Gargara Forum » Azərbaycan » İslami Mövzular » Qurana tabe olmaq insanlarin üzƏrindƏki yükü qaldirir

Yeni Konu Aç Konuyu Cevapla

     
LinkBack Seçenekler Arama Stil
Alt 03 Nisan 2016, 23:18   #1
buse
Avatar Yok
Üyelik tarihi: 15 Nisan 2015
Mesajlar: 12,520
Aldığı Beğeni: 0
Beğendikleri: 0
Standart Qurana tabe olmaq insanlarin üzƏrindƏki yükü qaldirir



İnsan Allah`ın diləməsi ilə dünyaya gələn, Onun verdiyi səhhətlə inkişaf edib böyüyən və həyatının hər anında Onun qorumasına möhtac olan bir varlıqdır. İnsanın dünyada tək dostu və yardımçısı, yeganə yol göstərəni daima diri olan və hər şeyi yaradan Allah`dır. Dünyadakı bütün insanların Allah`a möhtac olduğu bir ayədə belə bildirilir:
Ey insanlar! Siz Allah`a möhtacsınız. Allah isə möhtac deyildir. O, şükrə layiqdir! (Fatir surəsi, 15)
Quran bütün kainatın və canlı-cansız bütün məxluqatın yaradıcısı olan Allah`dan insanlara rəhmət olaraq göndərilmişdir. Lakin bəzi insanlar Quran əxlaqını yaşamamaq üçün özlərindən bəhanə uydururlar. Bunlardan biri də din əxlaqını yaşamağın onlara məhdudiyyət gətirəcəyi və istədikləri kimi yaşaya bilməyəcəkləri qənaətidir. Halbuki, bu, çox yanlış düşüncədir. Tam əksinə, din əxlaqının yaşanmadığı mühitlərdə insanlar çətinlik, sıxıntı və məhdudiyyətlə qarşılaşdığı halda, Quran əxlaqı insanlara çox rahat və hüzur dolu həyat təqdim edir. Quran insanların bir-birlərinə zor tətbiqini, çətin qanunları və gərəksiz prinsipləri ortadan qaldırır və onları sıxıntılardan qurtarıb hüzur içində yaşamağa yönəldir.
Necə ki, Allah, Elçisinin Quranı təbliğ etməklə insanların üzərindən ağır yükü və zəncirləri götürdüyünü, onu qəbul edənlərin, ona dəstək olub yardım edənlərin və Quran ayələrində göstərilən yolu izləyənlərin xilas olacağını, yəni hüzura, xoşbəxtliyə və nemətlərə qovuşacağını belə bildirir:
O kəslər ki, əllərindəki Tövratda və İncildə yazılmış gördükləri rəsula–ümmi peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz nemətləri halal, murdar şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar. Ona iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər- məhz onlar nicat tapanlardır! (Əraf surəsi, 157)
Buna qarşı, Quran əxlaqını yaşamayan cəmiyyətlərdə lazımsız qanunlarla insan həyatı çətinləşdirilir və bir çox problem həllini tapmır. İnsanlar öz prinsip və düşüncələrinə görə yeni qanun və qadağalar çıxarır, insanlara lazımsız məhdudiyyətlər qoyurlar. Məsələn, halal olan bəzi qidaları qadağan edir, bəzi hərəkətlərə qadağa qoyurlar. Hər cəmiyyətin öz mədəniyyət və mənfəətləri əsasında çıxardığı dilə gətirilməyən, lakin hamının bildiyi belə qanun və qaydalar vardır.
Hər şeydən əvvəl, bu cəmiyyətlərdə hər insan özünü başqalarına üstün xüsusiyyətlərə sahib imiş kimi göstərməyə çalışır. Dolayısilə, insanlar cəmiyyətin sərt qanunları və məhdudiyyətləri üzündən rahat deyib-gülə bilmir, istədiyi kimi hərəkət edə bilmir, qınanmaqdan və dedi-qodudan qorxurlar.
Bu insanlar Allah`ı tanımadığına, Ona güvənib təslim olmadığına və Quran əxlaqını yaşamadığına görə, bir çox şeydən qorxurlar. Məsələn, gələcək həyatın təminatından, yalnız qalmaqdan, uşaqlarının xəstələnməsindən, mal itkisindən, işlərinin pis getməsindən, yaxşı təhsil ala bilməməkdən, yaxşı ailə həyatı qura bilməməkdən, yaşlanmaqdan, qəzadan, şikəst olmaqdan, ölməkdən və daha bir çox şeydən qorxurlar. Buna görə, qayğı içində əndişə edirlər. Əlbəttə, Quran əxlaqı yaşanmadığı təqdirdə, bu qorxuların yaşanması qaçılmazdır. Çünki din əxlaqından uzaq yaşayan insanlar hər şeyin Allah`ın diləməsi ilə gerçəkləşdiyini və bir qədərlə yaradıldığını bilmirlər. Yaxşı, yaxud pis görünən hər hadisənin imtahan olaraq yaradıldığını, insanlara ruzi verənin və bütün nemət və gözəlliklərin gerçək sahibinin Allah olduğunu düşünmürlər. Buna görə də belə insanların təşkil etdiyi cəmiyyətlərə gərginlik, hüzursuzluq və bədbəxtlik hakimdir.
Quran əxlaqının yaşandığı cəmiyyətdə isə belə mənfi halların olmamasının səbəbi müsəlmanların gözəl əxlaqıdır. Çünki onlar təvəkküllü, səbirli, şəfqətli, mərhəmətli, sevgi dolu, təvazökar və qənaətkar insanlardır. Allah`ın dinini yaşadıqlarına görə rahat və hüzurludurlar. Quranda əmr olunduğu kimi, Allah`dan başqasından qorxmazlar. Allah`ın rizasını hər şeydən üstün tuturlar. Verilən hər nemətin və gözəlliyin Allah`ın lütfü olduğunu və hər çatışmazlıq və yoxluğun isə bir imtahan olduğunu bilirlər. Çətin anlarda qorxmurlar və təmkinli davranırlar.
Quranda halal və haramlar açıq şəkildə bildirilmiş, Allah`ın razı olacağı əxlaq isə təfsilatı ilə açıqlanmışdır. Bu səbəbdən, möminlərin həyatında Qurandan və Peyğəmbərimizin (səv) sünnəsindən kənar heç bir qanun yoxdur. Quranda insanların yaradılışına uyğun, onlara güvənlik və hüzur verən, vicdanlarının rahat olmasına vəsilə olan hökmlər verilir. Peyğəmbərimizin (səv) həyatı da bu hökmlərin tətbiqi mövzusunda ən gözəl nümunədir. Allah insanların üzərindəki ağır yükü yüngülləşdirmək istədiyini ayədə belə açıqlayır:
Allah sizə bildirmək, sizdən əvvəlkilərin getdiyi yolları sizə göstərmək və tövbələrinizi qəbul etmək istər. Allah biləndir, hikmət sahibidir! Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Öz nəfsinə uyanlar isə sizi böyük bir əyriliklə sapdırmaq istəyirlər. Allah istər ki, üzərinizdə olanı yüngülləşdirsin, çünki insan zəif yaradılmışdır. (Nisa surəsi, 26-28)
Bədiüzzaman Səid Nursi də Qurana tabe olan və Allah`ın əmr etdiyi imanı yaşayan insanın dünyada ikən mənəvi bir cənnəti yaşayacağını belə deyir:
Budur, bu insan aləmini qaranlıqlar içində gördüyüm zaman qəlbim, ruhum və ağlımla bərabər, bütün mənəvi duyğularım, bəlkə də vücudumun bütün zərrələri fəryad ilə ağlamağa hazır ikən, birdən Qurandan gələn nur və iman qüvvəti o sapqınlıq gözlüyünü qırdı, başıma bir göz verdi. Gördüm ki: Cənabi-Haqqın Adil ismi Hakim (iş və əmrləri hikmətli və səhvsiz olan) bürcündə, Rəhman ismi Kərim (hər şeyin yaxşısı; şərəfli və izzətli; möhtərəm, comərd) bürcündə, Rəhim (mərhəmətli, rəhmli) ismi Ğafir (mərhəmət edən, günahları ən çox bağışlayan) bürcündə, yəni mənasında, Bais (göndərən, səbəb olan; yenidən yaradan; ölüləri təkrar dirildən; peyğəmbər göndərən) ismi Varis (miras sahibi) bürcündə, Mühyi (dirildən) ismi Mühsin (ehsan edən) bürcündə, Rəbb ismi Malik (sahib; malı əlində tutan) bürcündə bir günəş kimi doğdular. O qaranlıq və içində çoxlu aləm olan insan aləminin hamısını birdən aydınlatdılar, şənləndirdilər. Cəhənnəm durumlarını dağıdıb, nurani axirət aləmindən pəncərələr açıb o pərişan insan dünyasına nur saçdılar. Kainatın çox kiçik parçaları sayı qədər: “Allah`a həmd olsun, Allah`a şükürlər olsun”, -dedim. Eynəl-yəqin (göz ilə görmək dərəcəsində görüb, müşahidə edib bilmək) gördüm ki, imanda mənəvi bir cənnət və sapqınlıqda mənəvi bir cəhənnəm bu dünyada da vardır; sağlam və qəti olaraq bildim. (İman və küfr müvazinələri, səh. 9)
Allah insanları din əxlaqına uyğun olmayan bir sistemdə əsla hüzur tapmayacaqları şəkildə yaratmışdır. Axirətdə isə mömin və inkarçılar arasındakı bu fərq daha da kəskinləşir. Qurana tabe olmayan insanlar hesab günündə bədbəxt olduğu halda, iman edənlər tərifi mümkün olmayan xoşbəxtlik içində olacaqlar:
(Qiyamət) gəldiyi gün (Allah`ın) izni olmadan heç kəs danışa bilməz. (O gün) insanların bir qismi bədbəxt, bir qismi isə xoşbəxt olacaqdır! (Hud surəsi, 105)

  Alıntı Hızlı Cevap
Yeni Konu Aç Konuyu Cevapla

Bookmarks



Forum Günün Sözü
Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.
seks hikayeleri seks filmi izle sincan escort kızılay escort rus escort etlik escort izmir escort izmir escort izmir escort Anadolu Yakası Escort Kartal escort Kurtköy escort Maltepe escort Pendik escort Kartal escort altyazılı porno şişli escort istanbul escort mecidiyeköy escort beşiktaş escort taksim escort fındıkzade escort çapa escort fatih escort topkapı escort escort şişli escort bayan bayrampaşa escort merter escort escort mecidiyeköy bursa escort bursa escort bursa escort bursa escort bursa escort alt yazılı porno Casibom Casibom Casibom Giriş Casibom Yeni Giriş Onwin gaziantep escort bayan gaziantep escort seks hikayeleri gaziantep escort Canlı bahis siteleri escort escort escort travestileri travestileri Escort Escort bayan Escort bayan bahisu.com girisbahis.com etlik escort etimesgut escort istanbul Escort istanbul Escort Acıbadem Escort Ataşehir Escort Bostancı Escort Göztepe Escort Kadıköy Escort Kartal Escort Kurtköy Escort Maltepe Escort Ankara escort bayan Escort ankara Escort ankara Escort eryaman Keçiören escort Escort ankara Sincan escort bayan Çankaya escort bayan antalya rus escort