Gargara Forum

Gargara Forum (http://gargara.org/index.php)
-   İslami Mövzular (http://gargara.org/forumdisplay.php?f=82)
-   -   Münafiqlər mömin cəmiyyətinin içindən çıxarlar (http://gargara.org/showthread.php?t=14106)

buse 10 Nisan 2016 21:22

Münafiqlər mömin cəmiyyətinin içindən çıxarlar
 
Münafiqlər möminlərin olmadığı bir mühitdə yaşamırlar. Möminlərin olmadığı bir mühitdə ancaq Quranda müşrik, ya da inkarçılar olaraq adlandırılan şəxslərdən bəhs edilə bilər. Ancaq hər hansı bir cəmiyyət içində mömin birliyi varsa, bəzi şəxslər möminlərin arasına sızaraq, onların sahib olduqları bəzi imkanlardan faydalana bilmək üçün iman gətirmədikləri halda, iman gətirmiş kimi görünə bilərlər. Belə bir ikiüzlülüyə yönəlmələrinin tək səbəbi iman gətirmiş kimi görünmələrinin onlar üçün bəzi mənfəətlər qazandıracağını düşünmələridir.
Bir cəmiyyət içində mömin birliyi varsa, bu birliyin içində həm də münafiq qrupu olmasının Allah'ın qanunu olduğunu Quran ayələrində görürük. Münafiqlərin möminlərin arasında yaşamalarının əsas səbəblərindən biri mömin birliyini daxildən məhv etmək, onlara zərər verərək dağılmalarını təmin etmək, Allah'ın elçisinə və möminlərə qarşı qruplaşaraq inkarçılara dəstək vermək kimi bir çox məqsədlər var. Buna görə münafiqlər qala bildikləri qədər uzun müddət mömin birliyinin arasında özlərini gizlətməyə çalışırlar. Bir ayədə Allah münafiqlərin mömin birliyinə sığınan qrup olduğunu belə bildirir:
Şübhəsiz ki, yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir.... (Nur surəsi, 11)


Tüm Zamanlar GMT +4 Olarak Ayarlanmış. Şuanki Zaman: 09:46.

Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121