Gargara Forum » Azərbaycan » İslami Mövzular » Möminlərin həqiqi məskəni: Cənnət

Yeni Konu Aç Konuyu Cevapla

     
LinkBack Seçenekler Arama Stil
Alt 09 Nisan 2016, 22:30   #1
buse
Avatar Yok
Üyelik tarihi: 15 Nisan 2015
Mesajlar: 12,520
Aldığı Beğeni: 0
Beğendikleri: 0
Standart Möminlərin həqiqi məskəni: Cənnət



Allah mömin olaraq onun hüzuruna gələnlərə əbədi qalacaqları cənnəti vəd edib. Şübhəsiz ki, Allahın vədi qəti bir sözdür. Beləliklə, bu dəqiq sözə inananlar bu vədin yerinə yetəcəyinə əsla şübhə etməzlər və mömin kimi canlarını tapşırdıqları zaman günahlarının bağışlanaraq cənnətə qəbul ediləcəklərini bilirlər. Bir ayədə belə bildirilir:
"Rəhmanın öz bəndələrinə vəd etdiyi və onların görmədiyi Ədn cənnətlərinə. Onun vədi mütləq yerinə yetəcəkdir" ("Məryəm" Surəsi, 61)

Nəhayət, gözlənilən o an gələr. Cənnət bir möminin bütün həyatı boyu düşündüyü, qovuşa bilmək üçün dua etdiyi və layiq ola bilmək üçün var gücü ilə çalışdığı yer, "məskənlərin ən xeyirlisi" və "Allah qatındakı həqiqi məkan"dır. Cənnət möminlər üçün hazırlanmış və onlara təqdim olunmaq üçün qapıları açılmışdır. Möminlərin cənnətə daxil olması ilə bağlı bir ayədə bu misilsiz mənzərə belə təsvir edilir:
"Özlərinin, həmçinin əməlisaleh ataları, övrətləri və övladlarının daxil olacaqları Ədn cənnətləri gözləyir. Mələklər də hər bir qapıdan daxil olub: Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdunun aqibəti nə gözəldir!" -deyəcəklər" ("Rəd" Surəsi, 23-24)
CƏNNƏTDƏKİ GÖZƏLLİKLƏR
"Allahdan qorxub pis əməllərdən çəkinənlərə vəd edilən cənnətin vəsfi belədir: altından çaylar axar, yeməkləri də, kölgələri də daimidir. Bu, Allahdan qorxub pis əməllərdən çəkinənlərin aqibətidir. Kafirlərin aqibəti isə Cəhənnəmdir!" ("Rəd" Surəsi, 35)
Mövzuya keçməzdən əvvəl qeyd olunması vacib olan mühüm bir məsələ var. Yayılmış bir inanc olan "cənnətin yalnız təbii gözəlliklərdən, yaşıllıqlardan və axar sulardan ibarət olması" fikri Qurana əsaslanmayan olduqca səthi bir düşüncənin məhsuludur. Əlbəttə ki, təbii gözəlliklər və yaşıllıqlar cənnətin mükəmməl atmosferini tamamlayan çox gözəl və estetik bir fon yaradır. Mülklərin və kölgəliklərin bağçaların içində, bulaqların yanında olmasının da hikməti elə budur. Lakin bu və ya buna bənzər deyilənlərin heç biri həqiqi cənnəti ifadə etmək üçün kifayət deyil.
Bəzi hissələri dünyadakıları xatırladan, bəziləri isə heç bir nəfsin görmədiyi "o iki cənnətin ağacları qollu-budaqlı, merli-meyvəli" ("Rəhman" Surəsi, 48) olan cənnətin nemət və gözəllikləri təxəyyül və ifadə hüdudlarından çox uzaqdır. Bunu bilmək lazımdır ki, möminləri cənnətdə bizim xəyalımızdan uzaq olan və Allahın sonsuz elmi nəticəsində hazırlanmış bir çox gözəllik və hədiyyələr gözləyir. Хüsusən də "...Rəbbinin dərgahında onlar üçün istədikləri hər şey olacaqdır. Budur ən böyük nemət!" ("Şura" Surəsi, 22) ayəsində də bildirildiyi kimi, bütün təbii gözəlliklər də daxil olmaqla cənnətdəki hər şey möminin öz zövqü ilə gerçəkləşir. Yəni Quranda bildirilmiş gözəlliklərdən də üstün, insanın xəyal gücü, Allahın izni və lütfü ilə cənnətdə hər cür gözəlliklər olacaqdır.
CƏNNƏTDƏ MÖMİNLƏRİN YAŞADIĞI ŞƏRAİT
"Allah mömin kişilərə və qadınlara altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə daha böyükdür. Bu, böyük qurtuluşdur!" ("Tövbə" Surəsi, 72)
Möminlərin dünyada yaşadığı evlər "Allahın tikilib ucaldılmasına və öz adının zikr edilməsinə izn verdiyi o evlərdədir" ("Nur" Surəsi, 36) kimi göstərilən məkanlardır və yenə də Allahın əmri ilə təmiz saxlanılan, diqqət göstərilən yerlərdir. Cənnət evləri də buna bənzər olaraq möminlərin Allahı andıqları və Ona şükr etdikləri tərtəmiz məkanlardır.

Möminlərin yaşadıqları gözəl məskənlər, evlər, mülklər bir az əvvəl təsvir edilmiş təbii gözəlliklərin içində qurulmuş ola bildiyi kimi bunların olduqca müasir və estetik memarlıq nümunələri olan şəhərlərdə inşa edilməsi də mümkündür.

Quranda haqqında danışılan evlər əsasən təbii gözəlliklərin içində inşa edilmişdir. Bir ayə bunu belə bildirir:
"Lakin Rəbbindən qorxanları bir-birinin üstündə tikilmiş otaqlar gözləyir. Onların altından çaylar axar. Bu, Allahın vədidir. Allah vədə xilaf çıxmaz!" ("Zumər" Surəsi, 20)
Haqqında ayələrdə bəhs edilən məskənlər hündür yerlərdə qurulmuş mülklər, altından sular axan, bu mənzərəni seyr etmək üçün geniş pəncərəli və ya dörd bir tərəfi şüşələrdən tikilmiş salonlar da ola bilər. Beləliklə, möminlər insan ruhunun ən çox zövq alacağı şəkildə döşənmiş evlərdə, taxtlar üzərində dincələrkən və ən gözəl meyvələrlə, içkilərlə ruziləndirilərkən hündürlüklərdən baxaraq bir-birindən möhtəşəm mənzərələri seyr edə bilərlər.
Mülklərin quruluşu və döşənməsi ən keyfiyyətli materiallardan, ən uyğun rənglərlə hazırlanmışdır. Rahat kresloları, üzbəüz oturmağa imkan verən taxtları var. Allah bir çox ayələrdə taxtlara diqqət çəkmişdir: "Onlar qızıl-gümüş, ləl-cəvahiratla bəzənmiş taxtlar üzərində qərar tutacaq, o taxtlara söykənib bir-birilə qarşı-qarşıya əyləşəcəklər" ("Vaqiə" Surəsi, 15-16), "Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda!" ("Tur" Surəsi, 20) ayələrindən də məlum olduğu kimi, taxtlar zənginlik, möhtəşəmlik və qüdrət simvoludur. Allah cənnəti nəsib etdiyi möminlərə belələrini layiq görür. Onlar cənnətdəki taxtlar üzərində uzanıb dincəlirlər. Bu şəraitdə möminlər daim Allahı xatırlayarlar:
"Onlar Ədn cənnətlərinə daxil olacaq, orada altun bilərziklər və incilərlə bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır. Onlar deyəcəklər: "Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, Rəbbimiz bağışlayandır, qədirbiləndir! Elə bir Rəbb ki, öz lütfü ilə bizi iqamətgahda yerləşdirdi. Orada bizə nə bir yorğunluq üz verəcək, nə bir məşəqqət toxunacaqdır!"" ("Fatir" Surəsi, 33-35)
Cənnətdəki əsas ləvazimatlar "müxtəlif incəliklər" və "heyranedici gözəlliklər"dir. Bütün bunlar Allahın sonsuz elminin və sənətinin inikasıdır. Məsələn, taxtlar ləl-cəvahiratlı hündür yerdə qurulmuş, diqqətlə düzülmüşdür. Geyimləri ipək və atlasdan olub qızıl və gümüşdən olan bəzək əşyaları ilə bəzədilmişdir. Allah çox təfsilatlar da vermiş, lakin insan xəyalından kənar ifadələrdən də istifadə etmişdir. Çox güman ki, cənnətdə hər möminin öz zövqünə uyğun yaradılmış mənzərə və təsvirlər var. Şübhəsiz ki, Allah cənnətə layiq bildiyi və yüksəltdiyi dəyərli möminlərə Quranda göstərdiyi nemətlərdən başqa çox hədiyyələr də hazırlamışdır.
CƏNNƏT İNSAN İDRAKI SƏRHƏDLƏRİNİN FÖVQÜNDƏDİR
"...Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız!" ("Zuxruf" Surəsi, 71)
Qurandakı tərif, təsvir və bənzətmələrə, bundan əlavə "Bəqərə" Surəsinin 25-ci ayəsində bildirildiyi kimi, cənnət nemətlərinin dünyada olanlara bənzəməsinə əsaslanaraq cənnətin necə bir yer olacağını əsas xüsusiyyətləri ilə təsəvvür edə bilərik. Bilirik ki, Allah möminləri "özlərinə tanıtmış olduğu cənnətə daxil edəcəkdir" ("Muhəmməd" Surəsi, 6). Beləliklə, dünyada da Allahın izni ilə cənnətlə bağlı məlumatlar əldə etməyimiz mümkündür. Lakin əldə olunan bu məlumat yalnız Allahın bizə öyrətdiyi və cənnəti düşünməyimizə səbəb olan məlumatdır. "Bu məlumat bütünlüklə cənnəti tərənnüm edir" deyə bilmərik. Хüsusilə də bəzi ayələrdə diqqəti cəlb edən çox əhəmiyyətli bir təfsilat var. Bu da cənnətin "təxəyyülü canlandıran" təsviridir. İndi bu ayələrə baxmazdan əvvəl qeyd olunmalı bir məqama diqqət yetirək. Quranda bəhs edilən "orada dadı dəyişməyən, qoxumayan sudan irmaqlar, təmi çönməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan nəhrlər və təmiz baldan irmaqlar" ("Muhəmməd" Surəsi, 15) misalı bizlərə cənnətin insanların xəyalında olan şəklindən də üstün bir yer olduğunu hiss etdirir. Bu ayə insan ruhunda cənnətin bir "hədiyyələr və müjdələr məkanı" olması fikri yaradır.

Başqa bir ayədə də Allah cənnətdən "bir mərasim" kimi bəhs edir:
"Lakin öz Rəbbindən qorxanları altından çaylar axan cənnətlər gözləyir ki, onlar orada Allah qonağı kimi həmişəlik qalacaqlar. Allah yanında olan nemətlər yaxşı əməl sahibləri üçün daha xeyirlidir" ("Ali-İmran" Surəsi, 198)
Allah bu ayəsində cənnəti bir mərasim və əyləncə yeri kimi tanıdır. Dünya həyatının bitməsi, imtahandan alnıaçıq çıxılması və Quranın ifadəsi ilə desək, "əsl yurda", yəni əbədi yaşanacaq yerin ən gözəlinə çatmaq şübhəsiz ki, təntənə ilə qeyd olunmağa dəyən bir nəticədir. Bu mərasim özünün müddəti, ölçüləri və mahiyyəti ilə dünyada olanların heç biri ilə müqayisə olunmayacaq dərəcədə möhtəşəm bir mərasimdir. Belə bir mərasimin dünyada keçmişdən bu günümüzədək bütün xalqların və ölkələrin adət-ənənələrində yer alan bayram, mərasim və əyləncələrdən üstün olması dəqiqdir (ən doğrusunu Allah bilir).
Yorulmamaq, əbədi dünyada belə mərasimlərlə və buna bənzər növ-növ nemətlərlə daim məşğul olmaq özü ilə yalnız cənnətə xas bir sifəti də gətirəcək. Quranda bu gözəlliklə bağlı cənnətdəki möminlərin belə dedikləri bildirilir: "Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir məşəqqət, əziyyət toxunacaqdır" ("Fatir" Surəsi, 35). Bu yorğunluğa əlbəttə, zehni yorğunluq da daxildir.
Dünyəvi şərtlərdə insan cismani olaraq zəif yaradıldığına görə çox tez yorulur. Yorulduqda isə zehni qarışmağa başlayır, diqqəti dağılır, sağlam düşünməsi çətinləşir, dərk etməsi də zəifləyir. Halbuki bu vəziyyətdən cənnətdə söhbət getməyəcək. Zehin möminin Allahın nemətlərini tam dərk edə və bunlardan zövq ala bilməsi üçün həmişə aydın, şüuru iti olacaq. Dünyanın çatışmazlıqlarından biri olan yorğunluq hissi aradan qaldırılacağı üçün möminlərin sonsuz nemətlərdən daim istifadə edə bilməsi mümkün olacaq. Zövq alınması fasiləsizdir, bir nemətdən sonra digəri gəlir. Zövq almaqdan usanma hissinin duyulmamasına Allah tərəfindən zəmanət verilmişdir.

Allah yorğunluğun və usanma hissinin olmadığı bir şəraitdə möminlərin "hər dilədiyini" yaradaraq onları mükafatlandırır. Hətta "Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı mövcuddur!" ("Qaf" Surəsi, 35) deyərək Allah insanın istədiyindən, xəyalına gətirəcəyindən də artığını verəcəyini, müəyyən həddə olan istəklərimizi cənnətdə mərtəbə-mərtəbə artırılacağını göstərir.

Yaddan çıxarmaq olmaz ki, həqiqi məkan olan cənnətin ən böyük nemətlərindən biri də cəhənnəm əzabından qorunmaqdır ("Duxan" Surəsi, 56). Hətta uğultusunu da eşitmədikləri ("Ənbiya" Surəsi, 102) cəhənnəmi görə bilən, cəhənnəm əhli ilə danışa bilən möminlər üçün bütün bunlar şükür vəsiləsi olacaq bir hadisədir:
"Və belə deyəcəklər: "Biz bundan əvvəl ailəmiz içində olarkən qorxardıq. Artıq Allah bizə mərhəmət buyurub bizi cəhənnəm əzabından qorudu. Biz bundan əvvəl Ona ibadət edirdik. Şübhəsiz ki, O, kərəm sahibidir, rəhm edəndir!"" ("Tur" Surəsi, 26-28)
Cənnət elə möhtəşəm bir məkandır ki, Qurandakı tərifi belədir: "Hara baxsan, nemət və böyük bir mülk görərsən" ("İnsan" Surəsi, 20). Burada gözləri dolandırıb heç nəyi görməməkdən hətta söz gedə bilməz. Hər bir yer və bucaq və ya "hər bir görüntü" Allahın misilsiz elmi sayəsində saysız-hesabsız nemətlərlə doldurulmuşdur. Yalnız və yalnız Allahın rəhm edib bağışladığı və cənnətinə daxil etdiyi möminlərə məxsus yaradılmaqla... "Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər" ("Hicr" Surəsi, 47). Onlar "cənnətlərdə əbədi qalıb oradan ayrılmaq istəməyəcəklər!" ("Kəhf" Surəsi, 108).
ƏN BÖYÜK NEMƏT OLAN ALLAH RİZASI
"Allah mömin kişilərə və qadınlara altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə daha böyükdür. Bu, böyük qurtuluşdur!" ("Tövbə" Surəsi, 72)
Cənnətdəki nemətlərin gözqamaşdırıcı olduğunu ötən səhifələrdə birlikdə nəzərdən keçirdik. Ortaya çıxan mənzərə Allahın cənnətdə insanın beş duyğu üzvünə mümkün zövq və ləzzətlərin ən böyüyünü daddıracağını göstərir.

Lakin cənnətin bütün bunlardan da böyük olan neməti Allah rizasıdır, möminin Allahın rizasını qazandığı üçün duyduğu sevinc və rahatlıq hissidir. Bundan əlavə, Allah rizası Allahın verdiyi hər şeydən razı olmaq və Rəbbimizə daim şükür etmək xoşbəxtliyidir. Quranda cənnət əhlindən bəhs edilərkən bu vəsfə xüsusi diqqət edilir:
"...Allah onlardan, onlar da Allahdan razıdırlar. Bu, böyük qurtuluşdur!" ("Maidə" Surəsi, 119)
Əslində cənnətin digər nemətlərinə dəyər verən şey də yenə Allahın rizasıdır. Çünki cənnətdəki nemətlərdən bəzisi yer üzündə də ola bilər, lakin onlar öz dəyərini yalnız Allah rizası daxilində qazanırlar.

Bu məqam olduqca əhəmiyyətli və düşündürücüdür. Nemətlərin əsl dəyəri onların içində olan ləzzət və zövqdən daha üstündür. Onun əsl dəyəri həmin neməti Allahın "bəxş" etməsidir. Bu nemətdən istifadə edən və şükür edən mömin Allahın ona ikram etdiyini, Allahın onu sevdiyini, qoruyub nəzarət etdiyini və öz nemətindən ona zövq verdiyini hiss edir ki, əsl həzzi də elə bundan alır.
Elə buna görə də insanın qəlbi yalnız cənnətlə qane olur. İnsan Allaha qulluq etmək üçün yaradılmışdır və buna görə də yalnız Onun ikramından zövq alır. Dünyada isə cənnəti xatırladan şəraitlərdə, yəni nemətlərdən Allah rizası və Ona şükürlə istifadə edildiyi şəraitlərdə rahatlıq tapır. İnkarçıların qədimdən bəri öz xəyallarında qurduğu "yer üzündə cənnət" idealının gerçəkləşməsi məhz bu səbəblə mümkün deyil. Cənnətdəki maddi gözəlliklərin dünyadakı bənzərlərini bir yerə toplasanız da onlar Allahın rizası olmadan heç bir məna ifadə etməzlər. Allah həmin maddi gözəlliklərdən alınan zövqü də dərhal yox edər.
Qısası, cənnət Allahın ikramı olması səbəbi ilə çox dəyərlidir. Cənnət əhli "xəlq edilmiş möhtərəm qullar" ("Ənbiya" Surəsi, 26) olduğu üçün əbədi xoşbəxtliyə və sevincə qovuşur. Orada söylənəcək ən hikmətli söz isə "əzəmət və kərəm sahibi olan" ("Rəhman" Surəsi, 78) Allahın adını mədh edib ucaltmaqdır.

  Alıntı Hızlı Cevap
Yeni Konu Aç Konuyu Cevapla

Bookmarks



Forum Günün Sözü
Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.
seks hikayeleri seks filmi izle sincan escort kızılay escort rus escort etlik escort izmir escort izmir escort izmir escort Anadolu Yakası Escort Kartal escort Kurtköy escort Maltepe escort Pendik escort Kartal escort altyazılı porno şişli escort istanbul escort mecidiyeköy escort beşiktaş escort taksim escort fındıkzade escort çapa escort fatih escort topkapı escort escort şişli escort bayan bayrampaşa escort merter escort escort mecidiyeköy bursa escort bursa escort bursa escort bursa escort bursa escort alt yazılı porno Casibom Casibom Casibom Giriş Casibom Yeni Giriş Onwin gaziantep escort bayan gaziantep escort seks hikayeleri gaziantep escort Canlı bahis siteleri escort escort escort travestileri travestileri Escort Escort bayan Escort bayan bahisu.com girisbahis.com etlik escort etimesgut escort istanbul Escort istanbul Escort Acıbadem Escort Ataşehir Escort Bostancı Escort Göztepe Escort Kadıköy Escort Kartal Escort Kurtköy Escort Maltepe Escort Ankara escort bayan Escort ankara Escort ankara Escort eryaman Keçiören escort Escort ankara Sincan escort bayan Çankaya escort bayan antalya rus escort