Gargara Forum

Gargara Forum (http://gargara.org/index.php)
-   İslami Mövzular (http://gargara.org/forumdisplay.php?f=82)
-   -   Azğın əməlləri cəlbedici göstərir (http://gargara.org/showthread.php?t=14184)

buse 14 Nisan 2016 22:45

Azğın əməlləri cəlbedici göstərir
 
http://imanimovzular.com/images/phot...meniseytan.jpg


Şeytan öz təsiri altına aldığı kimsələrə elədiyi azğın əməlləri gözəl və cəlbedici göstərir. Həmin insanlar da bu əməllərə davam edirlər:
... Şeytan əməllərini onlara gözəl göstərmiş, onları doğru yoldan sapdırmışdır. Buna görə, haqq yolu tapa bilmirlər (Nəml surəsi, 24)
...Barı əzabımız onların başlarının üstünü alanda yalvaraydılar. Lakin etdikləri əməlləri şeytan onlara süslü göstərmişdi (Ənam surəsi, 43)
Qəlbi qatılaşan insanlar pisi və yaxşını ayırd edən hissi itirdiklərindən şeytan pis işləri onlara yaxşı göstərir. Qəlbin qatılaşması üzündən şeytanın təsir etdiyi insanlar özlərinə xoş gələn pis əməllərindən dönmürlər. Bu inadkarlıq bəzən Quranda "atalarının dini" olaraq adlandırılan batil dinin təmsilçilərində də, bəzən də Allah`ın elçisinə üsyan edən və ona qarşı vuruşan münafiqlərdə də görünür. Eyni zamanda, kafirlərin möminlər əleyhinə olan fəaliyyətində də üzə çıxır. İstər müşrik olsun, istərsə də kafir, fərq etməz, onların hamısının ümumi xüsusiyyətləri şeytan tərəfindən öyrədilmiş və bu oyuna gətirilmişdir. Bir Quran ayəsində şeytanın bu insanlar üzərində təsiri belə bildirilir:
O zaman şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: "Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də sizin pənahınıza, dadınıza çatanam!" (Ənfal surəsi, 48)



Tüm Zamanlar GMT +4 Olarak Ayarlanmış. Şuanki Zaman: 18:47.

Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121