Gargara Forum

Gargara Forum (http://gargara.org/index.php)
-   İslami Mövzular (http://gargara.org/forumdisplay.php?f=82)
-   -   Hz. Lut (ə.s) (http://gargara.org/showthread.php?t=14034)

buse 06 Nisan 2016 21:18

Hz. Lut (ə.s)
 
Quranda "hökm və elm" verilən peyğəmbər olaraq bəhs edilən hz. Lut, Nuh peyğəmbər kimi ümmətinə uzun illər haqq dini təbliğ etmişdi. Ancaq Allah’ın qadağalarını pozub homoseksual əlaqələrdə olan qövmünün hz. Luta cavabı həmişə mənfi olmuşdur:

Lutu da (elçi göndərdik). Bir zaman o, öz qövmünə demişdi: Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz? Onun qövmünün cavabı: Onları yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır– deməkdən başqa bir şey olmamışdı. (Əraf surəsi, 80-82)

Lut Qövmü Allah’ın elçisini tanımamaqla qalmayıb, açıq-aşkar həm də ona qarşı çıxmışdılar. Hz. Lut isə qövmünü uzun zaman tövhid dininə çağırdı, müsbət cavab ala bilməyincə Allah’a belə dua etdi:

(Lut) dedi: “Ey Rəbbim! Fitnə-fəsad törədən qövmün əleyhinə mənə kömək et!” (Ənkəbut surəsi, 30)

Hz. Lutun duasını Allah qəbul etdi və Allah’ın elçisinə baş qaldıran Lut qövmü həlak oldu:

Biz günah əməllər törətdiklərinə görə bu şəhərin sakinlərinin üstünə göydən bir əzab endirəcəyik”. Həqiqətən, Biz düşünən adamlar üçün o şəhərdən açıq-aydın bir əlamət saxladıq. (Ənkəbut surəsi, 34-35)

Bu nümunədə gördüyümüz kimi, dua yalnız insanların yaxşılığı, dünya və axirət səadəti üçün olmaya bilər. Allah’ın qadağalarını pozan, möminlərə zülm edən insanların həlakı üçün bir çox peyğəmbər dua etmişdir. Hz. Lutun duası da buna bir nümunədir.


Tüm Zamanlar GMT +4 Olarak Ayarlanmış. Şuanki Zaman: 21:35.

Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121