşiktaş escort taksim escort fındıkzade escort çapa escort fatih escort topkapı escort escort şişli escort bayan bayrampaşa escort merter escort escort mecidiyeköy bursa escort bursa escort bursa escort bursa escort bursa escort alt yazılı porno Casibom Casibom Casibom Giriş Casibom Yeni Giriş Onwin gaziantep escort bayan gaziantep escort seks hikayeleri gaziantep escort Canlı bahis siteleri escort escort escort travestileri travestileri Escort Escort bayan Escort bayan bahisu.com girisbahis.com etlik escort etimesgut escort istanbul Escort istanbul Escort Acıbadem Escort Ataşehir Escort Bostancı Escort Göztepe Escort Kadıköy Escort Kartal Escort Kurtköy Escort Maltepe Escort Ankara escort bayan Escort ankara Escort ankara Escort eryaman Keçiören escort Escort ankara Sincan escort bayan Çankaya escort bayan antalya rus escort