Gargara Forum » Azərbaycan » İslami Mövzular » Demokratiyanın əsl mənbəyi Allahın elçiləri olan peyğəmbərlərdir

Yeni Konu Aç Konuyu Cevapla

     
LinkBack Seçenekler Arama Stil
Alt 05 Nisan 2016, 22:04   #1
buse
Avatar Yok
Üyelik tarihi: 15 Nisan 2015
Mesajlar: 12,520
Aldığı Beğeni: 0
Beğendikleri: 0
Standart Demokratiyanın əsl mənbəyi Allahın elçiləri olan peyğəmbərlərdir



İnsan həyatının əsasını təşkil edən və həyat səviyyəsini yüksəldən azadlıq ancaq demokratiyanın hakim olması ilə mümkündür. Çünki demokratiya bütün insanların sosial ədalət, bərabərlik, insan hüququ və azadlıqlarına malik olduğu idarəçilik üsuludur. Demokratiya peyğəmbərlər vasitəsilə Allahın qullarına haqq kitablarda vəhy etdiyi nemətdir. Bütün haqq kitablarda azadlıq, sevgi, mərhəmət, ədalət, hər kəsin azad yaşadığı, fikirlərini sərbəst ifadə etdiyi sülh mühiti əmr edilmişdir. Elə bu səbəbdən, demokratiyanın ilk dəfə təşəkkül tapdığı yer kimi qəbul edilən Yunanıstan və ya dövrümüzdə demokratiyanın mərkəzi qəbul edilən Avropa ölkələri demokratiyanı haqq kitablardan öyrəniblər. Ancaq demokratiyanın ən mütəşəkkil forması İslam əxlaqının bütün dünyaya hakim olması ilə yaşanar.
İslam əxlaqından xəbərsiz olan və ya İslam haqqında yeni məlumat əldə edən bəzi insanlar İslamı yanlış mənbələrdən öyrəndikləri üçün yanlış düşünürlər. Bu insanlar heç bir əsası olmadığı halda, İslamın həyat tərzlərini məhdudlaşdıracağını, azadlıqlarını əllərindən alacağını, düşüncələrini nəzarət altında saxlayacağını, elmi və mədəniyyəti məhdudlaşdıracağını zənn edirlər. Halbuki İslam insanlara düşüncə, ibadət və söz azadlığı verən, onların hər cür haqqını qoruyan və insanları həqiqi azadlıqla təmin edən dindir. Belə ki, Quranda bildirilən “Əgər səni yalançı hesab etsələr, de: "Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Siz mənim etdiyim əməldən uzaqsınız, mən də sizin etdiyiniz əməllərdən uzağam (Yunus surəsi, 41)” ayəsi Allahın qullarına demokratiyanı əmr etdiyi ayələrdən biridir. Bu ayədə heç kimə təzyiq və zorakılıq edilməməsinin, hər kəsin fikir və inanc azadlığına malik olmasının əhəmiyyəti açıq şəkildə bildirilmişdir.
Demokratiya ancaq İslam əxlaqının yaşanması ilə tətbiq oluna bilər
SOSİAL ƏDALƏT: Allah sosial ədaləti və paylaşmağı əmr edir
Həqiqi demokratiyada sosial ədalət demokratiyanın əsas prinsiplərindən biridir. İnsanlar sosial ədaləti hz. İbrahimdən (ə.s.) və hz. Nuhdan (ə.s.) öyrəniblər. Dini mənbələrə əsasən, hz. Nuhun (ə.s.) gəmisi tufandan sonra quruya çıxdıqda çox az qalmış noxud, mərcimək, üzüm, əncir, buğda yarması kimi qidaların hamısını qarışdırıb bişirmişdir. Sonra gəmidəki hər kəslə birlikdə hazırladığı yeməyi yemişdir. Bu, sosial ədalətdir. Çünki hər kəsə bərabərlik, xeyirxahlıq və paylaşmağı öyrədir və insanlara ərzaq paylamağın əhəmiyyətini xatırladır.
“Elçilərimiz İbrahimə müjdə gətirdilər və: "Salam!"– dedilər. O da: "Salam!"– dedi və dərhal gedib qızardılmış bir buzov gətirdi. (Hud surəsi, 69)” ayəsində xəbər verildiyi kimi, hz. İbrahim (ə.s.) qonaqları gəldikdə dərhal buzov kəsib bişirmiş və onları qonaq etmişdir. Hz. İbrahimin (ə.s.) heç tanımadığı insanları qonaq etməsilə Allah qonaqlara süfrə açmağın gözəl davranış olduğunu, eləcə də mümkün olduqca kasıblara süfrə açmağın əhəmiyyətini hikmətli nümunə ilə bildirmiş və sosial ədalətə diqqət çəkmişdir.
BƏRABƏRLİK: Allah irqlərin bir-birindən üstün olmadığını Quranda bildirmişdir
Allahın Quranda xəbər verdiyi kimi, “üstünlük təqva ilədir”. Ayədə belə buyurulur:
Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır. (Hucurat surəsi, 13)
Allahın əmr etdiyi bu həqiqiəti Peyğəmbərimiz (s.ə.v.) hədislərində belə buyurmuşdur:
“Ey insanlar! Hamınız Adəmin övladlarısınız. Adəm isə torpaqdan yaradılmışdır. İnsanlar mütləq milliyyətlərinə görə öyünməkdən əl çəkməlidirlər”. (Sünen-i Ebu Davud, 4/331)
“Sizin əsil-nəcabətiniz heç kimdən üstün olmağınıza və təkəbbür göstərməyinizə səbəb deyil. Hamınız Adəmin övladlarısınız. Hamınız bir qabın içində bir-birinə tay olan buğda dənələri kimisiniz... Halbuki heç kimin heç kimdən din və təqvadan başqa üstünlüyü yoxdur. Bir insana pislik olaraq başqalarını qınaması, özündən aşağı hesab etməsi, xəsis, bədxasiyyət, həddi aşmış olması kifayətdir”. (Müsned-i Ahmed b. Hanbel, 4/158, İbnu Kesir, 4/128)
Peyğəmbərimiz (s.ə.v.) Vida xütbəsində də müsəlmanlara belə müraciət etmişdir:
“Nəsillə öyünmək olmaz. Ərəblər ərəb olduğu üçün əcəmdən, əcəmlər də əcəm olduğu üçün ərəblərdən üstün hesab olunmur. Çünki Allah qatında yüksəkdə olanınız Ona qarşı çıxmaqdan ən çox çəkinəninizdir (ən təqvalınızdır)”. (“əcəm” - ərəb olmayan)
ƏDALƏT: Allah ədaləti əmr edir
Allah Quranda möminlərə: “... Allah şahidləri kimi ədaləti qoruyun. İstər dövlətli, istər kasıb olsun, hər halda, Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! (Nisa surəsi, 135)” - şəklində buyurur. Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v.) həm müsəlmanlar arasında verdiyi hökmlər, həm digər din, dil, irq və qövmlərdən olanlara qarşı ədalətli və şəfqətli münasibəti, həm də Allahın ayədə bildirdiyi kimi, varlı-kasıb ayırd etmədən hər kəsə bərabər davranması demokratiya anlayışına gözəl nümunədir.
Allah bir ayədə Rəsuluna belə buyurur:
Onlar yalana qulaq asanlar və haram yeyənlərdir. Əgər yanına gəlsələr, aralarında hökm et və ya onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verə bilməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər! (Maidə surəsi, 42)
Peyğəmbərimiz (s.ə.v.) bu ayənin hökmünə əməl edərək zorakılıq edən qövmün içində belə Allahın əmrini yerinə yetirmiş və əsla ədalətdən əl çəkməmişdir. Ayədə bildirildiyi kimi, daima: “Rəbbim ədalətli olmağı əmr etdi. (Əraf surəsi, 29)” - deyərək hər dövrdə bütün insanlara örnək olmuşdur.
Demokratiya Allahın əmr etdiyi əxlaqa uyğun yaşamaqla olar
Göründüyü kimi, İslamın təməlində düşüncə, inanc və söz azadlığı durur. Bəzi insanlar demokratiyanın bəşəriyyət tarixinə qədim yunanlardan gəldiyini zənn edir. Halbuki insanlara demokratiyanı öyrədən Allahdır. Hz. Adəmdən (ə.s.) bəri bütün peyğəmbərlər azadlığı, azad düşüncəni, fikirlərə hörməti təmsil ediblər. Demokratiya dedikdə insanların ağlına azadlıq, ədalət, heçkimə təzyiq göstərilməməsi gəlir. İnsanlara hörmət, etibar edilməsi, insanların fikirlərinə görə mühakimə olunmaması kimi bütün anlayışlar din əxlaqında mövcuddur. İnsanlar bunları tarix boyu Allahın nazil etdiyi haqq dinlər vasitəsilə öyrənmiş və ən gözəl nümunələrinə də haqq dinlərin hakim olduğu dövrlərdə şahid olmuşlar.
Düşüncələrinə görə zülm edildyi, müxtəlif ideologiyaya malik olanların əzildiyi, müxtəlif din mənsublarının alçaldıldığı, sənətkarlığın, elmin, memarlığın məhv olduğu, insanların həyat eşqini itirib sanki robota çevrildiyi, kitab yandırma, cinayətlər, qırğınlar, soyqırımlar kimi hadisələrin baş verdiyi dövrlərə baxdıqda isə ya dinsiz, ateist ideologiyaların, ya da din əxlaqını kökündən ayıraraq radikal təfəkkürlə yanlış şərh edənlərin insanlara təsirini görürük.
Allahın haqq dini Allahın əmr etdiyi kimi yaşandıqda insanların həsrətini çəkdiyi həqiqi ədalət, demokratiya, hörmət və sevgi hakim olar. Allahın iznilə çox yaxında demokratiya, qardaşlıq, sevgi, dostluq, sülh və əmin-amanlıq tarixdə tayı-bərabəri olmayan şəkildə bütün dünyaya hakim olacaq, insanlar imanın sevincini, bərəkətini dərindən hiss edəcəklər. Ayələrin işarə etdiyinə əsasən, Peyğəmbərimizin (s.ə.v.) hədislərindən və böyük İslam alimlərinin sözlərindən açıq şəkildə göründüyü kimi, yaşadığımız dövr axırzamandır. Axırzamanın əziyyətli, çətin günləri hz. İsanın (ə.s.) və hz. Mehdinin (ə.s.) vəsitəsilə bu əsrdə sona çatacaq, dünya yeni işıqlı dövrə qədəm qoyacaq. Allahın varlığını və birliyini ən gözəl və hikmətli şəkildə təbliğ etmək və insanlara Qurandakı əsri-səadət dövründəki İslamı tanıtmaq isə yaxın gələcəkdə qovuşacağımız işıqlı günlər üçün zəmin hazırlayır, Allahın bu məqaləni də həmin gözəlliklərə vəsilə etməsini və “insanların Allahın dininə dəstə-dəstə girdiklərini” gördüyümüz günlərin tez gəlməsini Allahdan diləyirik. Allahın bu müjdəsi Quranda belə xəbər verilir:
Allahın köməyi və zəfər gəldiyi zaman; İnsanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman, həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! (Nəsr surəsi, 1-3)
İslam dinində azadlığa əhəmiyyət verilmiş, zorakılıq və təzyiq qadağan edilmişdir
Hər müsəlman Quran əxlaqının tələbinə uyğun olaraq insanlara doğru yol göstərməklə, onları yaxşılığa dəvət edib pislikdən çəkindirməklə məsuldur. Lakin bu əsla bir insanı özü kimi düşünməyə, özü kimi yaşamağa, özü kimi davranmağa, özü kimi geyinməyə məcbur etmək demək deyil. Müsəlman doğrunu göstərir, seçimi qarşısındakı insanın öhdəsinə buraxır. Bu, Allahın Quranda “Dində məcburiyyət (zorakılıq) yoxdur. (Bəqərə surəsi, 256)” ayəsi ilə bildirdiyi hökmdür.
Peyğəmbərimiz (s.ə.v.) Allahın bu əmrinə uyğun olaraq Ərəbistan yarımadasının cənubundakı xristian Nəcran xalqı ilə müqavilə bağlamışdır. Bu, İslam dininin demokratik düşüncə və inanc azadlığının əsl mənbəyi olduğunu açıq şəkildə göstərir. Müqavilənin maddələrindən biri belədir:
“Nəcranlıların və onlara xidmət edənlərin canları, dinləri, malları, ailələri, kilsələri və sahib olduqları hər şey Allahın və Allahın Peyğəmbərinin himayəsi altına alınacaq”. (Majid Khoduri, İslamda Savaş ve Barış, Fener Yayınları, İstanbul, 1998, səh . 209-210)
Peyğəmbərimizin (s.ə.v.) xristian, yəhudi və müşrik icmalarla imzaladığı Mədinə müqaviləsi də İslamdakı demokratiya anlayışının ən gözəl nümunələrindəndir. Müxtəlif inancalara malik icmalar arasında ədalətin bərqərar olması və hər icmanın mənfəətinin nəzərə alındığı bu müqavilə sayəsində illərlə bir-birinə düşmənçilik edən xalqlar sülhə qovuşmuşdur. Mədinə müqaviləsinin ən nəzərəçarpan xüsusiyyətlərindən biri inanc azadlığını təmin etməsidir. Bu məsələ ilə bağlı maddə belədir:
“Bəni-Əvf yəhudiləri möminlərlə bərabər eyni ümmətdirlər. Yəhudilərin dinləri özlərinə, müsəlmanların dinləri də özlərinədir”. (Muhammed Hamidulllah, İslam Müesseselerine Giriş, Düşünce Yayınları, İstanbul, 1981, səh.128)
Mədinə müqaviləsinn 16-cı maddəsində isə: “Bizə tabe olan yəhudilər heç bir haqsızlığa məruz qalmadan və düşmənlərindən kömək almadan yardım və dəstəyimizi qazanacaqlar. (İbn Kesir, El-Bidaye, III/224-225; Hamidullah, El-Vesaik, No:1, səh.39-44; Yrd. Doç. Dr. Orhan Atalay, Doğu-Batı Kaynaklarında Birlikte Yaşama, Gazeteciler ve Yazarlar Vakfı Yayınları, İstanbul, 1999, səh.40)” - deyə bildirilmişdir.
Peyğəmbərimizdən (s.ə.v.) sonra da səhabələri Peyğəmbərimizin (s.ə.v.) müqavilədə qoydurduğu bu hökmə sadiq qalmış və eyni hökmü bərbəri, buddist, brahman və digər bənzər inanclara mənsub insanlara da tətbiq ediblər. (Muhammed Hamidulllah, İslam Müesseselerine Giriş, Düşünce Yayınları, İstanbul, 1981, səh.162-163)

  Alıntı Hızlı Cevap
Yeni Konu Aç Konuyu Cevapla

Bookmarks

Seçenekler Arama
Stil


Forum Günün Sözü
Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.
seks hikayeleri gaziantep escort seks filmi izle sincan escort kızılay escort rus escort etlik escort gaziantep escort izmir escort izmir escort izmir escort Ankara escort bayan Escort ankara Escort ankara Escort eryaman Keçiören escort Escort ankara Sincan escort bayan Çankaya escort bayan istanbul Escort istanbul Escort Acıbadem Escort Ataşehir Escort Bostancı Escort Göztepe Escort Kadıköy Escort Kartal Escort Kurtköy Escort Maltepe Escort Anadolu Yakası Escort Kartal escort Kurtköy escort Maltepe escort Pendik escort Kartal escort etlik escort etimesgut escort Escort bayan Escort bayan bahisu.com girisbahis.com Escort escort escort escort travestileri travestileri altyazılı porno şişli escort istanbul escort mecidiyeköy escort beşiktaş escort taksim escort fındıkzade escort çapa escort fatih escort topkapı escort escort şişli escort bayan bayrampaşa escort merter escort escort mecidiyeköy bursa escort bursa escort bursa escort bursa escort bursa escort alt yazılı porno Casibom Casibom Casibom Giriş Casibom Yeni Giriş Onwin