Gargara Forum

Gargara Forum (http://gargara.org/index.php)
-   İslami Mövzular (http://gargara.org/forumdisplay.php?f=82)
-   -   Allah`ı haqqı ilə təqdir etmək (http://gargara.org/showthread.php?t=14044)

buse 07 Nisan 2016 22:36

Allah`ı haqqı ilə təqdir etmək
 
http://imanimovzular.com/images/phot...qdir-etmek.jpg

Quran ayələrində Allah`ın sifətlərinin bir qismi bu şəkildə xəbər verilir:
Allah, Ondan başqa ilah yoxdur, (əbədi) yaşayandır, (bütün yaratdıqlarının) qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.(Bəqərə surəsi, 255)
Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allah`dır. Vəhy onların arasında ona görə nazil olur ki, Allah`ın hər şeyə qadir olduğunu və Allah`ın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.(Talaq surəsi, 12)
Lakin insanların çoxu Allah`ın bu sifətlərini bilmir, Rəbbimizi lazımi qədər tanımırlar. Cahiliyyə insanlarının Allah inancı özlərinin uydurduqları bəzi xurafatlara əsaslanır. Bu səbəbdən də, Allah`ın sonsuz gücünü və əzəmətini qavraya bilmirlər. Quranda bu insanlar "Onlar Allah`ı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir!" ("Həcc surəsi", 74) ayəsi ilə təsvir edilir.
Allah`ı layiqincə qiymətləndirmək imanın ən vacib şərtlərindəndir. Mömin yaşadığı cahiliyyə cəmiyyətindəki yanlış Allah inancından ayrılar və cahiliyyə cəmiyyətinin bütün azğın inanclarını inkar edər. Mömin Allah`a Quranda təsvir edilən xüsusiyyətləri ilə iman edər. Allah`ın yer üzündə, göylərdə və öz nəfsində yaratdığı dəlilləri, ayələri, iman həqiqətlərini araşdıraraq və Allah`ın sənətini, gücünü görərək Rəbbimizi tanıyar, Onun qədrini haqqı ilə təqdir edər.
Lakin Allah`a iman etdiyini söyləyən bir adam ürəyini Allah`ın zikrindən və ağlını Onu düşünməkdən uzaq tutarsa, belə vəziyyətdə, cahiliyyənin azğın Allah inancına doğru meyil etməyə başlayar. Əgər özünü düzəldib Allah inancını Qurana görə müəyyən etməzsə, cahiliyyə inancına keçmək təhlükəsi ilə üz-üzə qala bilər. Allah döyüş əsnasında zəiflik göstərən müsəlmanlardan bəhs edən ayələrdə bu vəziyyətə diqqət çəkir. Ayələrdə bildirildiyinə görə, bu insanlar: “Bu işdə bizim üçün bir xeyir varmı?” – deyə Allah barəsində haqsız olaraq cahil düşüncələrə qapıldılar". ("Ali-İmran" surəsi, 154)
Mömin belə bir vəziyyətə düşməmək üçün cahiliyyə cəmiyyətindəki səhv inancların qoyduğu ləkələri tamamilə ürəyindən silməli və Quranda təsvir edildiyi kimi, Allah`ı haqqı ilə təqdir edərək əsl imanı qəlbinə yerləşdirməlidir.



Tüm Zamanlar GMT +4 Olarak Ayarlanmış. Şuanki Zaman: 18:18.

Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121