Əməkdar artist Aybəniz Haşımova uzun illər rəfiqəlik etdiyi sənət dostu, müğənni
Firuzə İbadovaya olan xoş hisslərindən yazıb.
Aməkdar artist sosial şəbəkədə Firuzə İbadovanın bir ifasını təqdim edərək, təəssüratını belə paylaşıb: "Təkrarlanmayan ifa, öz nəfəsi, ürəyi, yüksək musiqi mədəniyyəti ilə seçilən, illərə meydan oxuyan, illərlə gündəmdə qalmağı bacaran sənətkar. Musiqi ifaçılığında yeni xırdalıqlarla yeni mənzərə yaradan Allahın bizə bəxş etdiyi, yerə göydən gələn pay qismətimiz, çox sevdiyimiz Firuzə xanım".