Gargara Forum

Gargara Forum (http://gargara.org/index.php)
-   İslami Mövzular (http://gargara.org/forumdisplay.php?f=82)
-   -   Riyakarlıqdan uzaq olmaq (http://gargara.org/showthread.php?t=14109)

buse 10 Nisan 2016 21:24

Riyakarlıqdan uzaq olmaq
 
http://imanimovzular.com/images/phot...uzaq-olmaq.jpg


İkiüzlülük nəfsin insanları təşviq etdiyi Quran əxlaqına uyğun olmayan davranışdır.Səmimiyyətsizlikdən qaynaqlanan riyakarlıq ixlasımızın zədələnməyinə səbəb olur. Bir insanın səmimiyyətsiz şəkildə daxilinə, inamlarına, fikirlərinə zidd əxlaq nümayiş etdirməsi o insanın imanı tam qavramadığını, Allah`ı lazımi qədər təqdir etmədiyini göstərir. Allah`ın hər an hər şeyə şahid olduğunu unudan riyakar insan dərin qəflətdə olur. Halbuki, Allah Quran-i kərimdə belə buyurur:
“O, göylərdə və yerdə olanları bilir. Sizin gizlində və aşkarda nə etdiyinizi də bilir. Allah kökslərdə olanlardan agahdır.” (Təğabun surəsi, 4)
Göylərdə və yerdə olan elə bir şey yoxdur ki, Rəbbimiz ondan xəbərsiz olsun. Sonsuz elmi və gücü ilə uca Allah hər yeri və hər şeyi əhatə edir. Uca Allah insanların gizlədikləri və ya aşkarda etdikləri, ağıllarından keçirdikləri hər şeyi bilir və hər an hər yerdə onlara şahiddir. İnsanın içindən keçənləri gizlədib səmimiyyətsiz rəftar göstərməsi Allah`ın bu isimlərini unutduğundan xəbər verir.
Allah`dan qorxan insan Onun razı olmadığı bu əxlaqdan var gücü ilə çəkinir. İnsan riyakarlıqla dünya həyatında insanların razılığını qazana bilər, ancaq bu səmimiyyətsizliyinə görə axirətdə sonsuz peşmanlıq yaşayacağını da unutmamalıdır. Çünki dünyada əldə edilən nemətlər axirət həyatındakılarla müqayisədə çox dəyərsiz və müvəqqətidir. Uca Allah “...Olmaya, axirətdən daha çox dünya həyatından razısınız? Halbuki, dünya həyatının keçici zövqü axirətlə müqayisədə çox dəyərsiz bir şeydir.” (Tovbə surəsi, 38) ayəsində insanlara xəbərdarlıq edir.
Riyakarlıqdan uzaqlaşmağın ən təsirli yollarından birini Bədiüzzaman Səid Nursi “İhlas” Risaləsində ətraflı şəkildə bildirmişdir. Bədiüzzaman ölümü düşünməyin insanı həm riyakarlıqdan çəkindirəcəyinə, həm də ixlası qazanmağına səbəb olacağına diqqət çəkmişdir:
“Ey hizmət-i Quraniyyə dostlarım! İxlası qazanmağın və qorumağın ən təsirli yolu ölümü düşünməkdir. Bəli, ixlası zədələyən və riyaya və dünyaya sövq edən bitməz bir istək olduğu kimi, riyadan nifrət etdirən və ixlası qazandıran ölümü düşünməkdir. Yəni ölümü, dünyanın fani olduğunu diqqətlə düşünüb nəfsin vəsvəsələrindən xilas olmaqdır. (Risale-i Nur Külliyatı Hizmet Rehberi, səh.81-83)
Mömin ətrafındakılara özünü sevdirmək üçün riyakarlığa üz tutmaz. Çünki qəlblərdə sevgini yaradanın Allah olduğunu bilir. Həyatının hər anında ixlasla uca Allah`ın rizasını qazanmağa çalışan bir mömini bütün insanlar onsuz da qəlbən sevib dəstəkləyirlər. Gözəl əxlaqlı, səmimi, dürüst, ixlaslı və daxili ilə xarici bir olan insanı sevmək möminlərin fitrətindədir. Allah`ın rizasını diləyən insana Rəbbimiz nemət olaraq möminlərin rizasını da bəxş edir. Ancaq təkcə insanların məmnun qalması üçün edilən cəhdlərdə Allah`ın rizasını qazanmaya bilər. Məhz buna görə də insan nəfsinin bu təlqinlərini dinləməməli və ixlası qazanmaq üçün bütün səmimiyyətsiz düşüncə və davranışlardan uzaqlaşmalıdır.



Tüm Zamanlar GMT +4 Olarak Ayarlanmış. Şuanki Zaman: 11:33.

Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121