Gargara Forum » Azərbaycan » İslami Mövzular » Əsri-səadət dövrünün xəlifəsi: Həzrəti Əli Əleyhissəlam

Yeni Konu Aç Konuyu Cevapla

     
LinkBack Seçenekler Arama Stil
Alt 05 Nisan 2016, 22:05   #1
buse
Avatar Yok
Üyelik tarihi: 15 Nisan 2015
Mesajlar: 12,520
Aldığı Beğeni: 0
Beğendikleri: 0
Standart Əsri-səadət dövrünün xəlifəsi: Həzrəti Əli Əleyhissəlam


Peyğəmbərimizin (s.ə.v.) əmisi Əbu Talibin oğlu olan hz. Əli (ə.s.) kiçik yaşda İslamı qəbul edən ilk müsəlmanlardandır. Tarixi mənbələrdə bildirildiyi kimi, Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v.) yanında böyümüş, onun tərbiyəsini almışdır.
Hicrətdən təqribən 23 il əvvəl Məkkədə doğulmuş hz. Əli (ə.s.) malik olduğu Quran əxlaqına görə Peyğəmbərimizin (s.ə.v.) nümunə göstərdiyi mübarək İslam xəlifəsidir. Müsəlmanlara qarşı düşmənçilik edən məkkəli müşriklərin əziyyətlərinə baxmayaraq İslamı qəbul etdiyi kiçik yaşlarından etibarən Peyğəmbərimizin (s.ə.v.) ən yaxın köməkçilərindən olmuşdur.
Elm qabaqcılı İslam xəlifəsi
Hz. Əlinin (ə.s.) əsas xüsusiyyətlərindən biri Allahın iznilə sahib olduğu elmdir. O, yaşadığı dövrdə müsəlmanlar arasında elm sahəsində qabaqcıl şəxslərdən biri olmuşdur. Elmi fiqh biliyi ilə məhdudlaşmamış, riyaziyyət və digər elm sahələrində də dövrünün qabaqcıllarından olmuşdur. Peyğəmbərimiz (s.ə.v.) hz. Əlinin (ə.s.) bu mühüm xüsusiyyətini bir hədisində belə tərifləmişdir:
Mən elmin şəhəriyəm, Əli (ə.s.) isə qapısıdır. (Deyləmi)
“Hz. Əli (ə.s.) uşaqlığından etibarən Peyğəmbərimizin (s.ə.v.) yanında olmuş, Quran əxlaqını və Quranın hikmətlərini ondan öyrənmiş, onun vəhy katibi olmuşdur. Peyğəmbərimizin (s.ə.v.) vəfatına qədər onun yanından ayrılmamışdır. Beləliklə, dini məsələlərlə bağlı biliyi yüksək səviyyəyə çatmışdır. Ona görə hz. Əli (ə.s.) hz. Əbubəkr (r.a.), hz. Ömər (r.a.) və hz. Osmanın (r.a.) məsləhət almaq üçün ilk müraciət etdiyi şəxslərdən biri olmuşdur.”
Peyğəmbərimizin (s.ə.v.) hz. Əli (ə.s.) haqqındakı sözləri
“Əlini (ə.s.) sevən məni sevir. Ona düşmənçilik edən mənə düşməndir. Onu incidən məni incidir. Məni incidən də, əlbəttə, Allahı incitmiş olur.” (Təbərani)
“Hər şeyin bir qanadı var, bu ümmətin qol-qanadı da Əbubəkr (r.a.) və Ömərdir (r.a.). Hər şeyin bir qalxanı var, bu ümmətin qalxanı da Əlidir (ə.s.)” (Xatib)
Hz. Əlinin (ə.s.) ədalətli idarəetmə anlayışı
Hz. Əli (ə.s.) idarə etdiyi hər bölgədə hərbi mərkəz təşkil etmişdir. İdarəetmədə verilən hər qərarın ədalətli və qəti olmasına xüsusi diqqət yetirmişdir.
Dövləti idarəetmədə hz. Ömərin (r.a.) yolunu davam etdirən hz. Əli (ə.s.), əvvəla, Qurandakı üstün ədalət anlayışını özünə rəhbər tutmuşdur. İdarəetmədə ona tabe olan şəxslərə qarşı daima çox şəfqətli davranan hz. Əli (ə.s.) mühüm vəzifələrdə olan idarəçilərin də çox ədalətli olmasını istəmişdir. Bu səbəbdən idarəçilərinə öyüd-nəsihət verən hz. Əlinin (ə.s.) dövrümüzə qədər gəlib çatan bu tövsiyələri bütün dünyada idarəetmə sahəsində əsas götürülür. Bu nəsihətlərdən ən əsasları bunlardır:
1. Xalqa qarşı daima içinizdə sevgi və nəzakət duyğuları bəsləyin. Elə düşünməyin ki, onları incidib kobud davranmaqla uğur qazanacaqsınız.
2. Hamıya ədalətli davranın.
3. Tərəf saxlamayın, sadəcə insanların bəzilərini müdafiə etməyin. Bu cür davranışlar sizi zülmə və müstəbidliyə sürükləyər.
4. İdarəçilərinizi dövlətə qarşı təqsirkar, məzlumlara zalım olmayanlardan seçin.
5. Doğru, dürüst və nəzakətli insanları seçin və mənfəət güdməyənlərə üstünlük verin.
6. Haqsız qazanc və əxlaqsızlıqlara yönəlməmələri üçün məmurlarınıza kifayət qədər maaş verin.
7. İdarəçilərinizə nəzarət edin, bunun üçün etibar etdiyiniz səmimi insanlarla məsləhətləşin.
8. Xalqın etibarını qazanın və onların yaxşılığını istəyin, bir kəsə etdiyiniz yaxşılığa görə minnət qoymayın.
9. Əsla vədinizdən dönməyin. Gücünüz çatmayan işləri edəcəyinizə vəd verməyin.
10. Qəzəbinizi cilovlayın. Qəzəbli ikən cəza verməkdən çəkinin. Qəzəbiniz soyusun ki, müsbət qərarlar verə biləsiniz.
Peyğəmbərimiz (s.ə.v.) hz. Əlinin (ə.s.) şəhid olacağını xəbər vermişdir
Allah Rəsulu (s.ə.v.) Əliyə (ə.s.) yanaqlarını göstərərək belə buyurdu: “Buradan, buradan zərbə alacaqsan, qanın saqqalını bulayana qədər axacaq!”
Peyğəmbərimiz (s.ə.v.) ilə Əlinin (ə.s.) yanına girdik. Xəstə idi. Əbubəkr (r.a.) və Ömər (r.a.) də oradaydı. Bir nəfər yoldaşına belə dedi: “Deyəsən öləcək!”
Hz. Əlinin (ə.s.) nümunəvi cəsarəti
Hz. Əlinin (ə.s.) üstünlüyü və ədalətli idarəetmə anlayışı ilə bərabər Quran əxlaqı nəticəsində üzə çıxan digər xüsusiyyəti də cəsarəti olmuşdur. Quran əxlaqına görə əsl cəsarət Allahın qoyduğu hədləri tamamilə və qüsursuz şəkildə qorumaqda Allahdan başqa heç kimdən qorxmadan və çəkinmədən qətiyyətli davranmaq, heç bir şərait və mühitdə Quran əxlaqından güzəştə getməməkdir. Bir möminin cəsarətinin əsl mənbəyi isə Rəbbimizə olan imanı, dərin sevgisi, Allah qorxusu və cənnət həsrətidir.
Hz. Əli (ə.s.) də üstün əxlaqi xüsusiyyətləri ilə istər Peyğəmbərimizlə (s.ə.v.) birlikdə iştirak etdiyi döyüşlərdə, istərsə də hicrət zamanı bütün möminlərə nümunə olan cəsarət göstərmişdir.
Təbük döyüşündən başqa bütün döyüşlərdə Peyğəmbərimizin (s.ə.v.) yanında olan hz. Əli (ə.s.) hər hadisədə mömin əxlaqı və cəsarəti göstərmişdir.
Tarixi mənbələrə əsasən, Yəmən döyüşündə sərkərdəlik edən hz. Əli (ə.s.) Peyğəmbərimizin (s.ə.v.) sahiblərinə çatdırmaq üçün ona etibar etdiyi əmanətləri təhvil verdikdən sonra hicrət etmişdir.
Hz. Əlinin (ə.s.) təvəkkülünün və Peyğəmbərimizə (s.ə.v.) olan qeyd-şərtsiz sədaqətini göstərən bir çox hadisə var.
Hz. Əli (ə.s.) buyurur:
* Elm alçaqda olanları yüksəldir, cahillik isə yüksəkdəkiləri alçaldır.
* Rəsulullaha (s.ə.v.) ən yaxın olanlar ona tabe olanlardır. Düşmənləri də Allaha (c.c.) baş qaldıranlardır.
* Saleh əməl tərif və savabını ancaq Allahdan (c.c.) gözlədiyin əməldir.
* Axirətə yaxınlaşma və dünyadan uzaqlaşma hissini itirməyin! Dünyəvi itkilərə görə kədərlənməyin və daima xeyirli işlər görün!
* Əsl dost eybini görüb nəsihət edən, sən yox ikən səni qoruyan və səni özündən üstün tutandır.
* Sıxıntıya səbr etmək bolluq vaxtındakı rifahdan daha xeyirlidir.
Hz. Əlinin (ə.s.) hökmdarlara nəsihəti
* Bağışladığına görə əsla peşman olma, cəzalandırdığın üçün də əsla sevinmə! Xalqının eybini gücün çatdığı qədər ört ki, Allah da sənin xalqından gizli qalmasını istədiyin şeyi örtsün. Kimsəyə kin bəsləmə! İntiqam iplərini kəs...
* Sadiq və qənaətkar adamları özünə sirdaş et. Əgər onlar səni alqışlamasalar və etmədiyin şeyləri sənə aid edib sevindirməsələr də, bunu anlayışla qarşıla. Çünki alqışa və yersiz tərifə meyl etmək insanı təkəbbürə sövq edir.
* Əsla insanların yaxşısı ilə pisi sənin üçün eyni olmasın. Çünki onları eyni görmək yaxşıları yaxşılıq etməkdən soyudar, pislərə də pis işlər görməkdə cəsarət verər. (Türkiye Gazetesi S:16, 28. Ekim.2005, Hikmetler-Mehmet Oruç)
Hz. Əlinin (ə.s.) ilk xütbəsi
“Şübhəsiz ki, şanı uca Allah insanları xilas edən kitab nazil edib. Bu kitabında xeyiri və şəri açıqlayıb. Elə isə xeyirdən yapışın, şəri tərk edin. Fərzləri Allah üçün yerinə yetirin, sizi cənnətə aparsın. Allah açıq-aşkar hədlər qoyub və Müsəlmanın hörmətini bütün fərzlərdən daha üstün tutub. İxlasa və müsəlmanların birliyinə əhəmiyyət verib... Allahın qullarına pis davranmaqdan çəkinin. Ondan qorxun. Yaşadığınız torpaqlara və heyvanlara görə məsuliyyət daşıyırsınız. Uca Allaha itaət edin və Ona üsyan etməyin. Xeyir gördükdə ondan yapışın, şər gördükdə isə onu tərk edin. Xatırlayın, bir zaman siz yer üzündə az və gücsüz idiniz...” (Doğuştan Günümüze Büyük İslam Tarihi, Çağ Yayınları, 2-ci cild, səh. 223-268)
Allah möminlərlədir
Allahdan rəhmət olaraq ədalət, elm, comərdlik, mərhəmət və digər yüksək əxlaqi xüsusiyyətlərə malik olan hz. Əlinin (ə.s.) cəsarətinin ən əsas səbəbi sonsuz rəhmət sahibi olan Allahın hər an möminlərlə olduğunu bilməsidir.
Allahın iznilə, iman gətirməyənlər möminlərə heç cür zərər verə bilməzlər. Hicrət səfəri və bu şərəfli səfərdə Peyğəmbərimizin (s.ə.v.) və hz. Əlinin (ə.s.), müşriklərin mühasirəsində olmasına baxmayaraq, heç bir zərər çəkməməsi bunun ən açıq dəlillərindəndir. Allah iman gətirməyənlərin möminlərə təzyiq göstərmək, hətta onları öldürmək üçün qurduqları bütün planları və tələləri daima boşa çıxarmışdır. Bu mühüm sirr bir ayədə belə bildirilmişdir:
(Zalımlar) öz hiylələrini qururdular. Halbuki onların hiyləsi Allaha bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir. (İbrahim surəsi, 46)
Şübhəsiz, dəyərli İslam xəlifəsi hz. Əlinin (ə.s.) bu əxlaqı digər bütün möminlər üçün də nümunə olmalıdır. Çünki Allah Onun rizasını üstün tutan bütün möminlərə dərgahından əminlik bəxş edir. Rəbbimiz ayələrdə inkar edənlərə qarşı möminləri qoruyacağını, onlara zəfər nəsib edəcəyini vəd verir. Ayədə bildirildiyi kimi, unudulmamalıdır ki. “... Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!” (Nisa surəsi, 141)
  Alıntı Hızlı Cevap
Yeni Konu Aç Konuyu Cevapla

Bookmarks



Forum Günün Sözü
Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.
seks hikayeleri seks filmi izle sincan escort kızılay escort rus escort etlik escort izmir escort izmir escort izmir escort Anadolu Yakası Escort Kartal escort Kurtköy escort Maltepe escort Pendik escort Kartal escort altyazılı porno şişli escort istanbul escort mecidiyeköy escort beşiktaş escort taksim escort fındıkzade escort çapa escort fatih escort topkapı escort escort şişli escort bayan bayrampaşa escort merter escort escort mecidiyeköy bursa escort bursa escort bursa escort bursa escort bursa escort alt yazılı porno Casibom Casibom Casibom Giriş Casibom Yeni Giriş Onwin gaziantep escort bayan gaziantep escort seks hikayeleri gaziantep escort Canlı bahis siteleri escort escort escort travestileri travestileri Escort Escort bayan Escort bayan bahisu.com girisbahis.com etlik escort etimesgut escort istanbul Escort istanbul Escort Acıbadem Escort Ataşehir Escort Bostancı Escort Göztepe Escort Kadıköy Escort Kartal Escort Kurtköy Escort Maltepe Escort Ankara escort bayan Escort ankara Escort ankara Escort eryaman Keçiören escort Escort ankara Sincan escort bayan Çankaya escort bayan antalya rus escort