Gargara Forum

Gargara Forum (http://gargara.org/index.php)
-   İslami Mövzular (http://gargara.org/forumdisplay.php?f=82)
-   -   Möminlər baş verən hadisələrə görə kədərlənərlərmi? (http://gargara.org/showthread.php?t=14079)

buse 09 Nisan 2016 22:23

Möminlər baş verən hadisələrə görə kədərlənərlərmi?
 
Möminlər hadisələrə görə kədərlənməzlər. Çünki Allah`ın yaratdığı hər hadisə ilə onları sınadığını bilirlər. Uğursuz görünən hadisələrdə də təvəkküllü davranarlar və səbir edərlər. Allah`ın hər şeyi bir hikmətlə yaratdığını unutmazlar. Quranda bununla bağlı belə nümunə verilir:


Əgər siz ona kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu iki nəfərdən biri olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna: "Qəm yemə, Allah bizimlədir!"… (Tövbə surəsi, 40)

Ayədən göründüyü kimi, Peyğəmbərimiz (s.ə.v) ən çətin şəraitdə belə dostuna kədərlənməməyi tövsiyə etmişdir. Möminlər üçün ən gözəl örnək peyğəmbərlərin əxlaqı olduğuna görə, onlar da çətin şəraitdə bu cür davranarlar.

Möminlərin kədərlənməməsinin ən əsas səbəblərindən biri də Allah`ın yaratdığı hər hadisənin onlar üçün xeyir olduğunu bilmələridir. Allah iman gətirənlərə dünyada gözəl həyat vəd etmişdir. Bu cür gözəl həyat sürən möminlər Allah`ın onları axirətdə də dünyadakından daha gözəl və əbədiyyən nemətlərin əsla əskilmədiyi həyata qovuşduracağına ümid edirlər. Şübhəsiz, bu, bir insan üçün ən böyük müjdələrdən biridir, eyni zamanda, ən böyük sevinc mənbəyidir. Ona görə də möminlər əsla kədərlənməzlər. Allah möminləri belə müjdələmişdir:

Həqiqətən də: "Rəbbimiz Allah`dır!" – deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub (deyərlər:) "Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan cənnətlə sevinin! Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır. (Fussilət surəsi, 30-31)




Tüm Zamanlar GMT +4 Olarak Ayarlanmış. Şuanki Zaman: 00:43.

Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121