Fikrimcə ən möhtəşəm ziyafət libasları yaradan dizayner məhz Elie Saabdır. Livanlı dizayner təqdim etdiyi kolleksiyalarını hər il eyni tərzdə hazırlasada, hər dəfə fanatlarını heyran qoymağı bacarır. Bu ilki kolleksiyada modelleri yenə də uzun, daş-qaşlı, incə kəmərli, əl işləməli və birdə əlavə olaraq demək olar ki hər libasın üzərində istifadə olunan coxlu lələk detallı libaslarda gördük. Bu Elie Saabın ən gözalıcı kolleksiyası olmasa da, aralarından ideal ziyafət geyimi seçmək yenə də mümkündür.
7