Gargara Forum » Azərbaycan » İslami Mövzular » Şeytanın firqəsi münafiqlər

Yeni Konu Aç Konuyu Cevapla

     
LinkBack Seçenekler Arama Stil
Alt 11 Nisan 2016, 22:02   #1
buse
Avatar Yok
Üyelik tarihi: 15 Nisan 2015
Mesajlar: 12,520
Aldığı Beğeni: 0
Beğendikleri: 0
Standart Şeytanın firqəsi münafiqlər

“Münafiq” kəlməsi “nifaq salan”, “fitnə-fəsad törədən” mə*nasını verir. Münafiqlər mömin olmadıqları halda mö*minlərin güc və imkanlarından istifadə etmək məqsədilə özlərini mö*min göstərməyə və mömin toplumu içində gizlənməyə çalışan kimsələrdir.
Qəlblərində xəstəlik olan bu insanlar istədiklərini tapmayınca, ya da möminlərin başına bir sıxıntı və ya çətinlik gəldikdə onlardan ayrılır və həqiqi sifətlərini göstərirlər. Möminlərdən ayrıldıqdan sonra ya da ayrılarkən zərər verməyə, onlar arasındakı birliyi pozmağa çalışırlar. Məqsədlə*rinə çatmaq üçün kafirlərlə birləşməyi də əldən vermirlər.
Quranın bir çox ayələrində münafiqlərin xarakter və davra*nışı möminlərə açıqlanır, münafiqlərlə şeytanın arasındakı əlaqələr üzərində dayanılır. Bu üzdən şeytanın bir çox xüsu*siyyətləri münafiqlər üzərində təcəlli edir. Bir ayədə müna*fiqlərin şeytanın firqəsi halına gəldiyi bildirilir:
“Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsidir. Xəbəriniz olsun ki, şeytanın firqəsi məhz onlar, ziyana uğrayanlardır” (“Müca*dələ”, 58/19).
Şeytanın bütün xasiyyətləri münafiqlərdə əks olunur. Müna*fiqlər şeytan kimi əsassız ifadələrdən istifadə edir, anormal davranışlar edir. Aralarındakı ən çox bilinən bənzərlik özünü üstün tutmadır. Şeytan da Hz.Adəmə səcdə etməyi özünü üstün tutma xəstəliyi üzündən rədd edər. Şeytanın bu tə*kəbbürlülüyü “Sad” surəsində belə bildirilir:
“Buna görə də mələklərin hamısı birlikdə səcdə etdi. Yalnız iblisdən başqa! O, təkəbbür göstərdi və kafirlərdən oldu. Allah buyurdu: “Ey iblis! Sənə Mənim öz əlimlə yarat*dığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?” İblis dedi: “Mən ondan daha yaxşıyam. Çünki sən məni oddan, onu isə palçıqdan yaratmı*san!” (“Sad”, 38/73-76).
Özünü üstün tutma başqa ayələrdə də vurğulanır. Məsələn, şeytanın Hz.Adəmə səcdə etməyi özünə yaraşdırmadığı “Sə*nin palçıqdan yaratdığına mən səcdə edərəmmi?” (“İsra”, 17/61) ifadəsində anlaşılır. Bir başqa ayədə bildirilən “Sənin quru və qoxumuş qara palçıqdan yaratdığın insana səcdə et*mək mənə yaraşmaz” (“Hicr”, 15/33) ifadəsi şeytanın tə*kəbbürlülüyünü daha aydın şəkildə büruzə verir. Ancaq bu*rada çox mühüm bir nöqtə var ki, şeytanın əsrarəngiz mən*tiqi bunun altında yatır. Ayələrdəki ifadələrə diqqət edilərsə, şeytan Allahın varlığına və onun Yaradanı olduğuna qarşı çıxmır və Allahdan qorxur, ancaq təkəbbürlülükdən dolayı itaət də etmir.
Bütün bu biliklərinə baxmayaraq özünü üstün tutması, adi fiziki fərq üzündən özünü insandan üstün görməsi, insana verilən məqama həsəd etməsi, ona səcdə etmək istəməməsi, beləliklə də Allahın əmrinə qarşı gəlməsi onu yaradılmışla*rın ən pisi halına salar. Şeytan kimi münafiqlər də özlərini “üstün”, “fərqli” və “seçkin” görürlər. Məsələn, “Bəqərə” surəsinin 13-cü ayəsində bildirilən münafiqlər möminlər kimi iman etməyə çağırıldıqlarında səmimi möminləri ağıl*sız, səfeh adlandırıb onlarla bir səviyyədə olmağı rədd edərlər. Qurandakı ayə belədir:
“Onlara: “Başqaları iman gətirdikləri kimi siz də iman gəti*rin!” deyildiyi zaman: “Biz də səfeh ağılsızlar kimi iman gə*tirək?” deyə cavab verirlər. Agah olun ki, səfeh onların öz*ləridir. Lakin bilmirlər!” (“Bəqərə”, 2/13).
Münafiqlər iman gətirmədiyi üçün özlərinin üstün, mömin*lərin isə guya aşağı olduqlarını önə sürərək və özlərini inan*dıraraq əslində möminlərin uyduqları yola tabe olmağı rədd edərlər. Möminləri aşağı səviyyəli adlandırmalarının əsas məqsədi insanların iman etdiyi kimi iman etməmək, yəni elçiyə təslim olmamaqdır.
Əslində isə dünyada da, axirətdə də üstünlük Allaha, onun Rəsuluna və möminlərə aiddir.
Quranda: “...Halbuki şan-şərəf də, qüvvət və qələbə də yal*nız Allaha, onun peyğəmbərinə və möminlərə məxsusdur. Lakin münafiqlər bunu bilmirlər!” (“Munafiqun”, 63/8) ayəsi ilə xəbər verilir).
Rəsula qarşı çıxmaq
Allahın elçisinə itaət Quranın əsas hökmlərindən biridir. Münafiqlərin ən azğın xüsusiyyəti bu hökmü pozaraq Allahın elçisinə üsyan deməkdir.
İblis də Hz.Adəmə səcdə etməyi - onun üstünlüyünü qəbul etməyi - rədd edərək Allaha qarış çıxmışdır. Münafiqlər də, şeytan da Allahın itaət etmələrini istədiyi bir varlığa tabe olmağı rədd etdikləri üçün Allah tərəfindən cəzalandırılırlar.
Münafiqlər elçiyə itaət etmənin əslində Allaha itaət etmək olduğunu (“Nisa”, 4/80) qavraya bilməzlər. İçlərindəki həsəd onların bir başqa insana tabe olmalarına mane olar. Əslində elçiyə itaət Quranın əsas hökmlərindən biridir. Çün*ki elçi Allahın dinini əmrlərini çatdırmaq üçün seçilən bir in*san*dır. İnsanlar qeyd-şərtsiz ona tabe olmağa görə məsuliyyət da*şıyırlar. Allah bu haqda hökm vermişdir:
“Biz hər bir peyğəmbəri ancaq ona Allahın izni ilə itaət olunsun deyə göndərdik” (“Nisa”, 4/64).
Hətta elçinin verdiyi hökmə qarşı içində sıxıntı duyanların belə iman etmiş sayılmayacaqları sonrakı ayədə bildirilir:
“Amma xeyr! Sənin Allahına and olsun ki, onlar öz arala*rında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə iman gətirmiş olmazlar” (“Nisa”, 4/65).
Şeytanla münafiqlərin arasında bənzərlik olduğu kimi səmimi möminlərlə mələklər arasında da bir bənzərlik var. Çünki mələklər Hz.Adəmə səcdə əmrini alan kimi heç sormadan, təkəbbür etmədən tam təslimiyyətlə səcdə etdilər. Mələklə*rin itaəti Quranda belə bildirilir:
“Biz mələklərə: “Adəmə səcdə edin!” dedikdə iblisdən başqa hamısı səcdə etdi. O, lovğalanaraq səcdə etməkdən imtina etdi və kafirlərdən oldu” (“Bəqərə”, 2/34).
Bənzər şəkildə həqiqi möminlər Allahın elçisinə heç tə*rəddüd etmədən tam təslimiyyətlə itaət edərlər. Möminlərin bu haqda özləri “Bəqərə” surəsində bu şəkildə bildirilir:
“Biz peyğəmbərlər arasında heç bir fərq qoymuruq. Eşitdik və itaət etdik” (“Bəqərə”, 2/285).
Əsrarəngiz üsyan
Şeytanın üsyanında olan əsrarəngizlik əvvəlki səhifələrdə anladıldı. Allahı bilib tanıdığı halda üsyan etmək ağıldan xa*ric bir işdir. Bu hal təkcə şeytana xas deyil. Şeytanın firqəsi olan münafiqlər eynilə onun kimi məntiqdə olurlar. Şeytanın bilə-bilə üsyan etməsi, Allahın əmrinə qarşı çıxması, əfv diləməməsi, etdiyinin günah olduğunu bildiyi halda gü*nahında israr etməsi, Allah tərəfindən haqsızlığa uğradığını düşünməsi, özünü haqlı görməsi, başqalarını da öz halına salmağa çalşması... Münafiqlər də bu halı izlərlər:
“Şeytanın insanı aldatmasına bənzəyir. O, insana “Kafir ol!” deyər. İnsan kafir olan kimi şeytan: “Mənim səninlə heç bir əlaqəm yoxdur. Mən aləmlərin rəbbi olan Allahdan qorxu*ram” dedi” (“Həşr”, 59/16).
Münafiqlər şeytan kimi bilgi sahibidir. Şeytan Allahla danış*mışdır. Onun gücünü, cənnəti, cəhənnəmi bilir. Münafiqlər də şeytan kimi Allahdan, onun varlığından, kitabından, hökmlərindən, hətta elçisindən xəbərdardır.
Quranı əzbər bilən münafiqlər olur. Münafiqlər də, şeytan da önəmli biliyə sahib olduqları halda Allahın əmrinə qarşı çıx*dıqlarına görə yaradılmışların ən pisi sayılırlar. Sahib olduq*ları bilik onları cəzadan qurtarmaz. Əksinə, bilə-bilə azdıq*ları üçün çəkəcəkləri əzab daha artıq olar.
Münafiqlərin başqa azğınlıqları isə Allahı və elçisini tanıdı*qdan sonra onları yalançı saymasıdır. “Əhzab” surəsində bil*dirilən münafiqlər düşmənlə üzləşdikdə belə azğın hərəkətdə olur. Unudulmamalıdır ki, normal halda onlar möminlər kimi davranır, görünüşdə möminlərlə bərabər elçiyə itaət edər, çətinliyə halı olmayana kimi qəlblərindəki xəstəliyi gizlədə bilirlər. Ancaq döyüşün qızğın yerində içlərindəki pisliyin necə xaricə çıxdığını görürsən:
“O zaman münafiqlər və qəlblərində mərəz olanlar: “Allah və onun peyğəmbəri bizə yalan vəd etmişdir” deyirdilər” (“Əhzab”, 33/12).
Şeytanın Allahın varlığını bildiyi halda üsyan etməsindəki israr münafiqlərin başqa hərəkətlərindən də görünür. Məsə*lən, Allahın elçisinə vəhy gəldiyinə şahid olub onun doğru*luğunu bilən münafiqlər var. Hətta vəhyin doğruluğuna o qədər əmindirlər ki, qəlblərində olan xəstəliyin elçiyə yenə vəhy yolu ilə xəbər verilməsindən çəkinirlər:
“Münafiqlər ürəklərində olanı xəbər verəcək surənin nazil edilməsindən çəkinirlər. De ki: “Siz istehza etməyinizdə olun. Allah qorxub çəkindiyiniz şeyi üzə çıxaracaqdır”” (“Tövbə”, 9/64).
Münafiqlərin başqa ağıl xəstəliklərinə dair misal “Maidə” surəsində verilir. Hz.Musanın qövmündəki münafiqlər savaş əmri aldıqda Hz.Musaya: “Sən və Rəbbin gedib onlarla vu*ruşun. Biz isə burda oturacağıq” (“Maidə”, 5/24), -deyərək ağlabatmaz bir azğınlıq edirlər. Bu insanlar Allahı və elçisini tanıdıqları halda onun hökmünə qarşı çıxır. Eyni zamanda bir başqa qrup münafiqin də kafirlərlə cihada çağırıldıqlarında şiddətli qorxuya düşərək dirəndikləri bildirilir:
“Onlara cihad etmək vacib olduqda içərilərindən bir qismi Allahdan qorxan kimi və ya daha artıq insanlardan qorxuya düşərək: Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib et*din, nə olardı ki, bizi yaxın zamana qədər (öz əcəlimiz ça*tana qədər yubandıraydın)” dedilər” (“Nisa”, 4/77).
Ancaq burada diqqəti cəlb edən məqam savaşa getmək istə*məyən münafiqlərin Allahın varlığını inkar etmədikləri halda hətta bəzilərinin savaşmağa qarşı olmasıdır. Bu insanlar öz*lərini müsəlman olaraq görür, savaşın bir müddət gec olma*sını istəyir. Məsələn: “Bu istidə döyüşə çıxmayın” (“Tövbə”, 9/81), -deyərkən müvafiq hallarda savaşmağı istəyir kimi görünürlər. Özlərinə görə yaxşı görünən bu istək həqiqətdə qəlblərində gizlətdikləri xəstəliyi ortaya qoyar. Allah “bu istidə savaşa çıxmayın” deyənlərin hökmünü: “Cəhənnəm atə*şinin istiliyi daha şiddətlidir”, -deyərək bildirir (“Tövbə”, 9/81).
Bu insanlar özlərinə tərəfdar toplaya bilirlər. Ancaq onlar özləri kimi qəlblərində xəstəlik olanları cəlb edə bilirlər. Allahın elçisinin əmrinə qarşı gələn bu qrup böyük bir fitnə*nin içinə düşər. Çünki hansı şərt olursa-olsun, elçinin əmri yerinə yetirilməlidir. Bu kimi insanlar savaşmaq və Allah yolunda şəhid olmaq kimi ixlaslı bir ibadəti Allah izn ver*məyəcəyi halda yerinə yetirməzlər. Müsəlmançılıqları ancaq sözdə olar.
Yenə Peyğəmbərimizin (s.ə.v.) dövründəki başqa bir qrup münafiq də Allah yolunda döyüşə getməmək üçün evlərinin təhlükəsizlikdə olmadığını bəhanə gətirmişdi:
“Başqa bir dəstə isə “Evlərimiz açıq və kimsəsizdir (oğru girməsindən qorxuruq)” deyə geri qayıtmaq üçün peyğəm*bərdən izn istəmişdi. Həqiqətdə isə evləri açıq və kimsəsiz deyildi. Onlar ancaq döyüşdən qaçırdılar” (“Əhzab”, 33/13).
Allaha tam təslim olmuş bir insanın Allah yolunda cihad et*məyə izn istəməsi gərək deyil. Belə izni ancaq Allaha təslim olmamış, onun gücünü idrak etməmiş kimsələr istər. Peyğəmbərimizin (s.ə.v.) dövründəki insanların savaş əmri gəldikdə göstərdiyi tənbəllik qəlblərindəki gizli şeytanlığın üzə çıxmasıdır.
Özlərini aldadırlar
Şeytanın firqəsi olan münafiqlərin ağlabatmaz hərəkətlərin*dən biri Allahı aldatdıqlarını zənn etmələridir. Quran müna*fiqlərin bu qəflətlərini belə bildirir:
“Onlar elə güman edirlər ki, ( qəlblərində olan) küfrü gizlətməklə Allahı və möminləri aldadırlar. Bilmirlər ki,əslində özlərini aldadırlar ” (“ Bəqərə ”, 2/9).
Burada olduqca çaşdırıcı bir mənzərə ilə qarşılaşırıq. Bir in*sana onu Yaradan Allahı aldatdığını zənn etməsi olduqca böyük bir ağılsızlıqdır. Çünki Allah: “Ürəklərdə olanı bilən*dir” (“Fatir”, 35/38) və “gizlinin gizlisini” də (“Taha”, 20/7) biləndir.
Münafiqlərin bu hərəkəti özünü aldatmadan başqa bir şey deyil və bunun heç bir açıqlaması yoxdur.
Münafiqlərin özlərini aldatdıqları başqa nöqtə onların Allah*dan deyil, insanlardan qorxmasıdır. Münafiqlər içlərindəki xəstəliyin Allah tərəfindən bilindiyini bilirlər. Bu, onlarda bir qorxu yaratmaz. Ancaq bu hallarının müsəlmanların bil*məsindən qorxarlar. Quran bu halı belə bildirir:
“Münafiqlər qəlblərdə olanı xəbər verəcək bir surənin nazil edilməsindən çəkinirlər...” (“Tövbə”, 9/64).
Münafiqlər Allahdan qorxduqlarını ifadə edərlər. Ancaq hə*rəkətlərində Allahdan qorxan kimsənin çəkinməsi yoxdur. Bu da münafiqlərlə şeytanın oxşar xüsusiyyətidir. Çün*ki şeytan da Allahdan qorxduğunu ifadə edər. Ancaq şeytan Allahdan qorxduğunu söyləsə də insanlara üsyan təlqini etmək kimi qorxunc günah işləyər.
Bu şüursuz cəsarət münafiqləri Allaha qarşı yalan söyləmə qəflətinə sürükləyər. “Tövbə” surəsində bəhsi keçən müna*fiqlərin vəziyyəti buna misaldır. Bu insanlar sözdə sədəqə vermək və Allah yolunda xərcləmək məqsədi ilə Allahdan mülk istərlər. Allah bu duanı qəbul edib verdikdən sonra xə*sislik edərək Allaha verdikləri sözü yerinə yetirməzlər:
“Münafiqlərin bəzisi də Allahla belə əhd etmişdi. Əgər Al*lah bizə öz nemətindən bəxş etsə, biz mütləq sədəqə verəcək və sözsüz ki, salehlərdən olacağıq. Allah öz nemətin*dən onlara ehsan buyurduqda xəsislik etdilər və itaətdən də üz döndərdilər. Onlar elə zatən dönükdürlər” (“Tövbə”, 9/75-76).
Bu kimsələr Allahı aldatdıqlarını zənn edərlər. Allah etdik*ləri bu hərəkətə görə münafiqlərin qəlbinə nifaqı məşhər gününə qədər həkk edərək ən böyük cəzanı verir. Mənfəət əldə etməyə çalışan bu insanlar sonsuz həyatlarını itirdikləri*nin fərqində olmayıb özlərini aldadırlar. Bu insanların durumu Quranda belə bildirilir:
“Allaha verdikləri vədə xilaf çıxdıqlarına, yalan danışlıqlarına görə Allah da onların ürəyinə qovuşacaqları qiyamət gününə qədər davam edəcək (nifaq) saldı” (“Tövbə”, 9/77).

Təvil edərlər
“Təvil” əsasən “açıqlamaq” anlamına gəlir. İkinci mənası isə insanın etdiyi bir xətanı düzgün göstərən mənasız zərurətlər irəli sürər. Bir az diqqətlə baxılsa, bu hərəkətin ilk sahibinin şeytan olduğu yada düşər.
Bilindiyi kimi, şeytan təkəbbür üzündən Allahın Hz.Adəmə səcdə etmə əmrini yerinə yetirmir. Allah tərəfindən niyə belə etdiyi soruşulduqda etdiyi hərəkəti doğru göstərməyə çalışır, xətanın kəsinliklə qəbul etmir. Səhv bir məntiq içində odun palçıqdan üstün olduğunu önə sürərək haqlı olduğunu göstərməyə çalışır.
Şeytanın bu xüsusiyyəti münafiqlərdə də görünür. Münafiqlər yalan sözlər danışıb xalqı çaşdırır və dinə yaraşmayan davranış sərgiləyirlər. Nəfslərini qorumaq, davranışlarını haqlı göstərmək üçün danışmağa başladıqları zaman sanki ağızlarından şeytanın sözləri tökülür. Özlərini qoruma və təmizə çıxarma fəaliyyətində açıqca gözlənilən hərislik var. Bu hərisliklə hər cür harama girə, yalan söyləyə, iftira ata bilirlər. Hadisə ilə əlaqəsi olmayan mənasız açıqlamaları dal-dala düzülər.
Təvil edən insanların üzlərindən və ifadə pozuqluğundan şüurlarının bağlı olduğu bilinir. Fəqət bu açıqlamaların nə başı, nə də ayağı heç bir məna daşımaz. Bu hallar səmimi möminə Allahın izni ilə açılır. Bir çox ayələrdə münafiqlərin bu səmimiyyətsiz açıqlamaları göstərilir. Məsələn, savaşdan qaçmaq üçün evlərinin qorunmadığını önə sürən münafiqlər (“Əhzab”, 33/13), havanın istiliyini bəhanə edən münafiqlər (“Tövbə”, 9/81), savaşın bir müddət sonraya saxlanmasını istəyən (“Nisa”, 4/77), “Əgər gücümüz çatsaydı, biz də sizinlə bərabər səfərə çıxardıq” (“Tövbə”, 9/42) deyən münafiqlər bunlardan bəziləridir. Ancaq üzr hansı səbəbdən olursa-olsun, Allah yolunda mücadilədən hər hansı bəhanə gətirərək qalanlar həqiqətdə qəlblərində iman olmayan kimsələrdir. Allah bunu ayələrində bildirir:
“Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etmək barəsində səndən izn istəməzlər. Allah müttəqiləri tanıyandır. Səndən izn istəyənlər ancaq Allaha və axirət gününə iman gətirməyənlər və ürəklərində şəkk-şübhəyə düşənlərdir. Onlar öz şübhələrində tərəddüd edib durarlar” (“Tövbə”, 9/44-45).
Təvil edən bir insan müxtəlif oyunlarla özünü haqlı göstərsə də ancaq müəyyən insanları aldada bilir.“Allah ürəklərdə olanı biləndir” (“Maidə”, 5/7). Allahı isə əsla aldada bilməzlər. Allah bu haqda hökmü belə verir:
“Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr, elə deyil. Allah istədiyini təmizə çıxarar və onlara xurma çəyirdəyindəki nazik tel qədər zülm olunmaz” (“Nisa”, 4/49)

Haqsızlığa məruz qaldıqlarını düşünürlər
Şeytanın Hz.Adəmə səcdə etməyi rədd etməsinin səbəbi haqqını tapdandığını düşünməsidir. Münafiqlər də şeytanla eyni iddiadadır. Yaradan və hidayət verən Allaha və hidayətinə vəsilə olan elçiyə qarşı bu cür davranmaq son dərəcə nankor bir hərəkətdir. Bu durum “Nur” surəsində belə bildirilir:
“Onların qəlblərində xəstəlikmi vardır? Yaxud Allahın və peyğəmbərinin onlara cövr, haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, onlar özləri zülmkardırlar! (“Nur”, 24/50).

Fiziki təxribata məruz qalarlar
Şeytan münafiqlər üzərində ciddi fiziki təxribat törədər. Çaşqın ruha sahib olduqlarından çox tez zəifləyir, həqiqi yaşlarından on-on beş yaş daha yaşlı görünürlər. Baxışlarındakı pozuqluq onlara bir cür ağıl xəstəsi görünüşü verir. Güclü həyəcan, qorxu, qəm-kədər üz və bədəndə qırışlar yaradır. Gözlər kiçilir, ağız quruyur, yanaq və dodaqlar titrəyir. Şeytanın verdiyi bu mənfi təsirlər vücudu zəiflədir. Yorğun, halsız bir vücud ortaya çıxır. Üzləri xəstə, sarı və ya bəyazdır. Bəzən kədərli, bəzən də özünə nəzarət edə bilməyən dəli kimi olurlar.
Üz ifadələri də fərqlidir. Kiminin üzündə təbəssüm, kiminkində də əsəbi bir ifadə olur. Bu fiziki təxribata mimika və ifadə pozuntuları da əlavə ediləndə bu insanlar asanca tanınırlar. Quranda bu duruma belə işarə edilir:
“Əgər biz istəsəydik, onları (münafiqləri) mütləq sənə göstərə, sən də onları mütləq tanıyardın (amma bəlkə tövbə edib dində səmimi olsunlar deyə onları heç kəsə tanıtmadıq). Sən onsuz da onları danışıq tərzindən mütləq tanıyacaqsan. Allah sizin bütün əməllərinizi bilir” (“Muhəmməd”, 47/30).

Özlərini doğru yolda görürlər
Hər cür azğın fikirli münafiqlərin elə bir özəllikləri var ki, bu, olduqca iyrənc bir vəziyyət yaradır. Münafiqlər özlərini doğru yolda görür və hidayətə çatmış sayırlar.
Ayələrdə münafiqlərin niyə özlərini doğru yolda gördükləri bildirilir. Münafiqlər əslində şeytan tərəfindən əhatələnmiş və şeytanın dostları halına gəlmişlər.
Şeytana bir dost qədər yaxın olan kimsə isə əlbəttə, onun təlqinləri altında hərəkət edər. Bu təlqin münafiqləri doğru yolda olduqlarına inandıracaq qədər güclüdür. Allah bunu Quranda belə bildirir:
“Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, biz ona şeytanı ürcah edərik və o, şeytanın yaxın dostu olar. Şeytanlar onları doğru yoldan çıxarar, onlar isə özlərinin haqq yolda olduqlarını zənn edərlər” (“Zuxruf”, 43/36-37).
“Allah insanların bir qismini doğru yola yönəltdi , onların bir qismi isə (haqq yoldan) azmağa layiq görüldü . Çünki onlar Allahı qoyub şeytanları özlərinə havadar tutmuşdular və özlərinin doğru yolda olduqlarını güman edirlər” -(“Əraf”, 7/30).
Bu ayələrdən də anlaşıldığı kimi, heç bir münafiq etdiyinin bir xəta olduğunu qəbul etməz. Əksinə, Allah və din adına həqarət etdiyini iddia edər, hətta Allahın adını yəmin edər. İçində olduğu vəziyyətdən xəbəri olmur. Şüuru o qədər qapalıdır ki, qiyamət günü cəhənnəmə soxulmaq üzrə dirildiyində Allaha belə yəmin edərək özünün doğru yolda olduğunu sübut etməyə çalışır:
“Allah onların hamısını dirildəcəyi gün onlar sizə yalandan and içdikləri kimi Allah da and içəcək və (bununla axirətdə) bir şey qazanacaqlarını zənn edəcəklər. Bilin ki, onlar əsl yalançılardır” (“Mücadilə”, 58/18).
Münafiqlər şeytanın onları Allah adına and təqdim etməsinin fərqində deyillər. Bu gerçəyi ancaq axirətdə anlayacaqlar. Məşhər günü möminlərlə münafiqlər arasında olan danışma Quranda belə göstərilir:
“O gün mömin kişilərin və qadınların nurunun onların önlərindən və sağ tərəflərindən axıb şölə saçdığını görəcəksən. “Bu gün sizin müjdəniz altından çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız! Bu ən böyük qurtuluş və uğurdur! O gün münafiq kişi və qadınlar iman gətirənlərə “Gözləyin ki, nurunuzdan bir qədər işıq alaq!” deyəcəklər. Belə cavab veriləcəkdir: “Geriyə dönüb işıq axtarın”. Bu sözlərdən sonra möminlərlə münafiqlərin arasında qapısının içəri tərəfindən mərhəmət, bayır tərəfində əzab olan sədd çəkiləcəkdir”. Münafiqlər möminləri səsləyib deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?!” Möminlər belə cavab verəcəklər: “Bəli, bizimlə birlikdə idiniz. Lakin siz özünüzü fitnəyə salıb məhvə düçar etdiniz, gözlədiniz və şəkk etdiniz. Allahın əmri gəlib çatanadək sizi xam xəyallar, tamah aldatdı. Sizi Allah barəsində o tovladan tovladı!” (“Hədid”, 57/12-13).
  Alıntı Hızlı Cevap
Yeni Konu Aç Konuyu Cevapla

Bookmarks



Forum Günün Sözü
Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.
seks hikayeleri seks filmi izle sincan escort kızılay escort rus escort etlik escort izmir escort izmir escort izmir escort Anadolu Yakası Escort Kartal escort Kurtköy escort Maltepe escort Pendik escort Kartal escort altyazılı porno şişli escort istanbul escort mecidiyeköy escort beşiktaş escort taksim escort fındıkzade escort çapa escort fatih escort topkapı escort escort şişli escort bayan bayrampaşa escort merter escort escort mecidiyeköy bursa escort bursa escort bursa escort bursa escort bursa escort alt yazılı porno Casibom Casibom Casibom Giriş Casibom Yeni Giriş Onwin gaziantep escort bayan gaziantep escort seks hikayeleri gaziantep escort Canlı bahis siteleri escort escort escort travestileri travestileri Escort Escort bayan Escort bayan bahisu.com girisbahis.com etlik escort etimesgut escort istanbul Escort istanbul Escort Acıbadem Escort Ataşehir Escort Bostancı Escort Göztepe Escort Kadıköy Escort Kartal Escort Kurtköy Escort Maltepe Escort Ankara escort bayan Escort ankara Escort ankara Escort eryaman Keçiören escort Escort ankara Sincan escort bayan Çankaya escort bayan antalya rus escort