Gargara Forum » Azərbaycan » İslami Mövzular » Axirətdə inkarçılar üçün kədər,inananlar üçün isə səadət yaradılmışdır

Yeni Konu Aç Konuyu Cevapla

     
LinkBack Seçenekler Arama Stil
Alt 11 Nisan 2016, 22:12   #1
buse
Avatar Yok
Üyelik tarihi: 15 Nisan 2015
Mesajlar: 12,520
Aldığı Beğeni: 0
Beğendikleri: 0
Standart Axirətdə inkarçılar üçün kədər,inananlar üçün isə səadət yaradılmışdır




İnkarçılar isə Cəhənnəmdəki acı və əzabları ən ağır dərəcədə yaşayacaqlar. Allah Quranda inkarçıları acı əzabla, iman edənləri isə nemətlərlə dolu Cənnətlə müjdələdiyini bildirmişdir:
Ayələrimiz onlara oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər. Sən belələrini ağrılı-acılı bir əzabla müjdələ. (Loğman surəsi, 7)
Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan Cənnət bağları ilə müjdələyir. (Tövbə surəsi, 21)

İnkarçıların Cəhənnəmdəki əzabı dünyadakı ilə müqayisəedilməz dərəcədə ağır olacaqdır. İnkarçılar daha öncə heç yaşamadıqları və təxmin belə etmədikləri qədər şiddətli əzabla cəzalandırılacaqlar. Cəhənnəmdəki odun şiddətini açıqlamaq üçün Quranda bir çox ayədə “yandırıb-yaxan alovlu atəş” ifadəsi işlədilmişdir. Başqa ayələrdə isə odun şiddəti belə bildirilir:
Xeyr! Bu, alovu Oddur – başın dərisini sıyırıb çıxaran (bir od). (Məaric surəsi, 15-16)

Cəhənnəmdəki bu şiddətli əzabın əksinə, Cənnət xalqına hüzurlu mühit hazırlanmışdır. Allah Cənnəti iman edən qulları üçün ən gözəl və ən qüsursuz şəkildə yaratmışdır. Bundan başqa, orada iman edənlər üçün Allah`ın razılığı vardır. Allah onlardan razı olmuş və onları əbədi səadətlə mükafatlandırmışdır. Quranda Allah`ın razılığının ən böyük qarşılıq olduğu belə bildirilir:
Allah mömin kişilərə və mömin qadınlara altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allah`ın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur. (Tövbə surəsi, 72)

Cənnətlə Cəhənnəm xalqının fərqini Allah bir ayədə belə bildirir:
Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir. (Məgər onlar) od içində əbədi qalan və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi? (Məhəmməd surəsi, 15)

İmam Qəzali təfəkkürlərində Cənnət və Cəhənnəm arasında əzab və nemət baxımından nə qədər kəskin fərqliliklərin olduğunu açıqlamış və insanları bu barədə ağıllı düşünməyə dəvət etmişdir:

Bil ki, qəmlər və kədərlərin (ki, bunlar bir atəşdir) bildiyin cəhənnəm evinin qarşılığında bir başqa ev vardır. (O da cənnətdir) Onun nemətlərini və verəcəyi sevinclərini düşün. Çünki bu ikisinin birindən uzaq olan, heç şübhəsiz, digərində qərar tapar. Cəhənnəmin qorxuncluğunu uzun-uzun düşünüb ürəyinə yerləşdir. Cənnət əhlinə vəd edilmiş əbədi nemətləri də uzun-uzun düşünərək ürəyinə bir ümid yerləşdir. Nəfsini qorxu qırmancı ilə sövq edib, ümid cilovu ilə onu doğru yola apar. Bu surətlə böyük bir varlığa nail olub əzabdan xilas olarsan. Cənnət əhlini düşün ki, üzlərində cənnət nemətlərinin gözəlliyi vardır.

Canlarının istədiklərini taparaq orada əbədi qalacaqlar. Onlar cənnətdə nə qorxarlar, nə də qəmli olarlar. Onlar ölüm narahatlığından əmindirlər.

Sonra, indi bir cənnətin otaqlarını və cənnətin dərəcələrinin yüksəkliyini və müxtəlifliyini düşün. Çünki axirət dərəcələr baxımından ən böyükdür, fəzilət baxımından da ən böyükdür. İnsanlar necə dünyadakı zahiri ibadətləri və batini gözəl əxlaqları baxımından aralarında fərqlidirlərsə, eynilə dünyada etdikləri əməllərin qarşılığı olaraq görəcəkləri mükafat və cəzalar da fərqli olacaqlar. Əgər sən, ey insan, axirətdə ən yüksək dərəcələrə nail olmaq istəyirsənsə, Allah`a (cc) ibadət və itaətdə səni heç kimin keçə bilməyəcəyi şəkildə çalış. Allah (cc) ibadətdə bir-biri ilə yarışmağı əmr etmişdir. (İmam Qəzali Qəlblərin kəşfi, səh. 534-539)

Göründüyü kimi, axirət üçün insanın iki seçimi vardır: ya sonsuzadək yalnız şiddət və əzab dolu Cəhənnəmi, ya da ən böyük xoşbəxtlik və gözəlliklərlə dolu Cənnəti seçməlidir. Belə ki, bütün ağıllı insanlar sonsuz nemətlərlə dolu Cənnəti seçərlər. Çünki heç kim Allah`ın diləməsi xaricində sonsuzadək qurtuluş imkanının olmadığı, maddi-mənəvi hər cür gözəlliyin qadağan edildiyi bir yerdə- od əzabında və peşmanlıq içində yaşamaq istəməz. Əlbəttə ki, sonsuzadək sürən həyatını sıxıntı və çətinliyin olmadığı, yalnız nemət və gözəlliklərin olduğu bir yerdə keçirməyi arzu edər.

Axirət həyatı Rəbbimizin bildirdiyi qəti həqiqətdir. Axirətdəki şiddətli əzabdan xilas olmaq və gözəl aqibətlə qarşılaşmaq üçün insan bu gerçəkləri düşünüb-daşınmalıdır. Dünyada özünə verilən zamanı Allah`ın rizasını qazanacaq saleh işlər görməklə və Onun bəyəndiyi əxlaqı qazanmağa çalışmaqla keçirməlidir.

Bundan başqa, unutmaq olmaz ki, insan həyatının sonuna qədər etdikləri ilə qane olmamalıdır. Çünki heç kim etdiklərinin özünü qurtaracağından əmin ola bilməz. Bunun üçün həm Cənnətə girməyi umub sevinməli, həm də Cəhənnəm əzabından qorxub xeyir əməllərini daha da artırmalıdır. Allah`ın “Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir” (Kəhf surəsi, 46) ayəsində bildirdiyi kimi, sürəkli olan cəhdin Allah`ın rəhmətini qazanmağa daha yaxın olduğunu bilərək ömrünün sonuna qədər saleh işlər görməyə davam etməlidir. Hz. İbrahimin (əs) Qurandakı “Məni Nəim bağının varislərindən et!” (Şüəra surəsi, 85) duasında olduğu kimi, Allah`ın özünə Cənnəti lütf etməsi üçün dua etməlidir.
NƏTİCƏ

Böyük İslam alimi İmam Qəzali hikmət dolu sözlərində dünya həyatının nemətlərinin saxtalığı ilə əlaqədar verdiyi öyüdlərlə bütün insanları vicdanlarını sorğu-sual etməyə yönəltmişdir:

Bunu bilməlisən: bu dünya əsla baqi deyil. Ya sən onu tərk edəcəksən, ya da o səni tərk edəcək! Həsən (rə) deyir ki: “Dünya nemətləri davam etsə də, sənin həyatın bir gün sona çatacaq. O halda, dünya həyatının arxasınca qaçmağın və çox qiymətli ömrünü onun arxasında xərcləməyin nə mənası var?” (İmam Qəzali, Cənnətə doğru, (Yeddi keçid), Minhəcül-Abidin, səh. 145)

Ağlınla bunları düşünsən, anlayarsan ki, dünya baqi deyil. Verdiyi mənfəət verəcəyi zərərləri və çətinlikləri qarşılamaz. Dünyada bədənin zəhmət çəkib yorulduğu kimi, ürəyin də məşğul olar. Axirətdə isə dəhşətli bir əzab və uzun bir hesab vardır. Bu həqiqətləri anlayınca çox olan dünyalıqları buraxar, yalnız Rəbbinə ibadət üçün sənə lazım olan qədərlə kifayətlənərsən. (İmam Qəzali, Cənnətə doğru, (Yeddi keçid), Minhəcül-Abidin, səh. 157)

... Xalq üçün nəhayət dönüb sonsuza qədər tək başına baş-başa qalacağın Rəbbinə qulluq və ibadət tərk edilərmi? O Rəbb ki, bütün ehtiyacları aradan qaldıran, hər kəsin dayağı, bütün çətinlik və şiddət anlarında hər kəsin sığınacağıdır. Onun şəriki yoxdur və hər kəs Onun rəhmətinə möhtacdır. (İmam Qəzali, Cənnətə doğru, (Yeddi keçid), Minhəcül-Abidin, səh. 147)

Kitabın əvvəlindən bura kimi izah olunduğu üzrə, insanın dünyadakı ömrü bir gün mütləq sona çatacaq. İmam Qəzalinin də xatırlatdığı kimi, ömrünü dünya mətasının arxasınca gedib tükəndirən insanın dünyadakı mənfəətləri uğrayacağı zərər və sıxıntıları qarşılamayacaq. Quranda Allah`ın o insanlara dünyada neçə il qaldıqlarını soruşacağı bildirilir. İnsanların cavabı belə bildirilir:
Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?”– deyə soruşacaq. Onlar: “Bir gün, yaxud bir gündən də az qaldıq. Sən sayanlardan soruş”– deyəcəklər. (Allah) deyəcək: “Siz çox az qaldınız. Kaş biləydiniz! (Muminun surəsi, 112-114)

Bu ayələr göstərir ki, insan axirətə getdikdə dünyada bir gündən daha az qaldığını, hətta “Əhqaf” surəsinin 35-ci ayəsində bildirildiyi kimi, sadəcə günün bir saatı qədər qaldığını anlayacaq. İnsanın dünyada illərlə davam edən cəhdindən geriyə yaddaşındakı bir neçə qısa xatirə qalacaq, dünyaya aid hər şey yox olacaq.

İnkarçılar isə buna baxmayaraq, axirətə böyük yük altında gedəcəklər. Quranın “Allah ilə qarşılaşmağı yalan sayanlar artıq ziyana uğramışlar. O saat onları qəflətən haqladıqda onlar öz (günah) yüklərini bellərində daşıyaraq deyəcəklər: “Dünyada buraxdığımız əməllərə görə vay halımıza!” Onların daşıdıqları necə də pisdir!” (Ənam surəsi, 31) ayəsində Allah bunun günah yükü olduğunu bildirir. Başqa ayələrdə isə Allah inkarçıların bu yükün altında əbədi qalacaqlarını xəbər verir:
... Ondan üz döndərənlər qiyamət günü ağır bir günah yükü daşıyacaqlar. Onlar bu vəziyyətdə əbədi qalacaqlar. Qiyamət günü onların daşıyacağı yük nə pis (yük) olacaqdır! Artıq sənə Öz tərəfimizdən zikr vermişik. (Taha surəsi, 99-101)

Bütün bu gerçəklərlə yanaşı, insanın dünyadan axirətə keçməsi yalnız an məsələsidir. “Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə...” (Nisa surəsi, 78) ayəsində bildirildiyi kimi, ölüm qaçılmaz həqiqətdir. İnsan bəlkə də ömrünün heç gözləmədiyi anında ölümlə qarşılaşacaq və o andan sonra artıq istəsə də, bu həqiqətləri düşünməyə imkan tapmayacaq. Bu isə ona tərifi mümkün olmayan peşmançılıq yaşadacaq.

Halbuki, insan hələ imkan var ikən bütün bu deyilənləri düşünmək üçün qısa vaxt ayırarsa, bəlkə də həm dünya, həm də sonsuz axirət həyatını böyük sevincə döndərən addım atar. İmam Qəzali insanlara vicdanən bu hesabı aparmaq üçün belə xatırladır:

“Nə qədər nəfəs alanlar vardır, aldıqları son nəfəsi geri vermədən qəflətən ölüm onları tutmuşdur. Elə isə sənin sahib olduğun yalnız bir nəfəsdən ibarətdir; nə bir gün və nə də bir saat! Bir nəfəsi belə keçirmədən Allah`a itaətə və tövbəyə yönəl. Bəlkə də ikinci bir nəfəsə çata bilmədən ölüm səni haqlar! Ruzi mövzusunda da belə düşünərək çox üzərində dayanmaq lazım deyil. Bəlkə də gələcək üçün düşündüyün o ruziyə ehtiyac duyacaq qədər yaşamayacaqsan. Bu səbəbdən, onun üçün xərclədiyin vaxt itəcək, göstərdiyin səy də boşa gedəcək. Deməli, insanın ikinci bir gün, ikinci bir saat, ikinci bir nəfəs üçün göstərdiyi cəhd demək olar ki, boşdur. Çünki onlara çatmağa zəmanəti yoxdur”. (İmam Qəzali, Cənnətə doğru, (Yeddi keçid), Minhacül-Abidin, səh. 118)

Ölüm hər an gələ bilər. Bundan öncə insanın hər an doğrunu görüb əməl etməyə fürsəti vardır. Allah`ın “Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allah`la yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?” (Nəml surəsi, 62) ayəsi ilə bildirdiyi kimi, Rəbbimiz insanların bütün istək və dualarına sonsuz rəhməti ilə qarşılıq verəndir. Axirətdə gözəllik, Allah`ın rizasını, rəhmət və cənnətini qazanmaq istəyən insan Quranda gözəl qarşılıqla müjdələnən cidd-cəhd göstərməlidir.

Kim də axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (İsra surəsi, 19)

  Alıntı Hızlı Cevap
Yeni Konu Aç Konuyu Cevapla

Bookmarks

Seçenekler Arama
Stil


Forum Günün Sözü
Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.
seks hikayeleri gaziantep escort seks filmi izle sincan escort kızılay escort rus escort etlik escort gaziantep escort izmir escort izmir escort izmir escort Ankara escort bayan Escort ankara Escort ankara Escort eryaman Keçiören escort Escort ankara Sincan escort bayan Çankaya escort bayan istanbul Escort istanbul Escort Acıbadem Escort Ataşehir Escort Bostancı Escort Göztepe Escort Kadıköy Escort Kartal Escort Kurtköy Escort Maltepe Escort Anadolu Yakası Escort Kartal escort Kurtköy escort Maltepe escort Pendik escort Kartal escort etlik escort etimesgut escort Escort bayan Escort bayan bahisu.com girisbahis.com Escort escort escort escort travestileri travestileri altyazılı porno şişli escort istanbul escort mecidiyeköy escort beşiktaş escort taksim escort fındıkzade escort çapa escort fatih escort topkapı escort escort şişli escort bayan bayrampaşa escort merter escort escort mecidiyeköy bursa escort bursa escort bursa escort bursa escort bursa escort alt yazılı porno Casibom Casibom Casibom Giriş Casibom Yeni Giriş Onwin