|
Yeni Konu Aç Konuyu Cevapla |
LinkBack | Seçenekler | Arama | Stil |
27 Nisan 2016, 20:01 | #1 |
Üyelik tarihi: 15 Nisan 2015 Mesajlar: 12,520 Aldığı Beğeni: 0 Beğendikleri: 0 | Sabir Rüstəmxanlı müğənni ilə ailə quran qızının toyunda nələr dedi? Ötən gün paytaxt məkanlarının birində müğənni Elçin Cəfərovun toyu olub. Vətəndaş Həmrəyliyi Partiyasının sədri, keçmiş millət vəkili Sabir Rüstəmxanlının qızı Aydan ilə nikah masasına əyləşən ifaçının toyu maraqlı məqamlarla yadda qalıb. Mərasimin açılışını aparıcı İlkin Həsəni edib. Daha sonra bəy və gəlin öz rəqslərini nümayiş etdiriblər. Rəqs bitəndən sonra söz səbəbkarların valideynlərinə verilib. İlk sözü gəlinin atası Sabir Rüstəmxanlı deyib: "Bizim cəlilabadlılarla bundan öncə də qohumluğumuz var idi. Qız alıb, qız vermişik. Belə bir şey var ki, gəlinlə bəyin izdivacı göydə kəsilir. Yəni bizdən asılı bir şey yoxdur. Çalışırıq ki, bizdən sonra bu dünyada onlar çaşıb qalmasınlar. Arzum budur ki, Allah bunların süfrəsini daim bol etsin. Xoşbəxt olsunlar. Bundan başqa, bəyin atasına və anasına da gözaydınlığımı verirəm". Toyda xalq artisti Ağadadaş Ağayev, əməkdar artist İlqar Muradov, Mətanət İsgəndərli, müğənnilər Elton Hüseynəliyev, Ayaz Qasımov və digərləri oxuyublar. Qeyd edək ki, cütlüyün qız toyu aprelin 15-də keçirilmişdi. |
Alıntı Hızlı Cevap |
Yeni Konu Aç Konuyu Cevapla |
Bookmarks |
|
Forum | Günün Sözü |
Powered by vBulletin® Version 3.8.9 Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd. |